Raymond-Rupen (Antioxiya knyazı) — Vikipediya

Raymond-Rupen
fr. Raymond-Roupen d'Antioche
erm. Ռուբեն–Ռայմոնդ
1216 – 1219
ƏvvəlkiIV Bohemond
SonrakıIV Bohemond
1211 – 1219
Şəxsi məlumatlar
Doğum tarixi 1199
Doğum yeri
Vəfat tarixi 1222
Vəfat səbəbi döyüşdə ölüm
Atası IV Raymond

Raymond-Rupen (it. Raimondo Rupeno) (1199, Antioxiya1222) — 6-cı Antioxiya knyazıErməni Kilikiya çarı.[1][2]

Atası Antioxiya knyazı III Bohemondun böyük oğlu və varisi Raymond, anası isə Erməni Kilikiya çarı I Levonun yaxın qohumu Alisa idi. Atasının 1197-ci ildə vəfatından bir neçə ay sonra dünyaya gəlmişdir. Doğulduqdan sonra babası III Bohemond onu yeni varisi təyin etmək istəsə də, yerli əsilzadələr uzun müddətdir Kilikiya çarlığı ilə gedən müharibələr səbəbilə bu azyaşlı uşağın taxt varisi seçilməsinə etiraz etdilər. Nəticədə anası Alisa oğlunu da alaraq Kilikiyaya qaçdı. Burada I Levondan aldığı dəstəklə Antioxiya knyazlığı üzərində haqq iddia etməyə başladı.

1211-ci ildə I Levon onu ortaq çar elan edərək Kilikiyanın bir hissəsinin idarəsini ona verdi. Əldə etdiyi siyasi güc və Antioxiyada yaranan daxili çəkişmələr nəticəsində 1216-cı ildə knyazlığı ələ keçirdi. Ancaq burada çox qala bilmədi və 1219-cu ildə yerli əhali tərəfindən qovuldu. Elə həmin il mühüm dəstəkçisi I Levonun vəfatıyla Antioxiya knyazlığı üzərindəki bütün taxt iddialarından əl çəkdi. Üstəlik, I Levon ölüm döşəyində ikən taxtını doğma qızı İzabellaya vəsiyyət edərək vəfat etdi. Beləcə, Raymond-Rupen ələ keçirildi və ölümünədək həbs tutuldu.

  • Asbridge, Thomas (2000). The Creation of the Principality of Antioch, 1098–1130. Boydell Press. ISBN 978-0-85115-661-3
  • Barber, Malcolm (2012). The Crusader States. Yale University Press. ISBN 978-0-300-11312-9
  • Brown, Gordon S. (2003). The Norman Conquest of Southern Italy and Sicily. McFarland&Company, Inc. ISBN 978-0-7864-1472-7
  • Lilie, Ralph-Johannes (1993). Byzantium and the Crusader States, 1096–1204. Oxford: Oxford University Press. ISBN 978-0-19-820407-7
  • Runciman, Steven (1989b). A History of the Crusades, Volume II: The Kingdom of Jerusalem and the Frankish East, 1100–1187. Cambridge University Press. ISBN 0-521-06162-8
  1. Fink, Harold S. (1969). "The Growth of the Latin States, 1118–1144". In Setton, Kenneth M.; Baldwin, Marshall W. (eds.). A History of the Crusades, Volume I: The First Hundred Years. The University of Wisconsin Press. pp. 368–409. ISBN 0-299-04844-6
  2. Hailstone, Paula Z. (6 Dec 2019). Recalcitrant Crusaders?: The Relationship Between Southern Italy and Sicily, Crusading and the Crusader States, c. 1060–1198. Routledge. ISBN 9781000764628