Qafqaz qar siçanı — Vikipediya
Qafqaz qar siçanı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Qafqaz qar siçanı | ||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
|
Qafqaz qar çöl siçanı (lat. Chionomys gud) — Rodentia dəstəsindan bir məməli növü. Bütün Qafqaz və Kiçik Asiyan üçün endemikdir.[3]
Təsviri və yayılması
[redaktə | mənbəni redaktə et]Bədənin uzunluğu 126–150 mm, quyruq uzunluğu 75–80 mm, qulağının uzunluğu 22 mm, arxa pəncənin uzunluğu 22 mm-dir. Çəkisi 5.7 qr ətrafındadır. Üst tərəfinin rəngi noxudu-bozdan qonurumtul-boza qədərdir. Quyruğu iki rəngli, kəlləsi yuvenil xarakterlidir.
Yayılması
[redaktə | mənbəni redaktə et]Bu növün yaşayış ərazisi Qafqaz və ona bitişik Kiçik Asiya (Türkiyə) ilə məhdudlaşır. Azərbaycanın şimal-şərq hissəsində rast gəlinir. O cümlədən, Quba, Qusar və Xaçmaz rayonlarında təsadüf olunur. Bəzi məlumatlarda bu növün Girdmançay vadisində yayıldığı göstərilir.
Yaşayış yeri və həyat tərzi
[redaktə | mənbəni redaktə et]Böyük Qafqaz Alp qurşağının qalaqlanmış daşlı ərazilərində yayılmışdır. Qafqaz qar çöl siçanı 850–900 m-dən 3000 m-dək meşə, subalp və alp qurşaqlarının daşlıqlarında, bəzi yerlərdə isə daimi qar xəttinə qədər yayılmışdır. Əsasən gecə aktiv olurlar.
Azalma səbəbi
[redaktə | mənbəni redaktə et]Təbii və antropogen amillər nəticəsində biotopların dəyişkənliyə uğraması bu növün yayıldığı ərazilərdən yaylaq və istirahət yeri kimi istifadə olunması.
Qorunması üçün qəbul edilmiş tədbirlər
[redaktə | mənbəni redaktə et]IUCN siyahısına salınmışdır. Xüsusi mühafizə tədbirləri qəbul olunmayıb.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
[redaktə | mənbəni redaktə et]Ekologiyası öyrənilmədiyinə görə qorunma tədbirləri hələ hazırlanmamışdır.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI FAUNA, II NƏŞR. 198səh, Qafqaz qar siçanı. (2013)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ Sokolov, Tembotov, 1989