Qaraqullar — Vikipediya

Qaraqullar
40°25′41″ şm. e. 46°05′12″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 569 nəf. (2009)[1]
Xəritəni göstər/gizlə
Qaraqullar xəritədə
Qaraqullar
Qaraqullar

QaraqullarAzərbaycan Respublikasının Daşkəsən rayonunun Qaraqullar kənd inzibati ərazi dairəsində kənd.[2]

Kəndin ilkin adı Ballıca olmuşdur. Sonralar kəndin əsasını qoymuş üç qardaşdan ən böyüyünün — Qaraqulunun adı ilə (hazırda kənddə qardaşların adını daşıyan üç nəsil vardır) adlanmışdır.[3]

Kəndin əsl adı Qaraqululardır. Yerli məlumata görə, yaşayış məntəqəsini Türkiyədən köçüb gəlmiş üç qardaş (Qaraqulu, Əfkar və Həsən) salmışdır.

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Dəstəfurçayın (Gəncəçayın qolu) sahilində, Qoşqar dağının (Kiçik Qafqaz) şimal-şərq yamacında yerləşir.

İl Daimi əhali Kişilər Qadınlar
1999[4] 465 231 234
2009[5] ↗569 ↗289 ↗280

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Kənddə Qaraqullar kənd kitabxana filialı, Qaraqullar kənd Mədəniyyət Evi fəaliyyət göstərir.[6]

Kənddə Daşkəsən rayon Qaraqullar kənd tam orta məktəbi fəaliyyət göstərir.[7]

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Kənddə Qaraqullar kənd həkim məntəqəsi yerləşir.[8]

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=45.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. Qaraqullar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 31. ISBN 978-9952-34-156-0.
  4. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 78.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 87.
  6. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-26.
  7. "Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri". 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
  8. "Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılan tibb müəssisələrinin siyahısı təsdiq edilmişdir (pediatriya.az)". 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]