Nestor Maxno — Vikipediya

Nestor Maxno
ukr. Не́стор Іва́нович Махно́
Doğum tarixi 7 noyabr 1888(1888-11-07)[1]
Vəfat tarixi 25 iyul 1934(1934-07-25)[2] (45 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Per-Laşez krematoriya-kolumbariumu[d][3]
Fəaliyyəti inqilabçı, yazıçı, rəssam, hərbi qulluqçu, anarxist, fermer, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nestor Maxno (ukr. Нестор Іванович Махно; rus. Не́стор Ива́нович Махно́; 7 noyabr 1888[1]25 iyul 1934[2], Paris[1]) — Oktyabr inqilabı zamanı Bolşevik xəttini qəbul etməyən Ukrayn Anarxo-kommunist. Anarxizm ideyalarının tətbiq edilməsi üçün göstərdiyi cəhdlərin qarşısı bolşeviklər tərəfindən alınmışdır. Liberal Kommunistlərin Təşkilatlanma Platforması adlı anarxist ədəbiyyatında önəmli yerə sahib əsərin müəllifi kimi də tanınır. Nestor Maxno Ukraynada Anarxizm ideyalarının yayılmasının əsas memarlarından biri kimi qəbul olunur.

Nestor Maxno 1888-ci ilin 26 oktyabr tarixində Rusiya imperiyasının Yekaterinoslav quberniyasının Qulyaypol şəhərində anadan olmuşdur. Şəhər hal-hazırda Ukrayna ərazisində yerləşir. Kasıb kəndli ailəsindən olan Maxno uşaq yaşlarından çobanlıq etməklə ailəsinə kömək edirdi. 12 yaşı olarkən məktəbi və ailəsini tərk edir. 1906-cı ildə Qulyaypol şəhərində yaradılmış anarxist qrupa qoşulur. 1908-ci ildə quberniyada xidmət edən polis nəfərinə qarşı silahlı hücum təşkil etməkdən mühakimə edilir. Məhkəmə tərəfindən edam cəzası verilsə də, yaşının az olması səbəbindən cəza ömürlük həbslə əvəzlənir.

1917-ci ilin fevralında baş vermiş burjua-demokratik inqilabından sonra həbsxanadan azad edilmişdir. Maxnonun həbsdən çıxandan sonrakı işi yaşadığı şəhərdə olan insanları müxtəlif komuna icmalarında birləşdirərək xalqın birliyinə nail olmaq idi. Qısa müddətliyinə olsa belə Maxnonun səyləri nəticəsində Ukraynanın aqrar bölgələrində Anarxizm ideyaları əsasında formalaşmış idarəetmə sistemi yaradılmışdır. Erriko Malatesta adlı bir italyan Anarxo-kommunist ilə məktublaşmaları ilə xarici ölkələrdə yaşayan anarxistlərlə əlaqələr yaratmışdır. Maxno tərəfindən yaradılmış partizan dəstələri İspaniya vətəndaş müharibəsində bəzi qruplar tərəfindən nümunə kimi istifadə olunmuşdur.

Həmin illərdə Krımda baş verən hadisələrdə həbsxanalarda saxlanılan anarxistlərin azadlığı üçün Qızıl orduya köməklik göstərmişdir. Qızıl ordu ilə yaradılan tərəfdaşlığa baxmayaraq, Qızıl ordu birlikləri Maxno və tərəfdarlarını təhlükəli fiqur kimi gördüyündən Lev Trotskinin göstərişi ilə Maxnonun Qulyaypol şəhərində yaradılmış qərargahı dağıdılmışdır. Qərargaha edilən hücum zamanı çox sayda Maxno tərəfdarı ələ keçirilmiş, bəziləri isə güllələnmişdir. Silahlı hücumdan sağ çıxa bilən Nestor Maxno Ukrayna ərazilərində bir müddət qaldıqdan sonra Dnepr çayını keçərək Rumıniyaya və sonradan isə Paris şəhərinə yollanmışdır. Parisə çatana qədər Maxno məşhur anarxist kimi Qərbi Avropada tanınırdı.

Parisdə ispanlar tərəfindən yaradılmış Buenaventura Durruti adlı anarxist qrup tərəfindən qarşılanaraq əməkdaşlığa cəlb olunmuşdur. Nestor Maxno 1934-cü ildə Parisdə uzun müddət əziyyət çəkdiyi vərəm xəstəliyindən 45 yaşında vəfat etmişdir. Məzarı Parisdə, məşhur insanların dəfn olunduğu Per-Laşez məzarlığında yerləşir.

  • Peter Arshinov, History of the Makhnovist Movement (1918–1921), 1923.
  • G. A. Kuz'menko's Diary; Makhno's Memoir (ISBN 5-300-00585-1).
  • Nestor Makhno, The Struggle Against the State & Other Essays, 1996 (AK Press).
  • M. Przyborowski, D. Wierzchoś, Machno w Polsce, Poznan 2012, (ISBN 978-83-933082-1-7).
  • Victor A. Savchenko, "Makhno" (-Kharkiv, Folio. Two editions in 2005 and 2007. – 416 Art. In the top 10 books of the competition of the journal "Correspondent")
  • S. N. Semanov, Nestor Makhno: Vozhak Anarkhistov. Novoye prochteniye po novym materyalam; Nestor Makhno: Anarchist Chieftain. A New Reading Based on New Material (Veche, Moscow, 2005).
  • S. N. Semanov, Makhno. Podlinnaya Istoriya; Makhno. An Authentic History (AST-PRESS | 2001).
  • Dietrich Neufeld, translated from the German and Edited by Al Reimer, A Russian Dance of Death; Revolution and Civil War in the Ukraine (1980 Hyperion Press Limited, Winnipeg, Canada)
  • Alexandre Skirda, Nestor Makhno: Anarchy's Cossack 2004 (AK Press) ISBN 1-902593-68-5
  • Voline, The Unknown Revolution, 1917–1921.
  • D. Wierzchoś, Nestor Machno i jego kontakty z Polakami i Polską, [w:] Studia z dziejów polskiego anarchizmu, Szczecin 2011.