Qamışlıq pişiyi — Vikipediya
Qamışlıq pişiyi | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||||
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qamışlıq pişiyi | ||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
Felis chaus | ||||||||||||
|
Qamışlıq pişiyi (lat. Felis chaus) — pişiklər fəsiləsinin pişik cinsinin növü. Antropogen təsirlər altında sayı azalan həssas növdür.
Qısa təsviri
[redaktə | vikimətni redaktə et]Xarici görünüşünə görə vaşaqı xatırladır. Pişikkimilərə daxil olan növlər içərisində ən irisidir. Erkəklərin bədəninin uzunluğu 66 - 96 sm, dişilərin bədəninin uzunluğu 59 - 84 sm, quyruğunun uzunluğu 30 sm-ə, çəkisi 16 kq-a qədərdir. Bədəni nisbətən qısa, ayaqları uzun, qulaqlarında kiçik tükcüklər vardır. Xəzinin rəngi birrəngli kürəntəhər-qonurtəhər-boz, ayaqlarında, quyruğunda və sinəsində köndələn tünd zolaqlar var. Quyruğunun uc hissəsi qara rənglidir. Gözünün qüzehli qişası yaşımtıl-sarı rənglidir. Göz bəbəyi çatdaqşəkilli, şaqulidir. Burnu çəhrayıdır. Pəncələrin yasdıqları çılpaqdır, üzərində xəz yoxdur, qara rənglidir. Cinsi demorfizm nəzərə çarpır – erkəklər dişilərdən fərqlənir. Ömrünün uzunluğu 15 ildir..[1]
Yayılması
[redaktə | vikimətni redaktə et]Kiçik və orta Asiya, Zaqafqaziya, Hindistan, Çinə doğru ərazilərdə yayılmışdır. Azərbaycanda yayılma ərazisi Samur-Dəvəçi düzənliyini, Quba-Qusar rayonunun dağətəyi yerlər, Xəzər dənizinin sahillərini əhatə edir. Kür, Araz, Alazan çaylarının sahillərində də rast gəlinir.[2]
Yaşayış yeri və həyat tərzi
[redaktə | vikimətni redaktə et]Soyuq hava şəraitinə qarşı davamsızdır. Bəzən insanların yaşayış yerlərinə yaxın məskunlaşır. Cütləşmə fevral-mart aylarında baş verir və pişiklər üçün xarakterik olan erkək fərdlərin bərk qışqırıqları ilə müşahidə olunur. Hamiləlik dövrü 66 gün davam edir. May ayında 2 - 5 bala doğulur. Yarım ildən sonra cinsi yetişkənliyə çatır. Heyvanlar cütləşmə dövründə insanlar üçün təhlükəli ola bilər. Qidasının tərkibi məskunlaşma zonasından asılıdır. Əsasən, qunduz, gəmiricilər (tarla siçanları, siçanlar və ərəbdovşanları) və suda üzən quşlarla qidalanır. Tısbağa, ilan, kərtənkələ yeyir.[3]
Məhdudlaşdırıcı amillər
[redaktə | vikimətni redaktə et]Yaşayış yerlərinin deqradasiyası sayında kəskin azalmaya səbəb olmuşdur
Qorunması üçün qəbul edilmiş tədbirlər
[redaktə | vikimətni redaktə et]İUCN siyahısına salınmışdır. Xüsusi mühafizə tədbirləri mövcud deyil.
Qorunması üçünt məsləhət görülmüş tədbirlər
[redaktə | vikimətni redaktə et]əsas yaşayış biotopları olan qamışlıq ərazilərdə brakonyarlər və çobanlar tərəfindən yanğınlar törədilməsinin qarşısını almaq məqsədilə mühafizə tədbirlərinin gücləndirilməsi
Yarımnövləri
[redaktə | vikimətni redaktə et]- Felis chaus chaus, Türkiyə, Qafqaz, İordaniya, Livan, Suriya, İsrail, İraq, İran, Pakistan, Afghanistan, Rusiya , Mərkəzi Asiya
- Felis chaus affinis, Kashmir , Nepal, Butan
- Felis chaus fulvidina Tayland, Laos, Kamboca və Vyetnam
- Felis chaus furax
- Felis chaus kelaarti, Şri Lanka
- Felis chaus kutas, Hindistan, Pakistan
- Felis chaus maimanah
- Felis chaus nilotica, Misir
- Felis chaus oxiana
- Felis chaus prateri, Qərbi Hindistan
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Azərbaycanın Qırmızı Kitabı, II cild, Bakı, 2013.
- Аzərbaycan faunası. Məməlilər (Mammalia). Bakı: Elm, 1978. с.159-161. 2.
- Громов И.М., Ербаева М.А. Млекопитающие фауны России и сопредельных территорий. Зайцеобразные и грызуны. Ред. А.А. Аристов, Г.И. Баранова. СПб: ЗИН РАН. 1995. c. 522. 3.
- Животный мир Азербайджана, 2000. c. 584 - 587. 4.
- Насибов С.Б., Гидаятов Ю.Х. 1985. Распространение и численность камышового кота на Большом и Малом Кавказе в пределах Азербайджана. Баку. c. 120-131.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Məməlilər (AMEA-nın Zoologiya İnstitutu Arxivləşdirilib 2015-05-07 at the Wayback Machine)
- ↑ Azərbaycanın Qırmızı Kitabı, II cild, Bakı, 2013.
- ↑ Животный мир Азербайджана, 2000. c. 584 - 587. 4.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Entry in IUCN Red List of Threatened Species 2009.2 Arxivləşdirilib 2012-01-17 at the Wayback Machine
- Cat Specialist Group Species Accounts: Jungle Cat (Felis chaus) Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine