Nailə Vəlixanlı — Vikipediya

Nailə Vəlixanlı
Doğum tarixi 25 dekabr 1940(1940-12-25) (83 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Atası Məmmədəli Vəlixanlı
Anası Asiyə Səlimxanova
Elm sahələri şərqşünaslıq, Azərbaycan tarixi
Elmi dərəcəsi
Elmi adları
İş yeri
Təhsili
Elmi rəhbəri Ziya Bünyadov
Mükafatları "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı"Şərəf" ordeni — 2020 "Şöhrət" ordeni — 2010 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 2019 "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı — 2019 "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı — 2019 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1970
"Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2015
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nailə Məmmədəli qızı Vəlixanlı (25 dekabr 1940, Bakı) — tarix üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2001); AMEA-nın həqiqi üzvü (2007); Azərbaycan Milli Tarix Muzeyinin direktoru, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2015), akademik.

1940-cı il dekabrın 25-də Bakı şəhərində Azərbaycanın tanınmış mədəniyyət xadimi, xalq artisti Məmmədəli Vəlixanlının ailəsində anadan olmuşdur.

1948–1958-ci illərdə Bakı şəhəri 132 saylı orta məktəbdə oxumuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinin ərəb şöbəsinə daxil olmuşdur. 1963-cü ildə Ali təhsilini fərqlənmə diplomu ilə başa vurub təyinatla Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri tarixi şöbəsində baş laborant vəzifəsində əmək fəaliyyətinə başlamışdır.

İş fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1964–1967-ci illərdə Tarix elmlər doktoru Ziya Bünyadovun rəhbərliyi ilə "IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında" mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdir. 1970–2005-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan (Bakı) Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda, Xəzər, Ziya, Azərbaycan Universitetlərində "Ərəb ölkələri tarixi", "İslam tarixi", "Ümumi tarix", "Azərbaycan tarixi", "Asiya və Afrika ölkələri tarixi", "Dünya dinləri", "Azərbaycan tarixinin mənbəşünaslığı və tarixşünaslığı" və digər fənləri, eləcə də ixtisas üzrə kurs və seminarı tədris etmişdir.[1]

1998-ci ilin iyul ayından AMEA Azərbaycan Tarixi Muzeyinin direktoru təyin olub. 2006-cı il 7 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti yanında Heraldika şurasının üzvü seçilmişdir. 2007-ci il aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və vitse prezidenti seçilmişdir. 2010-cu il 8 fevral tarixində Azərbaycan Respublikası Prezsidentinin fərmanı ilə Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının üzvü seçilmişdir. 2010-cu il 19 fevral tarixində Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının üzvü seçilmişdir. 2018-ci ilin noyabr ayının 25-də İpəkyolu Beynəlxalq Muzeylər Alyansının (İBMA) vitse-prezidenti seçilmişdir. 2019-cu ilin oktyabr ayının 17-də Akademik Nailə Vəlixanlı ICOM Azərbaycan Milli Komitəsinin Rəyasət Heyətinə üzv seçilib.

AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına əsasən, bəzi elmi müəssisələrin baş direktoru vəzifəsinə seçkilər keçirilib. Belə ki, pandemiya qaydalarına uyğun olaraq açıq səsvermə yolu ilə keçirilən seçkilərdə tarixçi-şərqşünas alim, "Şöhrət" və "Şərəf" ordenli, Əməkdar elm xadimi, akademik Nailə Vəlixanlı Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru vəzifəsinə seçilib.[2]

"METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın "Tarix, Arxeologiya və Antropologiya elmləri" üzrə redaksiya heyətinin üzvüdür.[3]

  1. 1970-ci ildə "Rəşadətli əməyə görə" medalına layıq görülüb
  2. "Şöhrət" ordeni (2010)[4]
  3. Əməkdar elmi xadimi (2015)[5]
  4. 2018-ci il may ayının 18-də İCOM Azərbaycan Milli Komitəsi tərəfindən Akademik Nailə Vəlixanlı komitənin fəaliyyətində göstərdiyi xidmətlərə görə "Fəxri üzv" nominasiyası üzrə diplomla təltif olunub.
  5. AMEA Rəyasət Heyətinin 2018-ci il aprelin 5-də keçirilmiş iclasında 6 alimin adlı mükafatlarla təltif olunması haqqında qərar qəbul edilmişdir. 2018-ci il noyabr ayının 25-də Azərbaycanın və Yaxın Şərqin erkən orta əsrlər tarixinin mənbəşünaslıq, regionun sosial-iqtisadi, siyasi-mədəni problemlərinin və tarixi coğrafiyasının tədqiqi, təhlili və təbliğinə görə Akademik Nailə Vəlixanlı AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatına layiq görülüb.
  6. 2019-cu il tarixli 065 №-li əmri ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Azərbaycan Respublikası DTX-nin sədri, general-polkovnik Mədət Quliyevin imzası ilə verilən vəsiqədə akademik Nailə Vəlixanlının "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
  7. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı 2019-cu il sentyabr ayının 23-ü Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (akademik) seçilib və beynəlxalq "Qızıl Ulduz" medalı ilə təltif edilib.
  8. Azərbaycan Respublikası Təhsil nazirinin 6 dekabr 2019-cu il tarixli K-1825 nömrəli əmri ilə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.
  9. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 27 may tarixli 1205 nömrəli Sərəncamına əsasən AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunub. Yubiley medalı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzası ilə verilən yubiley medalının vəsiqəsi (№ I-828) AMEA Rəyasət Heyətinin 17.07.2019-cu il tarixli iclasında akademik Nailə Vəlixanlıya təqdim edilib.
  10. 2019-cu il Oktyabrayının 17-də Akademik Nailə Vəlixanlı ICOM Azərbaycan Milli Komitəsinin Rəyasət heyətinə üzv seçilib.
  11. MDB-ə Üzv Dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun Mükafatlandırma Şurası tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı 2019-cu il üçün "Birliyin Ulduzları" Dövlətlərarası Mükafatının laureatı adına layiq görülüb. MDB ölkələri tərəfindən Nailə xanımın yaradıcı əməyinə və humanitar sahədəki uğurlarına verilən yüksək qiymətləndirmədən xəbər verir. "Birliyin Ulduzları" Dövlətlərarası Mükafatı diplomdan, Mükafat laureatının fəxri nişanından və ona verilən sertifikatdan ibarətdir
  12. 30 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında elmin inkişafında böyük xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib[6]
  13. Azərbaycan Respublıkasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublıkasında 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə əlaqədar dahi şair və mütəfəkkir Nizami Gəncəvi irsinin tədqiqi və təbliği sahəsində elmi fəaliyyətinə görə Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri Fərmanı ilə təltif olunub.[7]
  14. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.[8]

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

1. IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında. Bakı, 1974.

2. Ибн Хордадбех. Книга путей и стран. Баку, 1986.

3. Ərəb Xilafəti və Azərbaycan. Bakı, 1993.

4. Azərbaycan dövlətçiliyi və onun atributları. Bakı, 2001 (mətnin müəllifi və elmi redaktor)

5. Naxçıvan — ərəblərdən monqollaradək. Bakı, 2005.

6. Hacı Zeynalabdin Tağıyev. Kitab-albom. İstanbul, 2010 (həmmüəllif).

7. Milli Azərbaycan Tarixi Muzeyi-95. Kitab-albom (tərtibatçı və mətnin müəllifi). Bakı, 2015.

8. Naxçıvanın VII–XII əsrlər dövrü tarixdə və tarixşünaslığında. Naxçıvan, 2015.

9. Ибн Хордадбех. Книга путей и стран. Саарбрюкен, 2016.

10. Azərbaycan VII–XII əsrlərdə. Bakı, 2016.

1. Şirvanın Bədii Metalı. Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya fondunun Nərgizava və Mollaisaqlı materialları əsasında. Elmi redaktor akademik Nailə Vəlixanlı, Bakı, 2012.

2. Qarabağ xalçaları. Kataloq. Elmi redaktor akademik Nailə Vəlixanlı, Bakı,"Ziya".2013.100 s.

3. Bakı, Şirvan, Quba xalçaları. Elmi redaktor akademik Nailə Vəlixanlı, Bakı,"Ziya".2013.1076 s.

4. Bakının teatr həyatı. Kataloq. Elmi redaktor akademik Nailə Vəlixanlı, Bakı,"Ziya".2013.212 s.

5. Azərbaycanın Arxeoloji Qızıl və Gümüş Əşyaları. Kataloq. Elmi redaktor akademik Nailə Vəlixanlı, Bakı,"Ziya".2013.100 s.

6. Dost ellərin hədiyyəsi. Kataloq. Elmi redaktor akademik Nailə Vəlixanlı, Bakı,"Ziya".2014.172 s

7. Azerbaijan-The Magical Land of Fire. Kataloq. Elmi redaktor akademik Nailə Vəlixanlı, Bakı, 2014.172 s.

8. Нефтяная Летопись Азербайджана. Посвящается 20-летию "Контракта Века" Каталог. Elmi redaktor akademik Nailə Vəlixanlı, Баку, 2014.

9. Şollar-Bakı su kəmərinin tarixindən. Elmi redaktor akademik Nailə Vəlixanlı,"Elm və təhsil", Bakı, 2016, 72 səh.+56 şəkil.

10. Исторические связи Азербайджанского и Узбекского народов. Научный редактор, академик Наиля Велиханлы. Баку, 2017,232 с.

11. Монетное дело Азербайджанского государства сефевидов. Научный редактор, академик Наиля Велиханлы. Баку, "Зия", 2014, 232 с.

12. H. Z. Tağıyevin qız məktəbinin tarixindən. Bakı, "Ziya", 2011. 392 səh.

13. 20 yanvar şəhidləri. Kataloq. Elmi redaktor akademik Nailə Vəlixanlı, "Elm" Bakı-2018.209 s.

14. Zəngəzur-ərəblərdən monqollaradək. Bakı: Təhsil, 2021,264 s.

15. "Müslüm Maqomayev" adlı yeni kataloq Bakı, Elmi redaktor akademik Nailə Vəlixanlı "Təhsil", 2021, 104 səh.

  1. "Nailə Vəlixanlı. Biblioqrafiya. Bakı. Elm-2012" (PDF). 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-10.
  2. "Arxivlənmiş surət". 2021-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-09.
  3. ""Metafizika" jurnalının redaksiya heyətinin üzvləri". 2022-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.
  4. http://N. M. Vəlixanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2021-06-14 at the Wayback Machine
  5. Akademik Nailə Vəlixanlı "Əməkdar elm xadimi" adına layiq görülüb [ölü keçid]
  6. "N.M.Vəlixanlının "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-30.
  7. "Arxivlənmiş surət". 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-23.
  8. "Аkademik Nailə Vəlixanlı "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunub". azhistorymuseum.gov.az (ingilis). İstifadə tarixi: 2024-04-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "N. M. Vəlixanlının "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin № 1247 saylı Sərəncamı" (az.). e-qanun.az. 24.12.2010. Archived from the original on 2015-08-02. İstifadə tarixi: 2015-08-02..
  2. "Akademik Nailə Vəlixanlının 70 yaşı tamam olub — Milli Azərbaycan Tarix Muzeyi". Archived from the original on 2015-08-02. İstifadə tarixi: 2 avqust 2015..
  3. Nailə Vəlixanlı Ərəb mənbələri haqqında müsahibə (apa.az) Arxivləşdirilib 2017-04-30 at the Wayback Machine
  4. Azərbaycan tarixi, 7 cilddə, 2-ci cild
  5. [ölü keçid] Akademik Nailə Vəlixanlı ilə müsahibə. (Füyuzat jurnalı)]