Pəncablılar — Vikipediya
Pəncablılar pənc. ਪੰਜਾਬੀ ਲੋਕ) (پنجابی) — Pakistan və Hindistanda yaşayan xalq.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Pəncablılar Hind-Avropa dil ailəsinə aiddirlər və Pakistan əhalisinin 65%-ni təşkil edirlər.
Pəncablıların etnik tərkibi yerli əhali ilə skiflərin, taciklərin, puştunların və ərəblərin qarışığından ibarətdir. Tərkiblərinə cat, racputa, qucar və s. etnik qruplar daxil olmuşlar. Pəncablıların qərb qrupunu olan laxnda Pəncab dilinin müstəqil dialekti sayılır. Pəncablıların ümumi sayı 98 milyon nəfərdir.
Pakistan və Hindistan arasında bölünmüş Pəncab əyalətində (Hindistan Pəncabı və Pakistan Pəncabı) sinkretik-həm İslam, həm də hindus dinlərindən müəyyən elementlə əxz etməklə Quru Nanak tərəfindən yaradılmış bir dini təlimin adıdır. İndi bölünən yalnız Pəncab əyaləti deyil, pəncablılar özləri də bölünüb. Böyük əksəriyyəti müsəlman olan pəncablılar Pakistanın ən çoxsaylı etnik icmasıdır, Hindistanda qalanların bir hissəsi müsəlman, bir hissəsi hindus, bir hissəsi - 20 milyona yaxını isə siqhdir. Sonuncular Hindistandan ayrılıb müstəqil Xaylistan dövləti qurmaq üçün uzun illərdir səngiməyən silahlı mübarizə aparırlar. Hindistanın baş naziri Raciv Qandi də bu icma tərəfindən qətlə yetirilmişdir.
Dilləri
[redaktə | mənbəni redaktə et]Qapalı etnokonfessianal icma doğma pəncabi dilinin etnolektindən (dini, etnik və ya sosial qrupun istifadə etdiyi məxsusi dialekt) və “Qurkmuxi” adlanan xüsusi əlifbadan istifadə edir.