Qarabağnamələr — Vikipediya

Əhvalati-Qarabağ

QarabağnamələrQarabağ xanlığının tarixini öyrənmək üçün mühüm tarixi mənbə[1]

Qarabağnamələr

[redaktə | vikimətni redaktə et]

Azərbaycanın tarixi cəhətdən ən qədim bölgələrindən olan Qarabağ xanlığının siyasi, iqtisadi və mədəni tarixini öyrənən 10 Qarabağnamə mövcuddur:

  1. Mirzə Adıgözəl bəy “Qarabağnamə”;
  2. Mirzə Camal Cavanşir QarabağiTarix-e Qarabağ”;
  3. Əhməd bəy Cavanşir “1747-1805-ci illərdə Qarabağ xanlığının siyasi vəziyyətinə dair”;
  4. Mirzə Yusif Qarabaği “Tarixi-safi”;
  5. Mir Mehdi Xəzani “Kitabi-tarixi-Qarabağ”;
  6. Rzaqulu bəy Mirzə Camal oğlu “Pənah xan və İbrahimxəlil xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri”;
  7. Mirzə Rəhim Fəna “Tarixi-cədidi-Qarabağ”;
  8. Məhəmmədəli bəy Məxfi, “Əhvalati-Qarabağ”;
  9. Həsən İxfa Əlizadə “Şuşa şəhərinin tarixi”
  10. Həsənəli xan Qaradaği “Qarabağ vilayətinin qədim cədid keyfiyyət və övzaları”.

Qarabağ atları haqqında

[redaktə | vikimətni redaktə et]

Bu məlumatlar o qədər də sistemli göstəriş olmasa da hər halda Qarabağ xanlığında heyvandarlıq təsərrüfatının ümumi vəziyyəti haqqında müəyyən təsəvvür yaratmağa imkan verir[1]. Rzaqulu bəy Mirzə Camal oğlu da Qarabağ atlarının İran, Türkiyədə şöhrət tapdığını, xanın ilxısının sayının ayğırlardan savayı, 3500-dən çox doğar madyandan ibarət olduğunu qeyd etmişdir[2].

"Qarabağnamələr"də atçılıq təsərrüfatının bəzi məsələlərinə ətraflı şəkildə toxunulur. Bu qaynaqlara əsasən iddia etmək olar ki, Qarabağ xanlığında atçılıq təsərrüfatın mühüm sahələrdən biri idi. Bütün Cənubi Qafqazda Qarabağ atları cinsi, yaraşığı, dözümlülüyü, yüngüllüyü və qaçışı ilə şöhrət qazanmışdır. İngilislər bu atları hind süvari qoşunu üçün alırdılar. Qarabağ atları qızılı rəngi və gözəl forması ilə fərqlənirdi[3].

Məlumdur ki, at bütün dövrlər üçün sərfəli nəqliyyat növüdür. Fasiləsiz feodal müharibələri və basqınları zamanı at minik vasitəsi kimi döyüşlərdə əvəzedilməz rol oynayırdı. Atdan Qarabağ xanlığında nadir hallardakənd təsərrüfatı işlərində - əsasən xırmanlarda dərzlər döyülərkən istifadə olunurdu[1].

1832-ci ildə Qarabağ əyalətində 250 ayğırı və 1400 madyanı olan 11 atçılıq zavodu var idi. Satış üçün atların yetişdirilməsi ilə iri feodallar məşğul olurdular. Onlar çoxlu sayda madyan yetişdirir və onlardan alınan balaları satışa verirdilər. 1831-ci ildə Qarabağda bir atın qiyməti 30 çervondan 300 çervona qədər idi[4] ki, bu da öz dövrü üçün kifayət qədər böyük məbləğ idi[1].

Qarabağ xanlığının ixracatında Qarabağ atları heç də az rol oynamırdı[5].

  1. 1 2 3 4 "Yunis Hüseynov. "Qarabağnamələr" Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi. Bakı^ Elm, 2007, səh.74" (PDF). 2021-08-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-05-07.
  2. Rzaqulu bəy Mirzə Camal oğlu. Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və zamanın hadisələri // Qarabağnamələr. İkinci kitab, tərtib edəni və çapa hazırlayanı professor N.Axundov. Bakı, Yazıçı, 1991, səh. 243.  (az.)
  3. Мустафаев М.М. Экономика Карабахского ханства. На правах рукописи. Берлин: 1949, 53 стр.  (rus.)
  4. Обозрение Российских владений за Кавказом в статическом, этнографическом и финансовом отношениях. СПб:, Типография департамента внешней торговли, 1836, ç.3, Т.III, 296 стр.
  5. Yunis Hüseynov. "Qarabağnamələr" Azərbaycan tarixini öyrənmək üçün mənbə kimi. Bakı, Elm, 2007, səh. 86. Arxivləşdirilib 2021-08-31 at the Wayback Machine  (az.)

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]