Quşçu (qəsəbə, Daşkəsən) — Vikipediya
Quşçu | |
---|---|
40°33′06″ şm. e. 46°05′44″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Quşçu — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Daşkəsən qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[2]
Toponimikası
[redaktə | mənbəni redaktə et]Yaşayış yeri fəhlə qəsəbəsi kimi meydana gəlmişdir. Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Tarixi abidələri
[redaktə | mənbəni redaktə et]Qəsəbədə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Qəsəbə Qoşqarçayın sahilində yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 427 | 218 | 209 |
2009[5] | ↘412 | ↘199 | ↗213 |
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Mədəniyyəti
[redaktə | mənbəni redaktə et]Qəsəbədə Quşçu qəsəbə klubu fəaliyyət göstərir.[6]
Təhsil
[redaktə | mənbəni redaktə et]Qəsəbədə 80 şagird yerlik Daşkəsən rayon Quşçu qəsəbə S. İsgəndərov adına tam orta məktəb fəaliyyət göstərir.[7][8]
Din
[redaktə | mənbəni redaktə et]Qəsəbədə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
[redaktə | mənbəni redaktə et]Qəsəbədə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=45.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Quşçu (qəsəbə, Daşkəsən) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 76. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 77.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 86.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-29.
- ↑ "Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri". 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
- ↑ "Hamlet Qasımov. Daşkəsən yeni görkəmdə. Xalq qəzeti. 2009, 3 sentyabr, səh.10". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-29.