Qaraağaclı — Vikipediya

Qaraağaclı
40°56′23″ şm. e. 46°22′44″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 90 ± 1 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qaraağaclı xəritədə
Qaraağaclı
Qaraağaclı

Qaraağaclı (əvvəlki adı: Qırmızı Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbəsi Yenikənd kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Qırmızı Samux kənd Soveti yaradılmışdır.[1] Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Qırmızı Samux qəsəbəsi Qaraağaclı qəsəbəsi adlandırılmış, Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi Qaraağaclı qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.[2]

Əhalisi 3 mindən artıqdır. Əhalinin 99%-ni azərbaycanlılar təşkil edir. Etnik millətlərdən rusları qeyd etmək olar.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı ilə bağlıdır.

Kənddə Habil Məmmədov adına məktəb fəaliyyət göstərir. 2013-cü ildə məktəb təmir olunub. Habil Məmmədov Sovet Oğlu 31.05.1971-ci ildə bu kənddə anadan olub, könüllü olaraq 1992-ci ilin sentyabr ayında müharibəyə gedir. 02.10.1992 tarixində Xocavənd rayonunun Əmirallar kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.

  1. "Azərbaycan Respublikası Biləsuvar, Bərdə, Qusar, Yardımlı, Yevlax, Gədəbəy, Göyçay, Lənkəran, Masallı, Neftçala, Saatlı, Samux, Siyəzən və Xızı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı". 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 August 2022.
  2. "Azərbaycan Respublikasının Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı, Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-04.