Qoşavəng monastırı — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qoşavəng monastırı | |
---|---|
Գոշավանք | |
40°43′47″ şm. e. 44°59′51″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Yerləşir | Qoş, Tavuş |
Aidiyyatı | Erməni Qriqoryan Kilsəsi |
Memar | Mxitar Qoş |
Sifarişçi | Mxitar Qoş |
Tikilmə tarixi | əsası qoyulub: 1188, əsas kilsə binası: 1191-1196, gavit: 1197-1203 |
İstinad nöm. | 10.23/14 |
Kateqoriya | Məbəd |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Qoşavəng məbədi – Qazax-Şəmşəddil sultanlığı ərazisində, Karvansaray (1930-cu il sentyabrın 9-dan İcevan) rayonunda Böyük Qarakilsə (1930-cu il yanvarın 3-dən Kirovakan) şose yolunun sağ tərəfində Turşsu bulağının yuxarısında qədim alban məbədi.
Ermənilər azərbaycanca "qoşa" sözünü sətri tərcümə edərək ("Cuğt" ermənicə "qoşa" deməkdir) məbədin adını "Cuğtağvəng" şəkilnə salmışlar. Ümumiyyətlə, Qoşavəng məbədinin əski adı Nor Getik olmuşdur və Qoşavəng adı məbədə sonradan verilmişdir. Bunun səbəbi mənbələrdə müxtəlif şəkildə göstərilir. Bəzi mənbələr buna səbəb olaraq məbəd kompleksində iki mühüm məbəd binası olduğunu göstərsə də, bəziləri Qoşavəng adını Mxitar Qoşla bağlayır. Belə ki, Mxitar Qoş uzun müddət bu məbəddə yaşamış və xidmət etmişdi.
Qoşavəng kompleksi iki abidədən ibarətdir. Birinci abidə XII yüzildə, ikinci abidə isə 1021-ci ildə tikilmişdir. İkinci abidə gümbəzsizdir.
Məbədin yerləşdiyi ərazilər qədimdən türk-oğuz boylarının ana yurdu olmuş və bura ilk ermənilər XIX əsrin əvvəllərində İran və Türkiyədən köç etmişlər.
|