Zazalı — Vikipediya
Zazalı | |
---|---|
40°43′05″ şm. e. 46°28′25″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Zazalı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Tarixi sənədlərdə kəndin 1828-ci ildən sonra salındığı göstərilir. Yaşayış məntəqəsi Zaqafqaziya d.y. xəttinin çəkilişindən (1883) sonra inkişaf etməyə başlamışdır. Kənddə xəlfəli tayfasına mənsub ailələr məskunlaşmışlar. Bəzi tədqiqatçılar oykonimi zaza tayfasmın adı ilə əlaqələndirirlər. Zazaların orta əsrlərdə İranda və Türkiyənin Siverek mahalında yaşamaları qeydə alınmışdır. Amma kəndin etnik mənzərəsi göstərir ki, kənd əhalisi qarapapaq (tərəkəmə) türklərindən ibarətdir. Qarapapaq türkləri isə Oğuz-Səlcuq axınları zamanı XI əsrdə Azərbaycana Mərkəzi Asiyadan gələn türk xalqıdır. Demək kənd adı İrandilli yox, türkdilli toponimdir. Araşdırmalar göstərir ki, kənd əhalisi xalis türklərdən ibarətdir. Qədim türk dillərində zaza "qamışlıq", "bataqlıq" mənalarında işlənmişdir. Güman etmək olar ki, oykonim ərazinin keçmişdə bataqlıq və qamışlıq olması ilə bağlı yaranmışdır.[1]
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əhalisinin sayı 617 nəfərdir.[2][3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Zazalı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
- ↑ Гиясаддин Гейбуллаев, (1986), Топонимия Азербайджана. С. 102
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Samux rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |