Ovçu ilə itin və tülkünün hekayəti — Vikipediya

Ovçu, it və tülkü
Müəllif Nizami Gəncəvi
Janr Hekayə
Mövzu Varlığın qüdrəti
Orijinalın dili fars
Ölkə Azərbaycan
Orijinalın nəşr ili 1174-1175
Tərcüməçi Süleyman Rüstəm
Əvvəlki Kərpickəsən qocanın hekayəti
Sonrakı Firidun şahın ceyran ovu hekayəti

Ovçu ilə itin və tülkünün hekayətiNizami Gəncəvinin birinci poeması "Sirlər xəzinəsi"nin 6-cı məqalətin hekayəsi.

"Ovçu ilə iti və tülkü" Nizami Gəncəvinin "Sirlər Xəzinəsi" poemasının altıncı hekayəsidir.[1] Orta məktəb 6-cı sinif Ədəbiyyat dərsiklərində yer alıb[2].

Biyabanları gəzib ov yerini tapan, uzaq görən bir ovçu var idi. Çeviklikdə şir, aslana bərabər bir iti var idi. Yolçuluqda ovçunun çox işinə yarayan vəfalı yoldaş idi. Bir gün ovçunun cəsur, bacarıqlı iti yoxa çıxdı. Ovçu itinin itməsinə görə çox göz yaşı töksə də səbr edib gözləmək qərarına gəlir. Bir gün ovçunun qarşısına tülkü çıxır. Ovçuya deyir: Ey ovçu, bilirəm çox ağlamısan, amma səbr edirsən. Eşitdim sənin vəfalı cəsur dostun dünyadan köç edib. Vaxtı ilə ləzzətli xörəklər çox yesən də artıq olmayacaq.[3] Yarımçıq kədərli həyat səni gözləyir. Ovçu tülküyə baxaraq dedi: Çox sevinmə Tülkü, hər qaranlıq gecənin bir sabahı var. Əgər çətinliyə, dara düşürüksə deməli gözəl günlər qarşıdadı, çünki xeyir və şər bir-birini qovalayır hər zaman[4]. Elə ovçu sözünü bitirmişdi ki, uzaqdan toz duman göründü. İt gələrək öncə ovçunu arxasını, önünü dolnaraq, qəflətən tülkünün qasığından yapışdı və yiyəsinə dönərək dedi: Bir az gecikdim deyə məni pislədinmi!?

Kim sədaqəlidirsə onun həyatı saədət ilə dolu olar. Ruzini hər zaman Allahdan istə, çünki ruzimiz yetirən odur![5]

"Ovçu ilə iti və tülkünün" hekayəsi Nizaminin digər hekayələri kimi ibrətamiz xarakter daşıyır.[6] Hekayə dürüstlüyün, sədaqətin tərənnümüdü. Allaha inanaraq səbr etməyin nəticəsi mükafatdır[7].

  1. Yusifli, Xəlil. Nizami Gəncəvi (Azərbaycan). Gəncə: Elm. 2021. 416.
  2. Təhməzova, E. Nizami Gəncəvinin dünyagörüşündə sosial və mənəvi dəyərlər (Azərbaycan). Bakı: Avropa. 2021. 152.
  3. Hacı, Siracəddin. Nizaminin ədalət xütbəsi (Azərbaycan). Bakı: 525-ci qəzet. 2021.
  4. Rzasoy, Seyfəddin. Mif-Tarix konteksti (monoqrafiya) (Azərbaycan). Bakı: Ağrıdağ. 2003. 212.
  5. Hacı, Siracəddin. Həzrət Nizami Gəncəvinin "Sirlər Xəzinəsi" dastanın şərhi (Azərbaycan). Bakı: Nafta-Press. 2017. 920.
  6. Rəsulzadə, Məhəmməd Əmin. Azərbaycanın şairi Nizami (monoqrafiya) (Azərbaycan). Bakı: Təknur. 2011. 320.
  7. Levkiyevski, E.B. "Məxzənül-əsrar" əsəri haqqında (rus) ("Nizami almanaxı" II kitab). Bakı: Azərnəşr. 1940.
  • Allahverdiyeva Z.A. Sufi-simvolik poeziyada metafora. “Poetika.izm.” jurnalı, Nizami adına Ədəbiyyat institutunun Elmi Əsərləri, Elm və təhsil, Bakı, 2016, №2, səh.179- 187.
  • Araslı N. H. Ön söz. (Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsəri haqqında) müqəddimə Nizami Gəncəvinin "Sirlər xəzinəsi". Bakı, Çaşıoğlu, 2004.
  • Nizami Gəncəvi. Sirlər xəzinəsi. Tərcümə S.Rüstəm, red. F.Qasımzadə, Bakı, 1940, 55 s.
  • Ordubadi M.S. Nizaminin dövrü və həyatı (məqalələr toplusu – II). Bakı, Elm, 2021, 224 s.
  • Nizami Gəncəvi almanaxı II. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Bakı, Elm və təhsil, 2021, 254 s.
  • Gencosman N. Nizami. Mahzeni-esrar. Çevireni Nuri Gencosman. İkinci baskı. Ankara, Milli Egitim basımevi,1960.
  • Абдуллаев Н. Хайдар Харезмий вэ унинг “Махзанул-асрар” асары. УзССР ФАН. Ташкент, 1976, 99 с.
  • Tsereteli Lia. On the History of Studying the Topic. Intercultural Space: Rustaveli and Nizami, Shota Rustaveli Institute of Georgian Literature,Tbilisi, 2021, p.11-30.
  • Shota Rustaveli and Nizami Ganjavi. Shota Rustaveli Institute of Georgian Literature, Institute of Literature named after Nizami Ganjavi, Tbilisi, 2021, 512 p.
  • Чайкин К.И. Хакани, Низами, Руставели // Сборник, Акад. наук СССР. Науч.-иссл. ин-т кавказоведения им. акад. 976 Н.Я.Марра. Москва-Ленинград, Изд-во Акад. наук СССР.- 1935-1966.
  • Абдолов Н. Любовно-романтическая поэма в персидскотаджикской поэзии X-XII веков. Душанбе, 2009.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]