Oğuz Yabqu dövləti — Vikipediya

Tarixi dövlət
Oğuz Yabqu dövləti
Bayraq
Bayraq
Oğuz dövləti xəritəsi
Oğuz dövləti xəritəsi
 
750 — 1055

Paytaxt Yenikənd
Rəsmi dilləri Oğuz dili
Dövlət dini İslam,
Tenqriçilik
İdarəetmə forması Yabquluq
Yabqu
 •  Yınal Yevi Yabqu
 •  Əli xan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oğuz dövləti, Oğuz yabquluğu və ya Oğuz yabqu dövlətiKiyev knyazlığı tərəfindən məğlubiyyətə uğradılan Xəzər xaqanlığının özünün əvvəlki gücünü itirməsi ilə əvvəllər xəzərlərə tabe olan və Xəzər dənizi ilə Aral gölü arasında yaşayan şamanist oğuzlar 950-ci illərdə müstəqil oldular.

Oğuz dövləti 1050-ci illərə qədər var olmuş və daha sonra Böyük Səlcuq İmperiyasına qatılmışdır.

Oğuz dövlətində subaşı vəzifəsində olan Səlcuq bəyin Oğuz dövlətinin rəhbəri olan Yabğu ilə münasibətləri pisləşmişdi. Münasibətlərin daha da pisləşməsindən sonra Səlcuq bəy öz boyu və ona tabe olan boylar ilə birlikdə cənuba hərəkət etdi.

Bu dövrdə Oğuz dövlətinin ətrafındakı dövlətlər (peçeneqlər, qıpçaqlarqarluqlar) ilə münasibətləri çox pis vəziyyətdə idi. Bəziləri tərəfindən, Oğuz-Qıpçaq müharibələrindən də bəhs edən "Dədə Qorqud dastanı"nın bu dövrdə baş verən hadisələrlə bağlı yazıldığı güman edilir.

İbn əl-Əsir oğuzların Xəlifə əl-Mehdi dövründə (775–785) Mavəraünnəhr bölgəsinə gəldiklərini bildirmişdir. Oğuzlar IX əsrin ikinci yarısından etibarən Seyhun çayının ətrafında yaşamaqda idilər. Oğuz dövləti isə oğuz türklərinin X əsrin ilk yarısında qışlıq mərkəzi Yenikənd olaraq qurduqları dövlət olmuşdur.

Bu dövlətin başında Yabğu titulu daşıyan şəxs dayanırdı. Kül Erkin titulu daşıyan digər bir şəxs isə onun köməkçisi olurdu. Ordunu isə subaşı titulu daşıyan şəxs idarə edirdi. Oğuz dövləti qonşuları olan peçeneqlər, qıpçaqlarxəzərlərlə davamlı münaqişə halında idilər. Oğuzların şərqdəki qonşusu olan qaraxanlılar ilə münasibətlərinin pis olması bilinir. Belə ki, qaraxanlılarla müharibələrin birində Oğuz yabğusu öldürülmüşdü.

Digər tərəfdən, Mahmud Kaşğari oğuzlarla çigillər arasında köklü bir düşmənlikdən bəhs edir. Şimalda kiməklər ilə isə bəzən dostça, bəzən düşməncə münasibətlər davam edirdi. Oğuzlar daha çox "türk" adı ilə yanaşı "türkmən" adını da daşıyırlardı. Müsəlman ölkələrinə gəldikdən sonra İslam qaynaqlarında da bu adla anılmışlardır.

Oğuz yabquları

[redaktə | mənbəni redaktə et]
  1. Yınal-Yevi yabqu
  2. Duylu-Kay yabqu
  3. Erkin yabqu
  4. Tuman yabqu
  5. Qanlı-Yevi yabqu
  6. Mur-Yevi yabqu
  7. Qaraxan yabqu
  8. Buğraxan yabqu
  9. Quzutəkin yabqu
  10. Arslan yabqu (Səlcuq bəyin oğlu Arslan Yabqu ilə səhv salınmamalıdır.)
  11. Osman yabqu
  12. İsli yabqu
  13. Şeyban yabqu
  14. Boran yabqu
  15. Əli xan
  16. Şah Məlik yabqu