Qıraq Kəsəmən — Vikipediya
Kənd | |
Qıraq Kəsəmən | |
---|---|
41°12′45″ şm. e. 45°27′42″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağstafa rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 252 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Qıraq Kəsəmən — Azərbaycan Respublikasının Ağstafa rayonunun Qıraq Kəsəmən kənd inzibati ərazi dairəsində kənd.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Kürün sahilində yerləşən və yaxın tariximizə Qaçaq Kərəm (XIX əsrin sonları və XX əsrin əvvəllərində Azərbaycan, Rusiya, İran və Türkiyədə qaçaqçılıq-xalq qəhrəmanlığı edib, nahaq qan tökməmiş və dünya qaçaqları arasında mərdliyi, ədaləti, səxavəti, kişiliyi ilə seçilən, eləcə də öz əcəli ilə Haqqın rəhmətinə qovuşmuş olan tək qaçaq), İsrafil ağa (bir kəndin bəyi olan bu igid, mərd və səxavətli şəxsiyyət, eyni zamanda Gəncəbasarın bəylər bəyi olmuş), Səməd Ağa Ağamalı oğlu (böyük dövlət xadimi, eyni zamanda latın əlifbasına türk dünyasında mərhaba deyən böyük şəxsiyyət), İlyas Abdullayev (Ali Sovetin Rəyasət Heyətinin sədri və böyük alim), Hüseyn Hacıyev (II Dünya müharibəsində vuruşa-vuruşa Berlinə qədər gedən qəhrəman polkovnik), Hüseyn Arif (xalq şairi) kimi böyük şəxsiyyətlər bəxş edən qədim kənddir.
Kədxudaları
[redaktə | mənbəni redaktə et]- Ağalar bəy
Görkəmli şəxsləri
[redaktə | mənbəni redaktə et]- Qaçaq Kərəm (1860–1910) – Azərbaycanın xalq qəhrəmanı, XIX əsrin sonu, XX əsrin əvvəllərində Qərbi Azərbaycan, Türkiyə, İran və Rusiyada tanınmış qaçaq. Molla Zalın nəvəsi, Qaçaq Nəcəfin qardaşı nəvəsi, silahdaşlarından olan Balasöyünün dayısı oğludur.
- İsrafil ağa Kərbəlayev (1866–1917) – XX əsrin əvvələrinə kimi Qazax qəzasının tanınmış bəylərindən, xeyriyyəçi. Qaçaq Kərəm ilə qan düşməni olmuşdur.
- Balasöyün – XIX əsrin sonu, XX əsrin əvvələrində tanınmış qaçaq. Qaçaq Kərəmin silahdaşı və bibisi oğludur. Xalq şairi Hüseyn Arifin babasıdır (ata babası).
- Hüseyn Arif (1924–1992) – Azərbaycanın xalq şairi, 1949-cu ildən AYİ-nın üzvü, "Qızıl oraq" mükafatı, (1971), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978). Qıraq Kəsəmən kəndindəndir, Yenigün (Aşağı Kəsəmən) kəndində anadan olub.
- İlyas Abdullayev – (1913–1985) Azərbaycanda tutçuluq elminin əsasını qoyan görkəmli akademik, bioloq, ictimai xadim, eyni zamanda Azərbaycan SSR EA-nın Genetika və Seleksiya İnstitutunun tut bitkisinin genetika və seleksiyası şöbəsinin müdiri, Azərbaycan SSR EA-nın biologiya elmləri bölməsinin akademik katibinin müavini, Azərbaycan SSR Kənd Təsərrufatı Naziri (1950–1954), Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini (1954–1958), Azərbaycan SSR Ali Sovetinin sədri (Spiker) (1958–1959), SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1958–1962), "Qırmızı Əmək Bayrağı", "Şərəf Nişanı", SSRİ medalları və SSRİ XTNS-nin qızıl medalları ilə təltif edilmişdir. "Azərbaycan SSR-in Atlası"nın hazırlanması və nəşri üzrə Azərbaycan SSR EA-sı komissiyasının sədri, Azərbaycan Sovet Ensiklopediyası elmi redaksiya şurasının üzvü, Azərbaycan genetiklər və seleksiyaçılar cəmiyyətinin prezidenti, Azərb. SSR EA "Xəbərləri" (biologiya elmləri seriyası) jurnalının redaktor müavini.
- Səməd ağa Ağamalıoğlu (1867–1930) — SSRİ dövlət xadimi, Azərbaycan SSR MİK sədri, ZSFSR MİK sədri, "Şərqdə Mədəni İnqilab"ın banisi, respublikanın ilk xalq torpaq komisarı, inqilabçı, publisist, Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü. 1921-ci ildə yaradılmış Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin sədri olmuşdur. Azərbaycanda və Sovet Şərqinin digər respublikalarında yeni latın əlifbasına keçilməsinə rəhbərlik etmişdir.
- Fərman Eyvazlı (yazıçı) (1930–1996) – yazıçı, jurnalist, "Azərnəşr"də tərcüməçi (1965–1976), Azərbaycan Jurnalistlər İttifaqında şöbə müdiri (1967–1996), Azərbaycan Yazıçılar Birliyinin üzvü.
- Fəqam Kəsəmənli (d.1932) – Rusiya Federasiyasının Sankt-Peterburq Dövlət Texniki Universitetinin professoru, fizika-riyaziyyat elmləri doktoru , nobelşünas, alim, "Rusiya Federasiyasının ali peşə təhsili fəxri işçisi", "Əməkdar professor". "Əmək veteranı" medalı, "SSRİ ixtiraçısı", "Əməkdə əla nailiyyətlərə görə" ilə təltif olunmuşdur. Paşa bəy Kəsəmənlinin oğludur. Qıraq Kəsəmən kəndindəndir, Gəncə şəhərində anadan olub.
- Şirin bəy Kəsəmənli (1887–1920) – Hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti, polkovnik, Praporşiklər məktəbinin ilk azərbaycanlı rəisi olmuşdur. Birinci dünya müharibəsində (1914–18) "Dikaya diviziya"nın tərkibində vuruşmuş, "İgidliyə görə" medal və 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunmuşdur.
- Arif Xasayev (1934–2006) – Texnika elmləri doktoru, professor. "Qaradağneft" NQÇİ ÜNİPR-in rəisi, "Neft və qazın hasilatı" elmi-tədqiqat şöbəsinin rəhbəri.
- Günəş Xudaverdiyeva (d.1941) – Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi.
- Paşa bəy Kəsəmənli – "Azərbaycan SSR-in əməkdar baytarı" adına və Dövlət mükafatlarına layiq görülmüşdü. Professor Fəqam Kəsəmənlinin atasıdır.
- Hüseyn Hacıyev – II Dünya müharibəsində vuruşa-vuruşa Berlinə qədər gedən qəhrəman (polkovnik).
- Çoban Əfqan (Ələkbər Namazov) (1866–1924) — Azərbaycan aşığı.
- İslam Fəziyev (1909-) — Azərbaycan aşığı, Azərbaycan Aşıqlarının II və III Qurultaylarının iştirakçısı.
Ağstafa rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.