Səfəvilərin əhalini şiələşdirməsi — Vikipediya

Şiəliyin dövlət dini kimi elan edilməsi. Şah İsmayıl Təbrizdə

Səfəvilərin əhalini şiələşdirməsiSəfəvi imperiyasının əhalisini (bəzən güc tətbiq etməklə[a]) şiələşdirmə[b] siyasəti.[1][2][3][4] XVI əsrdən başlamış və XVIII əsrə qədər davam etmiş, proses nəticəsində Orta Şərqin müəyyən bir hissəsində şiəliyin dominant olduğu bölgələr meydana çıxmışdır. Prosesə Səfəvi imperiyasının sünni qonşuları, xüsusən Osmanlı ilə olan düşmənçilik münasibətləri təsir etmişdir. Bu prosesin sonu On iki imam şiəliyinin digər şiə cərəyanları olan Zeydilikİsmaililik üzərində hegomonluğu ilə nəticələndi. Bu iki şiə cərəyanı buna qədər müəyyən dövrlərdə şiə dünyası daxilində hakim olmuşdular. 1501-ci ildə Səfəvi imperiyasının yaradılması ilə On İki imam şiəliyi imperiyanın rəsmi məzhəbi elan edildi və bu məqam İslam tarixində dönüm nöqtələrindən biri hesab edilir.

Bu prosesin birbaşa nəticəsi kimi müasir İranAzərbaycan (həm şimali, həm də cənubi Azərbaycan) şiəliyə keçid etdilər və bu hələ də belə qalmaqdadır.[5] Bu ölkələr hələ də böyük şiə əhalisinə malikdirlər və dünyada əhalisinin şiəliyi nisbətinə görə birinci İran, ikinci isə Azərbaycan gəlməkdədir.[6]

Səfəvilərdən öncə

[redaktə | vikimətni redaktə et]

Ərəblərin işğallarından və islamlaşdırma proseslərindən sonra Səfəvi imperiyasının yarandığı bölgənin sakinləri əsasən sünni məzhəbinin Şafi [7]Hənəfi qollarına mənsub idilər. Səfəvi sülaləsinin özü də əvvəllər Şafi sünni olmuşdular.[8][c] İronik olan odur ki, XVI əsrin əvvəllərinə qədər gələcəkdə Səfəvi imperiyasının əsas düşməni olacaq Osmanlı imperiyası öz ərazisində mədrəsələrin azlığına görə üləmalarını təhsillərini təkmilləşdirmək üçün İran və ya Azərbaycan ərazisinə göndərirdi.[9] Bu bölgə o dönəmdə sünni mərkəzlərdən hesab edilirdi.[10] Buna baxmayaraq, bu bölgədə Məhəmməd Peyğəmbərin ailəsi üstün tutulurdu.[11] Bunun qarşılığında, Səfəvi dövrünə qədər imperiya əhalisinin az bir qismi şiə məzhəbində idi və buna uyğun olaraq da, orada şiə din adamları da azlıq təşkil edirdilər.[12]

Səfəvilər sülaləsinin öz imperiyasını qurmamışdan əvvəl bölgədə şiələr azlıq təşkil etsə də, yaxın keşmişdə bəzi hökmdarların şiəliyi qəbul edilməsinə rast gəlmək mümkün idi. Məsələn, Elxanilər dövlətinn hökmdar Məhəmməd Olcaytu körpə ikən xristian kimi vəftiz edilib, bir qədər sonra buddizm ilə yaxınlaşsa da, sonradan Hənəfi sünniliyə keçmişdi. Lakin bu zaman belə türklərin ənənəvi dini hesab edilən şamanızmin nişanələrini daşımaqda idi. 1309–1310-cu illərdə o, nəhayətki şiəliyi qəbul etmişdi.[13] Həmçinin, Səfəvi imperiyasının yarandığı bölgədə və elə Səfəvi dövlətini yaradan tayfalar tərəfindən yaradılmış Qaraqoyunlu dövləti də çox zaman şiə dövləti kimi qəbul edilir.[14][15][16][17] Beləliklə, hesab edə bilərik ki, şiəlik sünniliklə nisbətdə köçəriliyi qoruyub saxlayan və islamla yeni tanış olan türk-monqol tayfaları arasında yayılmağa başlamışdır. Buna görədir ki, türklər arasında şiəliyə keçid halları ilə Elxanilər dövründən etibarən daha sıx-sıx rastlaşmağa başlayırıq.

I İsmayılın dövrü

[redaktə | vikimətni redaktə et]
Səfəviyyə ordeninin rəhbəri, Səfəvi imperiyasının qurucusu, türk tayfaları döyüşçülərindən təşkil edilmiş Səfəvi ordusunun ali baş komandanı Şah İsmayıl.

1499-cu ildən ali hakimiyəti ələ keçirmək üçün mübarizəyə başlayan Şah İsmayıl 1502-ci ilə qədər Azərbaycanı (həm şimali, həm qərbi, həm də cənubi Azərbaycan) , indiki İranı, Gürcüstanı, Dağıstanı ələ keçiməyi bacardı. Bundan sonra onun qarşısında duran vəzifələrdən biri də ələ keçirdiyi yerlərdə öz hakimiyyətini möhkəmləndirmək idi, çünki bölgə əhalisi hələ də əsasən sünni məzhəbində idi. 1504-cü ildə yenidən hücuma keçən Şah İsmayıl indiki İranın cənub-qərbini 1505–1508-ci illər ərzində ələ keçirdi və sonda 1510-cu ildə özbəkləri məğlub edərək Xorasanı özünə tabe etdi.[18] Tarixçi Daniel V. Braunun bildirdiyinə görə, Şah İsmayıl "Fatimilərin süqutundan sonra ən uğurlu şiə hökmdarı" olmuşdur.[19] Hakimiyyət tam olaraq ələ alındıqdan sonra bütün bölgələrdəki sünnilər təzyiqlərə məruz qaldılar və sünni sufi ordenləri qapadıldı. Sünni üləmaların yerinə şiə üləmaları yerləşdirdirildi.[20]

Məzhəb dəyişdirmə siyasətinin səbəbləri

[redaktə | vikimətni redaktə et]

Səfəvi sülaləsi əksər müsəlman sülalələrindən daha çox öz məzhəblərini əhaliyə qəbul etdirmək üçün çalışmışdırlar. Bunun səbəbləri belə sıralana bilər:

  • Bununla, Səfəvilər öz imperiyalarına qonşularından fərqli dini kimlik formalaşdırmaqla daha da möhkəmləndirə biləcəklərini düşünmüşdürlər.[21][22][23]
  • Səfəvilər uzun müddət Osmanlı imperiyası ilə mübarizə aparmağa məcbur olmuşdular. Sünni imperiyaya qarşı daxildə şiə əhali formalaşdırmaqla bu mübarizələrdə daha rahat ola biləcəklərini düşünmüş ola bilərlər.[24]
  • Din dəyişdirmə dövlətə və onun təsisatlarına sadiq olacaq ərazinin qurulması prosesinin bir hissəsi idi, beləliklə, dövlət və onun təsisatlarına bütün ərazidə öz hökmranlıqlarını möhkəmləndirmək imkanı verirdi.[25]

Məzhəb dəyişdirmə üsulları

[redaktə | vikimətni redaktə et]

Şah İsmayıl öz hakimiyyətini bütün imperiya ərazisində möhkəmləndirdikdən sonra sünni əhalini şiələşdirmə kampaniyasına başladı.[26] Bu din dəyişdirmə siyasətinin metodları bunlar idi:

  • Şiəliyin bütün xalq üçün dövlət və məcburi din kimi qəbul edilməsi və sufi sünnilərinin zorla şiəliyə çevrilməsi.[27][28][18]
  • Sədr təsisatının yaradılması. Bu vəzifə dini məsələlərlə və qərarlarla maraqlanmalı idi. İmperiya əhalisini şiəliyə keçidini təmin edə bilmək üçün sədr şiə on iki imamlıq doktrini hazırlamalı idi.[29]
  • Sünni dini yerlərinin təzyiqə məruz qalması. Bu 1511–1512-ci illərdə Çinə gedən portuqaliyalı səfir Tome Pires tərəfindən də qeyd edilmişdir.[30]
  • O, ilk üç sünni xəlifənin (Əbu Bəkr, ÖmərOsmanın) bütün məscidlərdən qəsbkar olaraq lənətlənməsini tətbiq etdi, sünni tariqətlərini dağıtdı və onların əmlakını ələ keçirdi, şiə ziyarətgahlarını, qurumlarını və dini incəsənətini inkişaf etdirmək üçün dövlət dəstəyindən istifadə etdi. Sünni alimlərinin yerinə xaricdən şiə alimləri gətirdildi.[19][31][32]
  • Ümumi sünni inistitutlarına təzyiqlərin, qadağaların tədbiq edilməsi, məşhur sünni alimlərin vəzifələrdən, ölkədən uzaqlaşdırılması.[33][34]
  • Müqavimət göstərən sünni qruplaşmaların sürgün və ya qətl edilməsi.[32][35]
  • Səfəvi imperiyasının yaradılması ilə Xəlifə Ömərin öldürülməsi günü bayram kimi qeyd edilməyə başlandı. Bu bayramda Ömərin qətl edilməsi teatr kimi canlandırılrıdı. Lakin sonrakı dövrlərdə sünni dövlətlərlə münasibətlərin inkişaf etməsindən sonra bu bayram bir daha qeyd edilmədi.[36]
  • İmperiyanın yaradılması ilə Şah İsmayıl bütün dünya şiələrini onun imperiyasına gəlməyə dəvət etdi və onlara sünni əksəriyyətindən qorunma vəd etdi. Çünki bu zaman və bundan əvvəl də digər ölkələrdəki şiələr sünni əksəriyyət arasında yaşamağa məcbur idilər və onlarda Səfəvi imperiyasında yaşayan sünnilərin üzləşdiyi təzyiqlərlə üzləşirdilər.[35]

Şiə və sünni üləmanın taleyi

[redaktə | vikimətni redaktə et]

İlk Səfəvi şahları dövründə sünni üləma qarşısına müəyyən seçim etmə tələbi qoyulurdu. O, ya şiəliyə keçmələri, ya ölkəni tərk etməli, müqavimət göstərmə seçimi qarşısında isə edam edilməli idi.[19][37][18] Ölkənin şiəliyinə keçid etməsinə qarşı çıxan sünni üləma və onların dəstəkçiləri öldürüldülər. Belə hadisələrdən biri Heratda yaşanmışdı.[25] Beləliklə, bu prosesin sonunda ölkədəki sünni üləma öz gücünü tamamilə itirdi.[38][39]

İmperiyanın qurulmasından dərhal sonra əhalinin şiələşdirmə prosesinə başlanıldı. Ölkənin əsas din adamlarının sünni olması, şiə alimlərinin isə çox az olmasına görə, I İsmayıl yeni bir siyasət qəbul edərək xaricdən şiə alimlərin imperiyaya gətirilməsinə başladı. Əsas yer olaraq isə ənənəvi şiə mərkəzlərindən biri olan və müasir Livanın cənubunda yerləşən Cəbəl Amüldən, Dağlıq Livandan, Suriyadan, Ərəbistanın şərqindən və İraqın cənubundan şiə üləmanın Səfəvi imperiyasına gətirilməsi idi.[40][d][41][42][43] Nəticədə ölkədə şiə üləması formalaşdırıldı. Şah İsmayıl onlara sadiqlik qarşılığında pul və torpaq vəd edirdi. Bu gətirilən şiə üləmaları şiəliyin doktrinini öyrətməyə, əhalini onu qəbul etməyə təşviq etməyə başladılar.[25][32][44][28] Bundan əvvəl ölkədə şiə üləmanın azlığına nümunə kimi göstərə bilərik ki, bir salnamədə qeyd olunana görə imperiyada şiə qaynağı bircə Təbrizdə mövcud idi.[22] Beləliklə, İsmail və tərəfdarlarının şiə alimlərinin dəstəyi olmadan bütöv bir xalqı yeni əqidəni qəbul etməyə vadar etməyə müvəffəq olub-olmaması sual altındadır. Səfəvi hökmdarları da özlərinin imperiya üzərində hökmranlıqlarını qanuniləşdirmək üçün bu əcnəbi şiə din alimlərini öz saraylarına dəvət etdilər.[45]

I Abbas öz hakimiyyəti dövründə şiə alimlərin ölkəyə gətirilməsini daha da artırdı və onlar üçün dini mərkəzlər inşa etdirdi, onları keçmişdə (Gizli imam doktrinasına uyğun olaraq) çəkindikləri hökumət işlərində iştirak etməyə uğurla inandırdı.[46]

Azərbaycan və İraq

[redaktə | vikimətni redaktə et]

Azərbaycanda məzhəb dəyişdirmə

[redaktə | vikimətni redaktə et]

Təbrizin fəth edilməsindən sonra 1502-ci ilə qədərki müddət ərzində bütöv Azərbaycan, Dağıstan ələ keçirildi.[18] Təbrizin fəthifnin ardından Şah İsmayılın ilk aktlarından biri ölkənin əhalisinin böyük bir hissəsinin sünni olmasına baxmayaraq, On iki imamlığı imperiyanın rəsmi dini və ya məzhəbi olaraq elan etmək oldu. Bu elandan sonra əhalini məzhəb dəyişdirməyə sövq etmə prosesi başladıldı və Qafqazın müsəlman əhalisi yavaş-yavaş şiəliyə keçid etməyə başladı.[47][23] Şiəliyə keçidə qarşı ən güclü müqavimət ənənəvi sünni mərkəzi olan Şirvan bölgəsində idi.[e] Onların silahlı müqaviməti qızılbaşlar tərəfindən silah gücüylə yatırıldı.[49] Səfəvilərin şiəliyi rəsmi din etməsindən sonra Persiya və Azərbaycanın türkdilli şairləri ya Misir və Suriyaya (Məmlük hamiliyində yaşamaq üçün), ya da Osmanlı imperiyasına getdilər.[50]

Azərbaycanın cənubunda yaşayan Azərbaycan türklərinin demək olar ki, hamısı Səfəvi imperiyasının hakimiyyəti dövründə şiələşsə də, Azərbaycanın şimalında vəziyyət bundan fərqli idi. Rusiya imperiyasının Azərbaycanın şimalını işğal etdikdən sonra 1830-cu illərdə aparılmış hesablamalara görə buradakı əhalinin təxminən yarısı sünni olmuşdur.[51] Bu nisbət 1848-ci ilin statistikasında da qalmaqda idi. Lakin 1860-cı illərdən etibarən Azərbaycanın şimalındakı sünnilərin sayında azalma hiss edilir. Bu azalma qarşısında isə şiələr üstünlüyü ələ keçirdilər və əhalinin əksəriyyətini təşkil etdilər. Sünnilərin sayındakı azalmanın əsas səbəbi Rusiya-Osmanlı müharibələri və Şimali Qafqazdakı sünnilərin ruslara qarşı qazavatları idi. Buna qədər az-az müşayət edilən və Osmanlı imperiyasına yönələn Azərbaycan sünnilərin köçü Şimali Qafqazdakı çıxışların amansızlıqla yatırılmasından sonra selə çevrildi.[52]

Beləliklə, həm cənubi, həm də şimali Azərbaycanda şiələrin tam üstünlüyü formalaşdı. Bütöv Azərbaycan torpaqlarının şiəliyə keçidlə tanış olması müasir İran ərazisinin tanış olması ilə təxminən eyni vaxta düşdü. Müasir Azərbaycan İrandan sonra əhali nisbəti etibailə ən çox şiə çoxluğa malik olan ölkədir və bundan başqa ən azından nominal olaraq şiə əhalinin sünnilərə nisbətən çox olan yalnız iki ölkə vardır — İraqBəhreyn.[6]

Koroğlu dastanının Səfəvilər dövründə ortaya çıxmış Azərbaycan versiyasında əsasən anti-Osmanlı abu-havası olsa da, Tiflisdə 1967-ci ildə tapılmış əlyazmada Şah II Abbas zalım hökmdar kimi göstərilir. Fərid Ələkbərliyə görə Osmanlının mənfi göstərilməsi XVII əsrin ortalarından etibarən Azərbaycanda Səfəvi hakimiyyətinin və şiə təbliğatının güclənməsi ilə bağlıdır. Səfəvi şahlarını tənqid etmək təhlükəli idi və buna görə də Osmanlı hədəf götürülürdü.[53] Səfəvilər dövründə şiəliyin qəbulu Azərbaycan xalqının formalaşması üçün həlledici amil hesab edilir.[54][55] Digər bir mənbə qeyd edir ki, Cənubi Qafqazda şiəliyinin yayılması buranın türk əhalisinin özünü türk olaraq dərk etməsini zəiflətmişdir.[56]

İraqda məzhəb dəyişdirmə

[redaktə | vikimətni redaktə et]
İraqın xəritəsi.

Şah İsmayıl dönəmin ən böyük mərkəzlərindən biri hesab edilən Bağdad şəhərini 1508-ci ildə ələ keçirdi. Şəhər ələ keçirildikdən sonra qızılbaş ordusuna müqavimət göstərən sünni dəstələri öldürüldü və şahın qəbilə müttəfiqləri vasitəsilə onları fəal şəkildə təqib edildilər.[35] Bundan başqa, qızılbaşlar Əbdülqadir Gilani və Əbu Hənifənin türbələrini ziyarətə başladılar, hətta Əbdülqadir Gilaninin ailəsini Mesopotamiyadan qovdular. Burada da məzhəbin rəsmi olaraq şiəlik kimi elan edilməsndən sonra digər bölgələrdə təkrarlanan hadisələr burada da təkrarlandı və əhaliyə şiəliyi qəbul etmək əmr edildi. Bağdad fəth edilib, bu siyasət tətbiq edildikdən sonra Şah İsmayıl imperiyanın mərkəzinə geri döndü, lakin müasir İraq ərazisindəki sünnilərin müqavimət ocaqları mövcudluğunu qorumağa davam edirdi.[57]

Şah İsmayıldan sonra taxta çıxan I Təhmasibin dövründə də BağdadBəsrə də daxil olmaqla, mərkəzi və cənubi İraq Səfəvi imperiyasının hakimiyyəti altında qalmağa davam edirdi. Onun hakimiyyəti dövründə də şiəliyin təşviq edilməsi və əhaliyə qəbul etdirilməsi siyasəti davam etdirildi. Şiəliyə keçid etmək istəməyən sünni üləma sürgünlərə və edamlara məruz qaldı, sünni türbələri şiə türbələrin çevrildi. Bəzi üləmalar şiəliyə keçidi qəbul etdilər.[58]

1534-cü ildə Bağdad Osmanlı imperiyası tərəfindən işğal edildi və bu dəfə də şəhərdəki şiələr qırğınlara məruz qaldılar. 1534-cü ildən 1624-cü ilə qədər Osmanlı hakimiyyəti altında qalan Bağdadda sona gəldikdə demək olar ki, sünnilər tərəfindən həyata keçirilən qırğınlara görə şiə qalmamışdı. 1624-cü ildə I Abbas şəhəri geri qaytardıqdan sonra əvvəlki siyasət yenidən bərpa edildi.[59]

Səfəvilərin dini görüşlərinin özündə yaşanan dəyişikliklər

[redaktə | vikimətni redaktə et]

Səfəvi imperiyası yaranmamışdan əvvəl Səfəvi ordeni formalaşdırılmışdı. Bu Sufi ordeninin əsasını Səfiəddin Ərdəbili (1252–1334) yaratmışdı. Sülalənin əcdadları daha əvvəllər Şafi sünni olsalar da, daha sonradan şiəliyə keçmiş, İmamət qavramı ilə yaxınlaşmış və sonda On iki imam şiəliyinə keçmişdirlər. Səfiəddin Ərdəbili Ərdəbildə doğulub böyümüş, ŞirazGilanda təhsil almışdı. Gilanda Zahid Gilaninin tələbəsi olan Səfiəddin, bir qədər sonra Zahidi Sufi ordeninin rəhbəri keçməyi bacarmışdı. Zahid Gilaninin ölümündən sonra Zahidiyyə tədricən adını dəyişdirərək Səfəviyyə adlanmağa başladı.[60][61][62][63]

Səfiəddinin 1334-cü ildə ölümündən sonra ordenin rəhbərliyi onun oğlu Sədəddin Musaya keçdi[64] və beləliklə, ordenə rəhbərlik irsi olaraq keçməyə başladı. Daha sonrakı rəhbərlər olan Şeyx CüneydŞeyx Heydərin dövründə orden tədricən türk tayfalarının da dəstəyini qazanaraq hərbi struktur halına gəldi. Özü də bir şiə olan Qaraqoyunlu hökmdarı Cahanşah Şeyx Cüneydin üzvlərinin çoxalmasından çəkinərək onun əmisi Şeyx Cəfərə müraciət edərək Cüneydin Azərbaycandan çıxmasını təmin etdi. Bundan sonra Şeyx Cüneyd, Anadoluya gələrək oradakı türkmanlar arasında təbliğata başladı, Anadoluda özünə xeyli müridləri qazandı və Qaraman bəyliyinə keçdi, Qaraman bəyinin onun tutulması haqda əmr verməsindən sonra Misir məmlüklərinə sığındı. Lakin burda da şiə təbliğatı yaydığından məmlüklər onun üzərinə qoşun göndərdi, döyüşdə məğlub olan Şeyx Cüneyd Anadoluya qaçdı. 1456-cı ildən 1459-cu ilədək Cüneyd, o vaxt hələ az tanınan Ağqoyunlu Uzun Həsənin yanında olmuşdu. Uzun Həsən öz düşməni Cahanşahla mübarizədə Səfəvi şeyxlərinin köməyini təmin etmək arzusu ilə öz bacısı Xədicə Bəyimi Şeyx Cüneydə ərə verdi. Tarixçilərin göstərdiyi kimi, bu nigahın sorağı Kiçik AsiyanınSuriyanın ən uzaq guşələrinə yayıldı və "əvvəlki şeyxlərin" xəlifələri Cüneydin görüşünə gəldilər.[65][66][67]

Atasının ölümündən sonra dayısı Uzun Həsənin sarayında dünyaya gələn Şeyx Heydər elə onnu yanında da böyüdü. Ordenin rəhbəri olduqdan sonra öz inancını xüsusilə türk tayfaları arasında yaydı. Onun on iki imamın şərəfinə formalaşdırdığı 12 rəngli baş geyimi onun tərəfdarlarının əsas simvoluna çevrildi və onlara qızılbaşlar deyilməsinə başlandı. Hərbi strukturu daha da gücləndirən Şeyx Heydərin əsas rəqibi Şirvanşahlar idi və elə belə döyüşlərdən birində də o vəfat etdi.[68][69]

Bütün bu dövrlər ərzində xristian gürcülər başda olmaqla, digərlərinə qarşı hərbi axınlar tədricən artırılmış və dini təsəvvürdə də müəyyən dəyişikliklər formalaşdırılmışdır. Bunlar ümumi şəkildə "qaliyyə" hesab olunur, yəni öz rəhbərliyinə məsihvari düşüncələr bəsləməklə birlikdə, ənənəvi On iki imam şiəliyinin ortodoksluğundan kənarlaşırdı. Şah İsmayıl belə bir kontekstdə fəaliyyətə başlamış, öz tərəfdarları tərəfindən mürşidi-kamil olaraq dəyərləndirilmişdir. Beləliklə, iddia etmək mümkündür ki, Şah İsmayılın dini düşüncələri müasir Türkiyənin əhalisi olan Ələvilərlə daha yaxın olmuşdur, çünki Şah İsmayılın hakimiyyəti dövründə onunla eyni düşüncələri paylaşan və onun əcdadları tərəfindən bu dini düşüncələrlə tanış olan türk tayfaları sonradan bu torpaqların Osmanlı əlinə keçdiyinə görə Səfəvi imperiyasında gedən dini dəyişiyliklərdən uzaq qalmışdırlar. Şah İsmayılın ölümündən sonra vəziyyət dəyişmiş, azyaşda taxta çıxmış, hakimiyyətinin ilk onilliyində vətəndaş müharibələrinin arası kəsilməmiş I Təhmasib bu təsəvvürlərdə də müəyyən dəyişikliklər həyata keçirməyə məcbur olmuşdur.

Blue-and-gold Quran
İyul-avqust 1552-ci ildə Şirazda və ya Qəzvində düzəldilmiş və çox güman ki, I Təhmasibə aid olan Quran əlyazması.

Şah Təhmasib özünü "dindar mistik şiə kralı" kimi təsvir edirdi.[70] Onun dini düşüncələri tarixçilərin ən çox maraqlandığı məsələlərdən biridir.[71] 1533-cü ilə qədər qızılbaş liderləri ona təlqin edirdilər ki, gənc şah atasının yolundan getməlidir. Çünki qızılbaşlar onun atası Şah İsmayıla təkcə dövlətin başçısı kimi deyil, həm də dini rəhbər hesab edir, onun Mehdi olduğunu düşünürdülər. Həmin il o, ruhi baxımdan yenidən dünyaya gəlmə prosesini keçərək tövbə etdi və dindən kənar davranışlarını tərk etdi.[72] Təhmasib atasının Mehdi olma iddiasını tərk etdi, İmam Əlinin mistik sevicisi və şəriətə bağlı şah olmağı üstün tutdu.[73] Lakin haraya getməsindən asılı olmayaraq kəndlilər və şəhərlilər hələ də onun ətəyinə toxunmaq üçün ziyarətə gəlirdilər.[71] Şah İmam Əli və digər müqəddəslərlə əlaqəsinin olduğunu iddia edirdi və yuxuları vasitəsiləri ilə əcdadı Şeyx Səfiəddinin ona gələcəyi dediyini bildirirdi.[74] Həmçinin şah, saraydakı şairlərdən onun barədə deyil, İmam Əli barədə şerlər yazmasını istəyirdi.[75] O, Osmanlı imperiyasına hədiyyə kimi xeyli sayda Quran kitabının nüsxələrini göndərmişdir. İstanbula göndərilən bu nüsxələrin hamısı qiymətli daş-qaşlarla bəzədilmiş olmuşdur.[76]

On iki imam şiəliyini o, şahlığın yeni doktrini kimi görürdü və üləmaya dini və hüququ məsələlərdə səlahiyyətlər vermiş, Şeyx Əli əl-Kərəkini qeybdə olan imamın köməkçisi təyin etmişdi.[70] Bu təyinat molla, seyid və onların şəbəkəsinə sarayda yeni siyasi güc vermişdi. Onlar əsasən Təbriz, Qəzvin, İsfahan və bir qədər sonra Rəşt, Astarabad, Amülda yerləşməkdəydilər və bu Səfəvi seyid irsi "Hüseyni" adlanmaqda idi.[77][78] Təhmasib Qəzvin şəhərini şiəliyin mərkəzi halına gətirə bilmək üçün Qəzvində yerləşən və XVIII şiə imamı Rzanın oğluna aid olan türbəni təmit edib genişləndirdi.[79] O, həmçinin Ərdəbildəki Sufi ordeninə qarşı da diqqətli idi. O, bu ordenin ziyarətçiləri və Səma məraismlərini həyata keçirmək üçün Cənət Saray məscidini tikdirmişdi.[80] Təhmasib təsəvvüf ayinlərinin icrasını, sufilər və mollalara onun sarayına gəlib Fitr bayramı üçün ictimai təqva və zikrlər etmələrini (və ona beyətlərini təzələsinlər) əmr etmişdi. Bu, Təhmaspın davamçılarını özlərini qəbilə və ya digər yerli sosial nizamlarla bağlı ola bilməyəcək qədər böyük bir icmaya mənsub görməyə təşviq etdi.[81] Təhmasibin hakimiyyəti dövrünün şiəliyə keçid dövrü kimi dəyərləndirilməsinə baxmayaraq, atasından fərqli olaraq o, digər dini qrupları din dəyişdirməyə məcbur etməmişdir.[82]

Şah I Təhmasibin sifarişi ilə hazırlanmış xüsusi "Xəmsə" əlyazmasına şahın hamilik etdiyi rəssam Sultan Məhəmməd tərəfindən çəkilmiş "Məhəmməd peyğəmbərin meracı" miniatürü. Britaniya Milli Kitabxanası.

Din dəyişdirmə prosesi zamanı əhəmiyyətli şəxslər

[redaktə | vikimətni redaktə et]

II İsmayılın (1576–1577) hakimiyyəti dövründə sünnilərə qarşı siyasət bir qədər yumşaldı və şahın özü müəyyən sünnipərəst siyasət izləməyə başladı.[28]

II İsmayılın dövlət xadimi kimi fəaliyyəti haqqında məlum olan məlumatlar çox azdır. Onların içərisində şahın din sahəsindəki tədbirlərinə aid məlumatlar diqqəti xüsusilə cəlb edir. Bu məsələ barəsində daha tam məlumatlar İsgəndər bəy Münşinin "Tarix-i aləm aray-i Abbasi" əsərində az da olsa mövcuddur. Artıq II İsmayılın tacqoyma mərasimindən bir neçə ay sonra, onun öz İsmayılın adamlarının kiçik dairəsində sünniliyə meyilli çıxışlar etməsi barədə xalq arasında narahat şayiələr gəzməyə başladı. Buna görə də ondan sünniliyin tərəfdarı kimi şübhələndilər. Saraydakı şiə ruhaniləri açıq etirazlarını bildirməyə cəsarət etmirdilər. Lakin öz aralarında şahın çıxışlarını pisləyirdilər.[83]

Hələ I Təhmasib dövründə sünniliyə rəğbət bəsləməkdə ittiham edilən saray üləmalarından biri (Mirzə Məxdum Şərifi) şahın şiəlik əleyhinə çıxışlarını müdafiə etdi və tezliklə hər cür qorxunu kənara ataraq, "birinci üç xəlifənin lənətlənməsini" ləğv etmək tələbilə sünnilərin xeyrinə açıq şəkildə çıxış edən İsmayılın yanında böyük təsir sahibi oldu. Şiə ruhanilərinin müqavimətinə baxmayaraq, İsmayıl gələcəkdə küçələrdə və şəhər meydançalarında Əbubəkrin, ÖmərinOsmanın açıq lənətlənməsi adətini (təbərra) qadağan etdi.[84] O, Mirzə Məxdum Şərəfi, Mövlana Mirzəcan Şirazi və Mir Məxdum Lalə kimi sünni ruhanilərinin nümayəndələrinə hədiyyələt verdi.[85][86] Mirzə Məxdum, şaha şikayət etmişdi ki, məsciddə moizə oxunuşu zamanı xəlifələr lənətlənir və onun barəsində istehza ilə danışırlar. II İsmayıl qorçilər dəstəsinə məscidə getməyi və lənət deməyə cəsarət edənləri cəzalandırmaq üçün növbəti moizədə iştirak etməyi əmr etdi. Cümə xütbəsinin sonunda Qəmbər adlı dərviş öz sözlərini aşağıdakı kəlamla bitirdi:[87]

" Əliyə və onun ailəsinə səmimi qəlbdən xeyir-dua, Əlinin düşmənlərinə isə əbədi lənət olsun! "

Mirzə Məxdum dərvişi ədəbsizlikdə günahlandırdı. Yaxınlıqda duran qorçilər isə onun üzərinə atılıb dəyənəklə başını yardılar. Bu hadisə şahın sünnilik əqidələri barəsində Qəzvin əhalisinin şübhələrini gücləndirdi. II İsmayıl hətta şiə ilahiyyatçılarını təqib etmək fikrinə düşdü. Məsələn, Mir Seyid Hüseyn Müctəhid, Mir Seyid Əli Xətib və başqaları saraydan qovuldular. Mir Seyid Hüseynin kitabları möhürləndi və müsadirə edildi. Onun evi isə dağıdıldı. Sünnilik tərəfdarları xalqı öz tərəflərinə çəkməyə cəhd göstərdilər. Elan edildi ki, öz həyatı boyu peyğəmbərin silahdaşlarını lənətləməmiş müsəlmanlara müəyyən məbləğdə pul veriləcəkdir. Belə adamları aşkara çıxarmaq Mirzə Məxduma tapşırıldı.[87] Qəzvin əhalisinin ehtiyac içərisində olan hissəsi vəd olunmuş məbləği almaq arzusu ilə iddia edirdi ki, onlar həyatları boyu şiəliyə mənsub olmamışlar. Bir çox qəzvinli keçmişdə sünni olmuş, şafii təriqətinə etiqad etmişdi. Buna görə də belə hesab edirdilər ki, onların çoxu hələ paytaxtda qalmaqdadır. Mirzə Məxdum bu yolla müəyyən edilmiş "sünnilərə" 200 min tümənə qədər pul verdi.[88]

Lakin II İsmayıl və sünnipərəst ruhanilər öz əməllərini davam etdirmək fikrində idilər. Qəzvin möhtəsibinə (keşikçi dəstəsinin rəisi) göstəriş verilmişdi ki, o, məscidlərin bütün divar və qapılarından İmam Əliyə olan məhəbbəti ifadə edən yazıları yox etsin. Möhtəsib Mir Zeynalabidin Kaşi özü şiə idi. Lakin II İsmayılın xoşuna gəlmək üçün imamların şücaətlərini təsvir edən bütün yazıları və hətta onların adlarını da pozmağı əmr etdi. Dərvişin öldürülməsi və məscidlərin təhqir edilməsi xəbəri təəssübkeş qızılbaşların səbir kasasını doldurdu. Onların əyanlarından ibarət adamlar son dərəcə hiddətlənmiş halda Səədabad bağında, sarayın qarşısında toplaşdılar. Onlar şiə icmasının başçısı olan mürşidi-kamilin açıq-aşkar öz əcdadlarının etiqadından imtin etmək niyyətində olduğu təqdirdə, müridlərin (sufilərin) özlərini necə aparacaqlarını da bilmədiyini bildirirdilər. Bəziləri bu barədə İsmayılın şəxsi fikrini öyrənməyi təklif edirdilər. Çünki yalnız o, icmanın irsi başçısı kimi şübhələrə son qoya bilərdi. Ağsaqqallar bu təklifə qarşı çıxış etdilər. Onların fikrincə, belə rəftar qəbul olunmuş qaydalara müvafiq deyildi və şah sülaləsinə qarşı qiyam kimi başa düşülə bilərdi. Təkəli tayfasının başçısı Ərdoğdu Xəlifə, türkman tayfasının rəhbəri Əmir xanla bərabər şahın yanına getmək, etiqad məsələləri üzrə onları narahat edən suallara cavab verməyi şahdan xahiş haqqında razılıq əldə olundu.[88] Burada iştirak edən əmirlərin bir qismi tez aradan çıxıb şaha xəbər verdilər ki, təkəli və türkman tayfalarının başçıları öz aralarında ittifaq bağlayıblar, müttəfiqlər şahı dinsizlikdə günahlandırmaq, onu devirmək və yerinə Tehranda yaşayan şahzadə Həsəni taxta oturtmaq niyyətindədirlər. Qəzəblənmiş II İsmayıl dərhal Əmir xanı öz yanına çağırtdırdı və çox sərt şəkildə ona dedi:[89]

" - Siz mənim sünni etiqadını seçdiyimi iddia etməklə məni qızılbaşların arasında rüsvay edir, xalqın mənə olan inamını qırırsınız!

- Əmir xan ona cəsarətlə cavab verdi: Biz belə düşünmürük və bizim əlahəzrət şaha inamımız sarsılmazdır. Biz belə hesab edirik ki, əgər əlahəzrət tərəfindən etiqad məsələlərinə etinasızlıq təzahür etmişsə, bu, sizin dövlət işləri ilə məşğulluğunuzdan irəli gəlir və düşmən əməlidir. Lakin Mirzə Məxdum Şərəfi bu məsələni aşkarlamış, şaha böhtan atmışdır. O, xalqa açıqca deyir ki, əlahəzrət şah sünniliyi qəbul etməyə meyil edir. Mirzə Məxdum şiə üləmalar ilə həmin etiqadın üstünlükləri barədə mübahisə açır. Əgər şah bu şayiələri yalan hesab edirsə, qoy onu cəzalandırsın. Məgər bizim günahımız varmı?...Niyə əlahəzrət şah (onun) xeyirxahları haqqında (bizim) düşmənlərimizin sözlərinə qulaq asır, onların düzgünlüyünü və yanlışlığını yoxlamadan (bizi) – ürəkdən sadiq olanları öz düşməni hesab edir?

- II İsmayıl dedi: “Əgər mən qızılbaşların padşahı olmağa layiq deyiləmsə, sizin sövdələşmənizə və qərarınıza əsasən, Tehrandan Sultan Həsəni bura gətirin və özünüzə padşah edin!

"

II İsmayılın əmri ilə Ərdoğdu Xəlifə həbs edildi. Əmir xana isə İsmayıl dedi ki, əgər onlar həqiqətən şahzadə Həsəni taxta əyləşdirmək niyyətində deyillərsə, o və Müseyib xan Təkəli bunu əməlləri ilə sübuta yetirsinlər. Bu, şahzadə Həsənin qətlə yetirilməsinə açıq işarə idi. Əmirlər bunu başa düşdülər və tezliklə şahzadə xüsusi olaraq bu məqsədlə göndərilmiş adamlar vasitəsilə Tehranda öldürüldü74.. Bu hadisələrdən sonra II İsmayıl ustaclı əyanları ilə yaxınlaşmağa, türkmantəkəli tayfalarına isə şübhə ilə yanaşmağa başladı.[89]

Lakin tezliklə şah başa düşdü ki, özünün dini islahat səylərində həddindən çox irəli getmişdir. Qızılbaş əyanlarının qiyamından və həyəcanlanmış xalqın tərəfindən baş verə biləcək iğtişaşlardan ehtiyat edərək o, Mirzə Məxdumu yanına çağırdı. Hamının gözü qarşısında onu ittiham edib danladı. "Bu, əhalinin ürəyindən idi və beləliklə, xalqın şübhəsi aradan götürüldü" . Bundan sonra şah saray daxilində bir daha dinlə əlaqədar olan məsələlərə qayıtmadı. II İsmayılın sünniliyə olan rəğbəti onun hakimiyyəti dövründə zərb edilmiş sikkələrdə daha aşkar surətdə təzahür etmişdi. İsmayıl tac qoyduqdan sonra, bir müddət yeni şahın adı ilə sikkə zərb olunmadı. Buna görə sikkə zərb edən ustalar (zərrəbiyan) zərbxana gəlirlərinə ziyan vurulmaması məqsədilə şahın qarşısında sikkənin dəyişdirilməsi məsələsini qaldırdılar. İskəndər bəy Münşi qeyd edir ki, bu zaman İsmayıl, adətən sikkənin bir üzündə həkk edilən ərəb kəlamlarının, yəni: "Allahdan başqa Tanrı yoxdur, Məhəmməd Allahın rəsuludur, Əli Allahın dostudur" sözlərinin doğruluğuna şübhə etdiyini bildirmişdi. O, qeyd etdi ki, Allahın adı ilə zərb olunan dinarlar və dirhəmlər ticarət əməliyyatında yəhudilərin, ermənilərin, atəşpərəst hindlilərin və digər "kafirlərin" də əlinə keçir və bu etiqad qaydalarına ziddir. Lakin İsmayılın etirazının əsl səbəbi bu deyildi. İskəndər bəy Münşi göstərir ki, bu kəlamda II İsmayılı təmin etməyən hissə şiə formulu olan "Əli Allahın dostudur" ifadəsi idi. Mahmud Nətənzi məlumat verir ki, İsmayılın fərmanı ilə on dang dəyəri olan xalis qızıl və gümüş sikkələr buraxılmışdı. Qızıl sikkələrin bir tərəfində Şeyx Əttardan bir beyt, o biri tərəfində isə padşahın adı, ünvanı və sikkənin zərb olunduğu yer göstərilirdi. Sikkələrin üstündəki ənənəvi şiə ifadəsindən imtina edilməsi ruhanilərin güclü müxalifətinə səbəb oldu. Lakin bu etirazlar II İsmayılın qərarını dəyişə bilməmişdi.[90][91]

Şərəfxan Bidlisi yazır ki, II İsmayıl hakimiyyətdə möhkəmləndikcə öz əcdadlarının adətləri əksinə olaraq ölkədə elə qaydalar yaratmaq üçün tədbirlər görürdü ki, bu qaydalar sünnilərin və şiələrin hər birinin öz etiqadını saxlamasına, bir-birinin işinə qarışmamasına imkan yaratsın. Sultan Süleymanla I Şah Təhmasib arasında 1555-ci ildə sülh müqaviləsinin bağlandığı zaman Osmanlılar xüsusi olaraq qeyd etmişdilər ki, Səfəvilər əgər sultanla sülh şəraitində yaşamaq istəyirləsə, birinci üç xəlifəni" də tanımalıdırlar. Buna görə də yalnız ehtimal etmək olar ki, III Sultan Muradla təxminən eyni vaxtda taxta çıxan II İsmayıl sultanla sülh münasibətləri yaratmağa və bu məqsədlə də şiə-sünni qarşıdurmasını yumşaltmağa səy göstərmişdi. Zənn etmək olar ki, məhz buna görə də II İsmayılın qısamüddətli hakimiyyəti dövründə Səfəvi-Osmanlı sərhədində sakitlik hökm sürmüş, tərəflərin heç biri barışıq müqaviləsini pozmamışdı. Qəzvində şahın yeni din təmayülü ilə əlaqədar olaraq baş vermiş həyəcanlardan, şahzadə Həsən öldürüldükdən sonra öz hakimiyyətini möhkəmləndirmək üçün getdikcə daha çox qan axıdan, özünə inamı daha artıq dərəcədə itirən müstəbid kimi II İsmayılın öz ətrafındakılara inamsızlığı və şübhəsi də artmağa başladı.[92]

I Abbasın dövrü

[redaktə | vikimətni redaktə et]
I Abbas Buxara xanı Vəli Məhəmməd xanla birlikdə. Çehel Sütun sarayının diravları üzərinə çəkilmişdir.

I Abbasın (1587–1629) dövrünə qədər şiəlik Səfəvi imperiyasında dominantlıq qazana bilmədi.[25] Abbas sünnilərdən nifrət edirdi və əhalini şiəliyi qəbul etməyə təşviq edirdi.[93] 1602-ci ildən sonra imperiyadakı sünnilərin çoxu şiəliyə keçid etdi. Bununla belə, əhəmiyyətli bir hissəsi Səfəvi hakimiyyətini qəbul etmədi, bu da Abbası imperiyanı On iki imam şiəliyinə dövlətinə çevirmək üçün bir sıra inzibati dəyişikliklərə sövq etdi.[93]

Digər Səfəvi şahları kimi I Abbas da şiə müsəlman idi və İmam Hüseynə olan xüsusi ehtiramı ilə seçilirdi.[94] 1601-ci ildə ayaq ilə piyada gedərək İsfahandan Məşhədə VIII şiə imamı İmam Rzanın məqbərəsini ziyarət etmiş və özbəklər tərəfindən dağıdılmış məqbərəni təmir etdirmişdi.[95] Səfəvi imperiyasının əsas rəqiblərinin sünni dövlətləri olduğu üçün bəzən imperiyanın qərb sərhədlərində yaşayan sünnilərlə sərt şəkildə rəftar edilirdi.[96]

I Abbas əsasən xristianlara qarşı tolerant idi. İtalyan səyyah Petra della Valle şahın xristian tarixi, kilsəsi və teologiyası barədə olan biliklərini gördükdən sonra təəccübləndiyini və onun qərbin xristian dövlətləri ilə xarici əlaqələr qurduğunu yazmışdır.[97] Lakin şah gürcü xristianlara qarşı sərt siyasəti ilə bilinir. O, çox zaman gürcü əsilzadələrindən şiə müsəlmanlığı qəbul etməyi tələb edirdi, bunu qəbul etməyənlər isə əsasən qətlə yetirilirdi. Bu siyasətin bir parçası kimi xeyli sayda gürcü imperiyanın mərkəzlərinə köçürülmüş və onların yernə şiə türkmanları köçürmüşdür.[98][99]

Osmanlı imperiyası üzərində böyük qələbəsinə ithafən Abbas 1607-ci ilin sentyabrında İmam Rzanın Məşhəd şəhərində yerləşən məqbərəsini ziyarət etdi. O, öz hakimiyyətini getdikcə daha çox İmam Rza ilə əlaqələndirirdi. Həmçinin İmam Rza vəqfi ilə birlikdə, öz əcdadlarının uyuduğu Ərdəbil vəqfinə də böyük məbləğ də ianə etdi. Məşhəddəki vəqfə edilən ianə Məhəmməd peyğəmbər, onun qızı Fatimə və 12 şiə imam, yəni Əhli-Beyt adına edilmişdi. Edilən ianə Abbasın şəxsi mülklərindən, İsfahanda yeni tikdirdiyi karvansaraylardan, dükanlardan və hamamlardan gələn gəlirlərdən toplanmışdı və Abbas ianə edərkən, bu məbləğin idari xərclərə, burada işləyənlərin ehtiyaclarına xərclənməsini şərt qoymuşdu. Həmçinin bu məbləğdən buranı ziyarətə gələn zəvvarlara, burada yaşayan tələbələrə, alimlərə, qonşu məhəllədə yaşayanlara da yardımlar edilməli idi. O, özünün ərəbcə yazılmış və əsasən teologiya barədə olan kitablar kolleksiyasını da buraya hədiyyə etdi. Buraya Quranın nüsxələri, Quran üzərinə yazılmış təfsirlər, Şiə yurisdiksiyası, İmamların və peyğəmbərin həyatı barədə olan kitablar daxil idi. Bunlar dini hüquq baxımından mühüm kitablar hesab edilirdi. Səfəvi sülaləsinin Ərdəbildəki vəqfinə isə, o, farsca yazılmış bütün kitablarını hədiyyə etdi. Bu kitablar əsasən dünyəvi mahiyyətdə idi və farsca ədəbiyyat, tarix barədə yazılmışdı. O, həmçinin özünün məşhur çini qablar kolleksiyasını da buraya hədiyyə etdi. Mal-mülkdən isə sürülərlə at, eşşək, dəvə, qızıl-gümüş, qiymətli daş-qaş da Ərdəbildəki Şeyx Səfi vəqfinə ianə edildi. Digər bir əmrlə isə, Şeyx Səfi məqbərəsiin əsaslı təmirinə başlanıldı. Bu iki vəqfə ianə Abbasın hakimiyyətinin legitimliyinin iki sütununu təşkil edirdi — Ərdəbil vəqfi sülalə, İmam Rza isə dini legitimliyi. Həmçinin o da əlamətdar ki, Abbasın bütün bu yürüşləri zamanı onu müşayət edən, şahlıq münşiliyinin katibi və rəsmi tarixçisi olan İsgəndər bəy Münşi onun qələbələrini Əmir Teymurun zəfərləri ilə müqayisə etmişdir. Abbasın özü də Əmir Teymurla assosiasiya edilməyi xoşlayırdı. Bu da Böyük Moğol imperatorları ilə ortaq legitimlik demək idi.[100]

Məhəmməd Baqir Məclisi

[redaktə | vikimətni redaktə et]
Məhəmməd Baqir Məclisinin portreti.

Məhəmməd Baqir Məclisi (1616–1698, bütün zamanların ən mühüm şiə din adamlarından biri) özünün fəaliyyətini Səfəvi imperiyasında sünniliyin ortadan qaldırılmasına həsr etmişdi.[101] O, "bütün zamanların ən güclü və nüfuzlu şiə üləmalarından biri" kimi təsvir edilmiş, onun "siyasətinin və hərəkətlərinin on iki imam şiəliyini o dövrdən etibarən inkişaf edəcəyi istiqamətə yönəltdi" bildirilmişdir.[102] [103] Bütün əhali arasında şiəliyin yayılması üçün XVI əsr boyunca dövlət tərəfindən böyük səylər həyata keçirildi.[104] Şiə İslamı həqiqətən də yalnız Məclisi dövründə kütlələr arasında yer tutdu.[101]

Dini elit təbəqənin formalaşması

[redaktə | vikimətni redaktə et]

Farsda mülkə sahibliyin nisbi etibarsızlığı səbəbindən bir çox xüsusi mülkədarlar öz torpaqlarını vəqf adlanan ruhani qurumlarına bağışlayaraq mülkiyyət hüquqlarını təmin etməyə çalışırdılar. Beləliklə, onlar rəsmi mülkiyyətini qoruyub saxlayacaq və torpaqlarının kral komissarları və ya yerli valilər tərəfindən müsadirə olunmamasını təmin edəcəkdilər, bir şərtlə ki, torpaqdan əldə edilən gəlirlərin bir hissəsi dərvişlərin (fütüvva) idarə etdiyi üləma və kvazi-dini təşkilatlara gedirdi. Getdikcə daha çox dindar təbəqənin nümayəndələri, xüsusən də müctəhidlər və seyidlər bu torpaqlara tam sahiblik əldə etdilər və müasir tarixçi İskəndər Münşinin fikrincə, Səfəvi imperiyası yeni və əhəmiyyətli mülkədarlar qrupunun meydana çıxmasının şahidi olmağa başladı.[105]

Şah Sultan Hüseyn dövrü

[redaktə | vikimətni redaktə et]

Şah Sultan Hüseyn (1694–1722) dövründə Səfəvi imperiyasında xeyli sayda dini iğtişaşlar və üsyanlar meydana çıxdı. Xarici qüvvələrinin maraqları ilə yanaşı, uzun müddət idarəetmə qabiliyyətindən məhrum şahların hakimiyyəti, əsas düşmən olan Osmanlı imperiyasına qarşı aramsız şəkildə uzun müddət davam edən müharibələr və Rusiya kimi yeni imperial rəqiblər Səfəvi imperiyasının gücünün tədricən tükənməsinə və çökməsinə səbəb oldu.[106] Dini üsyanlar və iğtişaşlar Səfəvi imperiyasında yaşayan sünnilərin vəziyyətlərinin pisləşməsinə səbəb oldu.[107][108] Bu problemlər Səfəvi imperiyasının daha da qeyri-sabitləşməsinə (mövcudluğunun son illərinə doğru) səbəb oldu və Səfəviləri ekzistensial böhrana salan amillər oldu.[109]

Səfəvi dövlətinin ağır tənəzzülünə baxmayaraq, məhz Sultan Hüseyn Əfqanıstanın cənubundakı Səfəvilərin ən şərq ərazilərində öz əfqan təbəələrini zorla sünnidən şiəliyə çevirməyə cəhd göstərməsi Mir Veys xanın Səfəvi hakimiyyətinə qarşı üsyana başlamasının səbəblərindən biri oldu. Üsyan Qəndəhar bölgəsində 1709-cu ildə başladı. Yerli hakim Şahnəvaz xanla münasibətlərin kəskinləşməsi üsyanın başlamasında həlledici rol oynamışdı və üsyan nəticəsində Əfqanıstan əraziləri üzərində şiə hakimiyyətinə son qoyuldu.[110] 1709-cu ildə Qəndəharda əfqanların Səfəvi hakimiyyətindən azadlıqlarını elan etməsi dönüm nöqtəsi olmaqla birlikdə, 1715-ci ildə Herat da onlar tərəfindən ələ keçirildi. Bundan sonra imperiyanın hə bir yerində durmadan üsyanlar başladı və bu üsyanların bir qismi dini motivli idi.[111] Bunlara misal olaraq isə, 1721-ci ildə Şimali Azərbaycanda sünnilərin üsyanını göstərə bilərik. Üsyan nəticəsində Şamaxı ələ keçirildi və şəhərin şiə əhalisinə qarşı dəhşətli qırğınlar həyata keçirildi. Belə üsyanlarda imperiya boyunca minlərlə şiə qətlə yetirildi.[112][113] Mir Veys xanın oğlu Mahmud Hotaki 1722-ci ildə Gülnabad döyüşündə Səfəvi ordusunu məğlub etdi və İsfahanı ələ keçirdi. Bununla da, böyük ölçüdə Səfəvi sülaləsinin hakimiyyəti sona çatdı.[114][115]

Smithsonian İnistitutunun kolleksiyasından olan Nadir şah portreti.

Nadir şahın hakimiyyəti dövründə anti-sünni siyasəti ortadan qaldırıldı. Nadir şiəliklə sünnilik arasında gərginliyi ortadan qaldırmaq üçün uğursuz cəhdlər etdi. Onun məqsədi Cəfəri məzhəbini beşinci İslam məzhəbi olaraq qəbul etdirməklə sünni-şiə qarşıdurmasını sonlandırmaq idi.[116] Lakin sünniliyin bu formasının dövlət dini kimi bərqərar edilməsi sxemi əhalinin əksər hissəsi arasında dəstək qazana bilmədi.[103][117][118] Onun anti-şiə siyasətinin səbəbləri arasında bunlar :

  • Onun ordusunun əsas hissəsini ənənəvi qızılbaş tayfa döyüşçüləri ilə birlikdə, sünni əfqanlar, bozqır türkmanları, qafqazlılar, Xorasan kürdləri, bəluclar və xristian gürcülər təşkil etməkdə idi. Yerdə qalan şiə qızılbaş döyüşçülərinin bir hissəsi, etnik farslar hələ də səfəvipərəst olaraq qalmaqda idi.[119][120][121][122]
  • Nadir şahın əsas siyasəti şiəliyin gücünü zəiflətməklə, öz hakimiyyətini keçmiş Səfəvi imperiyasından kənarda olan sünni torpaqlarına da yaymaq istəyi yatırdı. O, şiəliyi əlahiddə məzhəb kimi zəiflədərək, onu V məzhəb halına gətirmək istəyirdi. Lakin onun təklifi həm şiə, həm də sünni din adamları tərəfindən rədd edildi.[123]
  • Nadir öz fars təbəələrinin şiə inanclarını sünni əqidəsi ilə uzlaşdırmaq üçün müxtəlif cəhdlər etdi və Osmanlıların bu yeni "sünniliyi" öz məzhəbi kimi tanımasına nail olmağa çalışdı və mümkün motivasiyanı sünni Osmanlılarla əlaqələri asanlaşdırmaq idi, lakin onun əsl məqsədi müsəlman dünyasını onunla birləşdirərək Osmanlı hakimiyyətini yıxmaq da ola bilər.[124]
  • 1736-cı ildə, Nadir qurultay tərəfindən şah seçilməyə razı olarkən bir şərt irəli sürmüşdü və bu şərt onun yeni dini siyasətinə dəstək göstərilməsi ilə bağlı idi. Onun bu siyasətinin Osmanlı imperiyası ilə uzlaşmaq imkanını daha da rahatlaşdırmaqla birlikdə, ölkədəki Səfəvi legitimliyi məsələsinə zərbə vurmaq və hakimiyyətini yaymağı planladığı torpaqlardakı əhalinin əsasən sünni olduğu üçün öz işğal hədəflərini asanlaşdırmaqla bağlı olduğunu güman etmək mümkündür. Lakin bu dini siyasət yerli əhali və elit təbəqə tərəfindən xoş qarşılanmadı.[35]

O, bu anti-şiə siyasətlərini tətbiq etmişdi:

  • Nader şiəliyi tərk etdi və bunun əvəzinə digər dörd sünni hüquq məktəbinə əlavə etmək üçün qarışıq şiə/sünni İslam ilahiyyat məktəbini qurdu.[125]
  • Ona qədərki aparıcı din xadimini boğdurdu.[121]
  • O, bu siyasətini tətbiq edərkən öz ordusuna arxalanırdı və ordusunda əhəmiyyətli dərəcədə sünnilərdən toplanmış döyüşçülər var idi.[121]
  • İmperiya əhalisinə sadəcə olaraq müsəlman dünyasının başqa yerlərində tətbiq olunan sünniliyi qəbul etmək əmri verilməyib; onlar özlərinə məxsus olan dini kimliklərini saxlamalı idilər.[121]
  • Daxildə o, bəzi şiə əməllərini qadağan etdi; erkən Səfəvi dövrünə xas olan daha ifrat olanlar bura daxil idi. O, üləmalara göstəriş verdi ki, İmam Əliyə əvvəlki kimi ehtiram göstərilsin, lakin onun Allahın naibi adının verilməsi ifadəsinin artıq danışılmaması lazımdır, çünki bu, şiələrlə sünnilər arasında düşmənçiliyə səbəb olur. Xaricdə isə o, özünün bu siyasətini ümumiyyətlə şiəliyə keçid kimi qələbə verirdi. Ümumiyyətlə, bu dini siyasət imperiya daxilində xalqın böyük etirazına səbəb olmadı, çünki xalq sadəcə uyğunlaşdı.[121]
  • 1736-cı ildə Qəzvindən o, sünniləri ən çox təhqir edən ənənəvi şiə adətlərinin dayandırılmasını tələb edən bir fərman verdi və bu fərman bütün ölkəyə göndərildi.[126]
  • Nadir şah böyük sünni gücləri tərəfindən tanınmağa çalışaraq şiəliyin İslam dünyasındakı yerini yenidən müəyyən etmək üçün böyük səy göstərdi. O, ənənəvi şiə adəti olan ilk üç xəlifənin lənətlənməsi adətini qadağan etdi və bütün ölkədə buna əməl edilməsinə nail oldu. Bundan əlavə, o, 6-cı imam Cəfər əs-Sadiqdən sonra Cəfəri məzhəbi adlandırılan beşinci sünni hüquq məktəbi kimi on iki şiəliyin Osmanlı tərəfindən tanınmasını təmin etməyə çalışdı. İmamət ideyası üzərində qurulmuş şiəliyin bütün nümunəsi dəyişdirilməli idi. Lakin nə Osmanlı sünniləri, nə də dövrün böyük şiə alimləri onun yenidən tərifini qəbul etmədilər.[127]
  • Nadir şah şiəliklə sünnilik arasındakı qarşıdurmanı ortadan qaldırmağa çalışaraq üləmanın dəstəyini itirərək düşmənliyini qazandı. Bunun bir digər səbəbi də, yeni şahın sünniliyi normallaşdıraraq onların cəmiyyətdəki mövqelərinə zərbə vurması idi. O, həmçinin şiə dini qurumlarına məxsus dini vəqf torpaqlarının (vəqflərin) böyük hissələrini müsadirə etdi. Həyatlarından qorxan və Əfşar imperiyasında özünü təhlükədə hiss edən bir çox ruhani İraqda sığınacaq və məskunlaşmağa başladılar. Nəticədə İraqda NəcəfKərbəla kimi şiə ziyarətgahları ətrafında bu günə qədər davam edən şiə dini infrastrukturunun əsasını təşkil etdilər.[25][123][128][129]

Nadir şahın 1747-ci ildə öldürülməsindən və qurduğu imperiyanın qısa müddət ərzində dağılmasından sonra şiəlik imperiya ərazisində özünün əvvəlki hakim mövqeyini yenidən bərpa etdi və əlindən alınmış mülklərini geri qaytardı.[123]

Səfəvi imperiyası şiəliyin mərkəzi kimi

[redaktə | vikimətni redaktə et]

Şeybanilərlə müharibədə şiəliyin rolu

[redaktə | vikimətni redaktə et]

1500-cü ildə Şeybani sülaləsi Buxara xanlığının əsasını qoydu. Bu dövlətin paytaxtı Səmərqənd şəhəri id. Bir qədər keçdikdən sonra Şeybanilər Məvaraünnəhr, Xarəzm, hətta Xorasanın önəmli bir hissəsini ələ keçirdilər.

Səfəvi dövləti və ya Dövlət-e Qızılbaş dövləti də 1501-ci ildə yaradılmış və öz növbəsində o da, ətraf bölgələr hesabına genişlənməyə başlamışdı. Dövlətin əsasını türk Səfəvi sülaləsi qoymuşdu.[130]

Şeybani xan (Məhəmməd Şeybani) işğallar nəticəsində Xorasana çatdıqdan sonra I Şah İsmayılla müharibənin çox da uzaqda olmadığı bəlli oldu. Şeybani xan və İsmayıl bir-birilərinə hədə-qorxu dolu məktublar göndərirdi. Şeybani xan, Şah İsmayıldan "şiə bidətçiliyi"ndən əl çəkməyi, əks halda özünün Xorasana yürüş edəcəyini bildirirdi. Şah İsmayıl isə, Xorasana olan yürüşlərin dərhal dayandırılmasını istəyirdi. Şah ismayıla özünün Çingix xan soyundan gəldiyini və beləliklə, "hökmdarlığın və qılıncın varisi" vurğulayan Şeybani xan, keçmiş impeirya olan Teymurilərin torpaqlarına öz iddiasını ortaya qoyurdu.

Səfəvi Şah İsmayıl Şeybanilərin hərbi uğurlarından narahatlıq duymağa başlamışdı. Bu məsələdə hərbi-siyasi maraqlardan başqa, dini mübarizə də var idi. Buna görədir ki, Şeybanilərin Səfəvi dövləti ərazisinə olan yürüşlər "kafirlərə qarşı yürüş" kimi qiymətləndirilir, "qazavat" adlandırılırdı. Şiələrin kafir olduğu düşüncəsi Şeybani dövlətinin ictimai fikrində də qəbul edilmiş düşüncələrdən idi. Xorasana edilən yürüşlərdə iştirak etmiş şəxslərə "Əbü-l-qazi" (iman döyüşçüsü) deyilirdi. Beləliklə, Yakubovskiyə görə, Səfəvi coğrafiyası ilə Türküstan arasında 900 ildir mövcud olan qarşılıqlı əlaqələr yerini qarşılıqlı yürüşlərə buraxmışdı.

Həmçinin Şeybanilər Səfəvi imperiyası ərazilərinə olan hücumlara legitimlik qazandırmaq üçün din fətvalardan da istifadə etmişdirlər. Bu fətvalar kafir adlandırılan Səfəvilər üzərinə olan hücumlara bir növ "hüquqi baza" yaradırdı. Bu tip fərvan qəbul edən ilk hökmdar II Abdullah xan (1583–1598) olmuşdur. Öz dövlətinin sərhədlərini genişləndirmək etdiyi hücumlar nəticəsində o, Xorasanın içlərinə doğru irəliləmiş və Heratı ələ keçirmişdi. Bu zaman regionda yaşayan insanların xeyli hissəsi Buxaraya əsir kimi köçürülmüşdür. Şah İsmayıl 1510-cu ildə baş vermiş Mərv döyüşündə qələbə qazanıb Xorasanı özünə tabe etməsindən sonra Şeybanilər xanlığı çox zəifləyir. Məvaraünnəhrdə əsas güc olaraq isə Babur meydana çıxır. Lakin Şeybani xanın qardaşı oğlu Ubeydulla xan qısa zaman kəsiyində dövlətin əvvəlki gücünü bərpa etməyi bacarır. İnsanların sevgisini qazanmaqda usta olan Ubeydulla xan qısa zamanda Səfəviləri məğlub etməklə Şeybanilərin ayrıca güc kimi mövcuduyyətini zəmanət altına atır. Tarixçilər bu qələbəni böyük qiymətləndirirlər. Beləki, bu qələbə sayəsində özbəklər Səfəvi dövlətindən ayrıca müstəqilliklərini qorumaqla birlikdə, sünni kimliklərini qorumağa davam etmişdirlər.[131]

Moğollarla münasibətlərdə şiəliyin rolu

[redaktə | vikimətni redaktə et]

Böyük Moğol imperiyası ilə Səfəvi imperiyasının münasibətləri Şah İsmayıl dövründə müttəfiqliyə əsaslanırdı. Əmir Teymurun soyundan gələn Moğol sülaləsi babalarının Orta Asiyada yerləşən taxtını geri qaytarmaq istəyirdi və bunun üçün Səfəvi imperiyası birlikdə fəaliyyət göstərirdi. Baburun da Şah İsmayıl kimi şiə olması və ya şiəliyə meyilli olması bu iki qüvvə arasında münasibətləri daha da rahatlaşdırırdı. Həmçinin bu iki qüvvənin ortaq düşməni sünni olan Şeybani dövləti idi. Lakin Mərv döyüşündəki qələbəyə baxmayaraq, Cam və Gicduvan döyüşlərində Baburun özbəklərə məğlub olması gedişatı fərqliləşdirdi. Artıq diqqətini cənuba və orada Böyük Moğol dövlətinin yaradılmasına yönəldən Baburdan sonra moğollar şiələşdikdən uzaqlaşdılar.[132][133][f]

Səfəvi – Moğol münasibətlərində Hümayunun hərbi yardım haqqında xahişlə I Şah Təhmasibə müraciət etməsi əlamətdar hadisə oldu. Hümayun əfqan hakimi Şirxan tərəfindən darmadağın edilmiş və hətta ona qarşı çıxış etmiş qardaşları da onu tək buraxmışdılar. Vəziyyət o dərəcədə ağırlaşmışdı ki, o, arvadı, qulluqçusu və 40 etibarlı adamının müşayiəti ilə Səfəvilərin ərazisində təqibdən yaxa qurtarmağa məcbur olmuşdu. 1544-cü ildə Hümayun Sistan hakimi Əhməd Sultan Şamlı tərəfindən padşaha layiq təmtəraqla qəbul edilərək Herata yola salınmışdı. Hümayun onu qarşılamaq üçün öz məiyyəti ilə şəhər hüdudlarından xeyli kənara çıxmış Xorasan bəylərbəyi Məhəmməd xan Şərəfəddin oğlu tərəfindən də böyük ehtiramla qarşılanmışdı166. Hümayun bir neçə gün Heratda qaldıqdan sonra şahın yanına hərəkət etdi. Sultaniyyənin yaxınlığında, Sorluq yaylağındakı şah düşərgəsində Hümayunu şahın qardaşları Bəhram və Sam, vəzir Qazi Cahan, qorçibaşı Sevindik bəy və dövlətin digər yüksək rütbəli adamları qarşıladılar.[135] Sonra Hümayun şahdan ayrıldı, TəbrizƏrdəbilə yollandı. Hümayun Ərdəbildə Şeyx Səfiəddinin türbəsi qarşısında "baş əydi", bundan sonra isə saraya qayıtdı. Müxtəlif məlumatlara görə, I Şah Təhmasib tərəfindən Budaq xan Qacar və Şahverdi bəy Ustaclı başda olmaqla 6 mindən 12 min nəfərədək qızılbaş Hümayunun sərəncamına verildi169. Hümayun həmin hərbi yardımla Hindistana yola düşdü, öz düşməni Şirxanı darmadağın etdi və taxt-tacı özünə qaytardı. O, bu köməyin müqabilində hər il 40 min tümən gəlir verən Qəndəharı Səfəvilərə güzəştə getdi. Həmçinin Hümayun şiəliyi qəbul etməyi də öhtəsinə götürmüşdü.[136]

Lakin Hümayun Hindistana geri dönüb taxtını geri aldıqdan sonra yenidən sünniliyə keçir, lakin onunla birlikdə Hindistana gəlmiş şəxsləri sünniliyə keçməyə məcbur etmir.[137][138][139] Qəndəharın verilməsi ilə də bağlı problem ortaya çıxır. Qəndəhar şəhərinin verildiyi Səfəvi şahzadəsi Murad Mirzə (razılaşmaya görə, Şah Təhmasib Qəndəharın məhz oğlu Murad mirzəyə güzəştə gedilməsini istəmişdi) qısa müddət sonra vəfat edir və şəhər iki imperiya arasında mübahisə mənbəyinə çevrilir. Moğollar şəhərin sadəcə Murad Mirzə yaşadığı təqdirdə Səfəvi imperiyasına aid olduğunu iddia etdikləri halda, Səfəvi imperiyası şəhərin əbədi olaraq onlara verildiyini iddia edirdi.[138] Təhmasib özünün şəhər üzərinə ilk yürüşünü 1558-ci ildə — Hümayunun ölümündən sonra — həyata keçirdi və şəhəri geri qaytardı.[140] Bundan sonra uzun müddət Qəndəhar iki dövlətin arasında əsas mübahisə və müharibə səbəbinə çevrildi.

Xuzistanın fəthində şiəliyin rolu

[redaktə | vikimətni redaktə et]

İndiki İranın qərbində yerləşən Xuzistan bölgəsi Səfəvi dövlətinin yaradıldığı ərəfələrdə ərəb tayfalarından olan müşəşəi tayfasının hakimiyyəti altında idi və onlar Huveyzəni özlərinin paytaxtı kimi istifadə edirdilər.[141][142] Özləri də şiə olan bu tayfa Səfəvi imperiyasından fərqli olaraq şiəliyin on iki imam qoluna yox, İsmaili təriqətinə mənsub idilər.[143]

1508-ci ildə bundan əvvəl özünü yeganə legitim şiə hökmdarı elan edən I İsmayıl Xuzistanda Müşəşəilərin hakimiyyətinə son qoydu. Müşəşəilər 1500-cü ildə öz hökmdarları Seyid Mohsenin ölümündən sonra zəifləmişdilər və buna görə də, 1508-ci ildə çox da müqavimət göstərə bilmədilər. Onun oğlanları Əli və Əyyub I İsmayılla danışıqlara cəhd etsələr də, şah tərəfindən edam edildilər. Müşəşəilərin bir çox muxtariyyəti sonda onların rəhbəri Seyid Fəyyaz və dəstəkçilərinin Huveyzədə qətlə yetirilmələri ilə sonlandırıldı. İranşünas Əhməd Kəsrəvi iddia edir ki, Seyid Fəyyaz əslində Seyid Mohsenin titullarından biridir. Hər bir halda, Seyid ibn Seyid Mohsen tezliklə Huveyzədə yenidən Müşəşəi hakimiyyətini bərpa etdi. Yarı-müstəqil olan bu hakim I İsmayılı özünün ali hakimi kimi tanıdı.[144]

Gürcüstanın fəthində şiəliyin rolu

[redaktə | vikimətni redaktə et]

AzərbaycanŞərqi Anadolu mərkəzli dövlət üçün XV əsrdən və daha əvvəllərdən etibarən Gürcüstana edilən hərbi yürüşlər adi bir şeyə çevrilmişdi. Şah İsmayılın ana tərəfdən babası olan Ağqoyunlu Uzun Həsən Gürcüstan knyazlıqları üzərinə 3 dəfə — 1458, 1461 və 1476 — böyük yürüş həyata keçirmişdi.[145] Şah İsmayıl özü də hətta Çaldıran döyüşündəki məğlubiyyətdən sonra da Gürcüstan ərazilərinə ordular göndərmişdir. Bu qədər yürüş edilməsinin bir neçə səbəbi var idi və bunlardan ən əsası regionun coğrafi yerləşməsi idi. Osmanlı və Səfəvi imperiyaları arasındakı rəqabət onlara bufer zona yaratmağa sövq edirdi və belə bir bölgə də məhz Gürcüstan idi. Təhmasibin dövründəki yürüşlərin səbəblərindən biri də qızılbaş ordusu daxilində vaxtaşırı formalaşan yağma ehtiyacı idi. Lakin onun ilk yürüşünün səbəbi tamamilə başqa idi və qızılbaş yüksək komandanlığının uuğrlu hərbi yürüş həyata keçirməklə ordudakı həmrəyliyi və döyüş əhval-ruhiyyəsini yüksəltməyi hədəfləməkdə idi. Parçalanmış gürcü krallıqlarında siyasi və hərbi birliyin olmaması onları Osmanlı və Səfəvilərin daha böyük və daha mütəşəkkil orduları üçün asan hədəfə çevirirdi.[146]

Gürcüstanın xristian əhalisi ətraf türk-müsəlman dövlətləri üçün onları legitim hədəfə çevirirdi. Bu dövlətlər öz siyasi legitimliklərini təmin edə bilmək üçün tez-tez cihad amilindən istifadə edirdilər. Bu, hüquqi nöqteyi-nəzərdən onlara qeyri-müsəlman əhaliyə vergi və xərac qoymaq imkanı verirdi. Bununla belə, "sərhəd torpaqlarında" iki imperiya arasında dini və siyasi qarşıdurma da az əhəmiyyət kəsb etmirdi; legitimlik iddialarını gücləndirmək üçün imperiya gücünün nümayişinə ehtiyac tez-tez bölgədə hərbi əməliyyatlarla nəticələnirdi. Üstəlik, bu dövrdə Səfəvi dövləti yüksək dərəcədə hərbiləşdirilmişdi və bu vəzifələri yerinə yetirən qızılbaşlar üçün müharibə təbii və ülvi bir həyat tərzi idi. Məhz müharibədə onlar öz şücaətlərini, fədakarlıqlarını və şərəflərini sübut edə bilərdilər. Müharibə həm də varlanmaq və geniş torpaq sahələrinə sahib olmaq imkanı verirdi. Təhmasp bu kampaniyalarda iştirak edən əmirləri əsas dövlət vəzifələrinə təyin edir və onlar da öz növbəsində yeni əldə etdikləri vəsaiti öz tabeliyində olanlara paylayırdılar. Bütün bunlar Qafqaza genişlənmək üçün güclü motiv idi və Səfəvi ali komandanlığı bu faydaların bölgədə Osmanlılarla birbaşa toqquşma riskindən üstün olduğuna inanırdı.[147]

I İsmayılın hakimiyyəti dövründə Gürcüstan asılı hala salınsa da,[148] burada qızılbaş hakimiyyətinin möhkəmlənməi I Təhmasibin dövründə baş tutdu. I Abbasın dövründə[149] isə qəti olaraq kök saldı. Nəticədə, burada qızılbaş hakimiyyətinə dayaq formalaşdırması üçün buaya köçürülən şiə türk-qızılbaş tayfaları Gürcüstanın bir hissəsinin şiələşməsinə səbəb oldular. Həmçinin I Abbas tərəfindən[150] imperiyanın mərkəzi torpaqlarına köçürülən xristian gürcü əhalisi də zamanla şiəliyə keçdilər. Gürcüstanda (əsasən şərqində) uzun müddət davam etmiş Səfəvi hakimiyyəti oradakı əsilzadə təbəqəsindən, hakim sülalədən olan bir çox şəxsin də şiəliyə keçməsi ilə nəticələndi. Bunun əsas səbəbi sahib olduqları mal-dövləti əlində saxlama istəyi və ya şah tərəfindən hər hansısa dövlət vəzifəsinə təyin edilmə hədəfi yatırdı.[98][99][151][152][153]

Dəkkən sultanlıqları ilə münasibətlərdə şiəliyin rolu

[redaktə | vikimətni redaktə et]

Dəkkəndə bir neçə şiə dövlətinin yaradılması ilə Səfəvi imperiyası özünü şiə dünyasının ortasında olduğunun fərqinə vardı. Səfəvi sarayına digər şiə dövlətləri tərəfindən dövlətçilik sahəsində bələdçi kimi yanaşır və ondan "qəzəbli sünni dünyası"na qarşı qorunma istəyirdilər.[154] Bu sultanlıqlar müasir mərkəzi və qərbi Hindistanda XVI əsrdə Bəhməni sultanlığının parçalanmasından sonra meydana çıxmışdı və əsas sahil xəttlərinə nəzarət etməkdə idilər. Bu sultanlıqlardan ikisi Əhmədnaqar və Qolkonda sultanlıqları I Şah İsmayılın müvafiq addımından sonra onlar da şiəliyi dövlətin rəsmi məzhəbi elan etdilər.[155] Lakin buna baxmayaraq, Qaraqoyunlu sülaləsindən olan Sultanqulu Baharlu babaları olan Qara Məhəmmədlə Qara Yusifin şiəliyi Şah İsmayıldan daha əvvəl qəbul etməsi ilə fəxr edirdi.[156] O, deyirdi:

" Peyğəmbərə və onun canişini Əliyə də and içdim ki, əgər nə vaxtsa istiqlaliyyət əldə edə bilsəm, “möminlərin bayraqlarının indiyədək dalğalanmadığı” yerlərdə on iki imamın ardıcıllarının imanının yayılmasına kömək edəcəyəm; amma sən elə bilmə ki, mən bu fikri Şah İsmayıldan götürmüşəm; bilsinlər ki, mən ondan əvvəl, Sultan Yaqubun dövründən, ata-babalarımın imanı olduğu kimi, on ikinin (Allahın onlara salamı olsun) dininə etiqad etmişəm. İndi mənim yüz yaşım var, onun çoxunu həqiqi dinin qanunlarını təbliğ etməyə həsr etmişəm; indi isə xarici aləmdən uzaqlaşıb qalan günlərimi dua ilə keçirmək istəyirəm”.[157] "

İsmayılın keçmiş tərəfdarı, Hindistanda yaşayan Şah Tahir Hüseyni bu torpaqlarda şiəliyin güclənməsinə kömək etdi. Başqa bir sultanlığın hökmdarları, Bicapur sultanlığının Adili şahları növbə ilə özlərini ya sünni, ya da şiə elan etsələr də, tez-tez xütbələri Moğal imperatorlarının deyil, Səfəvi şahlarının adlarına oxumağı əmr etdilər.[155] Heydərabad kimi mərkəzlərin güclü şiə meyilliklərinə nəticəsində bu bölgədəki kitabxanalarda Səfəvi materiallarının maraqlı kolleksiyalarının toplanmasına səbəb olmuşdu.[158]

1509–1512-ci illərdə dünyanın müxtəlif yerlərinə elçiliklər göndərən Səfəvi imperiyası Dəkkən sultanlıqlarına da elçilər göndərdilər.[159] 1510-cu ilin oktyabrında Səfəvi elçiliyi Qoa şəhərinə çatdılar və buranın hökmdarı Yusif Adilşaha, yəni Bicapur hökmdarı ilə görüşdülər. Bu diplomatik missiya bir neçə il əvvəl Səfəvi imperiyasına göndərilmiş Bicapur elçiliyinə cavab mahiyyəti daşımaqda idi. Bu Bicapur elçiliyinə Seyid Əhməd Haravi rəhbərlik etmiş və Şah İsmayılın sarayına bir neçə il əvvəl gəlmişdi. Lakin Qucaratın vəziyyəti qısa zamanda dəyşdi və Səfəvi elçisi indi xristian portuqaliyalıların Qoada hakimiyyətdə olduğunu gördülər.[160] Onlar isə burada şiə hakim sülalə ilə qarşılaşacaqlarını gözləyirdilər. Bir neçə ay davam edən danışıqlardan sonra səfir Mir Əbu İshaq portuqaliyalıların məktubu ilə Şah İsmayılın sarayına geri döndü. 1511-ci ilin noyabrında bir digər elçilik hazırlandı və göndərildi. Səfəvi elçisi Yadigar bəy Qızılbaş əslində Bicapur sarayına getmək fikrində idi, lakin yolda olarkən fikirini dəyişdirərək Qucaratın digər hökmdarı Müzəffər Şahın yanına getmək qərarına gəldi. Yadigar bəy hindli hökmdara qiymətli hədiyyələr verdikdən sonra ona da mərasim geyimi və qalması üçün saray verildi.[161] Buradan ayrıldıqdan sonra o, gəlişinin əsas məqsədi olan Bicapur sultanlığına getdi. Onun əsas məqsədi Hindistanın şiə dövləti ilə Səfəvi imperiyası arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi idi. Şah İsmayılın məktubunda İsmayıl Adilşah böyük islam hökmdarı kimi övülürdü. Bu onun suverenliyinin Hindistandan kənarda yerləşən şiə dövləti tərəfindən tanınması demək idi və bu İsmayıl Adilşahın böyük sevincinə səbəb olmuşdu. Buna görə də, Səfəvi elçiliyinin rəhbəri İbrahim bəy Türkman onun paytaxtına çatan kimi böyük şənliklər keçirildi və o, öz şiə döyüşçülərinə qızılbaş tacları (papaqları) taxmağı əmr etdi.[162]

I Şah İsmayılın legitimliyin simvolik açarını Bicapur Sultanlığının hökmdarı Yusif Adil Şaha göndərməsinin təsviri. 1680-ci illərə aid miniatür.

Özüdə Azərbaycan türklərindənQaraqoyunlu nəslindən olan İbrahimqulu Qütbşahın Qolkondadan Səfəvi şahı I Təhmasibə göndərdiyi məktubda deyilir:

" İbrahimqulu Qütbşah ilahi kömək və şah lütfü ilə qələbə bayrağını qaldırdı. O, Pleiades düyününə yığılmış düşmən sıralarının Ursanın quyruğu kimi səpələnməsinə səbəb oldu. İndi o, rəhbərliyin öhdəliklərini yerinə yetirə və köhnə əlaqələri yeniləyə bilir. Açığı, bizdən əvvəl heç kim bu torpaqlarda İmami əqidəsinin təbliğat bayrağını qaldırmayıb! Bizdən əvvəl heç kim əzəmətli On iki xütbəni yaymayıb! Bu böyük əqidənin əsaslarını və bu ali şəriət hökmlərini möhkəmləndirmək üçün gündən-günə böyük səylər göstəririk.[163] "

Bu iki dövlət arasında olan bu cür yazışamalar göstərir ki, dövlətlər arasındakı münasibətlər sırf şiəlik üzərindən olmuşdur. Oxşar tendensiyalar qonşu Əhmədnaqar sultanlığında da müşahidə edilirdi. 1544-cü ildə Burhan Nizam şah Hürşah ibn Qubad əl-Hüseynini Səfəvi sarayına səfir göndərdi. Hindistandan hədiyyələr gətirən Hürşah şahın yanında şah digərlərini də qəbul etdi. Səfir öz məruzəsində qeyd edir ki, şah "Hindistanda baş verən hadisələr və onun hökmdarlarının mövqeyi haqqında məlumat istədi. O, Əlahəzrət (Şah Təhmasib) öz adına adına istinad edərək, Sülh Pənahını (Burhan Nizam şah) alqışladı. Şah Nizami şahın ardınca gedən şiələrin səbəbkarı və iki tərəf arasında dostluq və barışıq yaradan Şah Tahirə qarşı sonsuz mehribanlıq göstərdi". olkonda olduğu kimi, Əhmədnaqarda da Səfəvilərlə əlaqə açıq şəkildə ümumi əqidəyə arxalanmaq kimi ifadə edilirdi. Bürhan Nizam Şaha qarşı müraciət qaydalarına xüsusi diqqət yetirilmişdi. Salnaməçi Məhəmməd Qasım Astrabadinin qeydinə görə, sultan sonradan şiəliyə keçmişdi. Onu şiəliyə keçirən isə Şah Tahir Hüseyni olmuşdu. Beləki o, sultanın digərləri bacarmadığı halda sultanın oğlunu — Şahzadə Əbdülqadiri xəstəlikdən sağaltmış və ondan şiəliyə keçməsini istəmişdi. Bununla da birlikdə, sultanın ən yaxın adamı və inandığı şəxsə çevrilmişdi. Şah Tahir gümanki İsmaili təriqətinə mənsub idi. Lakin sultan On İki İmam .iəliyinə keçmişdi və bu seçimin edilməsində çox gümanki Səfəvi imperiyası ilə əlaqələrin qurulması mühüm əhəmiyyət daşımışdır. Beləliklə, həm Səfəvi qaynaqları, həm də Dəkkan qaynaqları bildirir ki, Dəkkən sultanlıqları rəsmi din olaraq On İki İmam şiəliyini qəbul etmişdilər. Həmçinin, bu sultanlıqlar ənənəvi Səfəvi təsir sferasından da uzaqda yerləşən bölgələr idi.[163]

Tarixçi Harun Xan Şirvani iddia edir ki, Qolkonda sultanları ilə Səfəvilər arasında münasibətlər şiəliyin sonuncudakı hökmranlığı ilə güclənmişdir. O, Səfəvilərin sultanlıqdakı əhəmiyyətini yalnız dini məsələlərlə əlaqələndirir. Bicapurdan bəhs edərkən Məhəmməd Əbdül Nayim hər iki sultanlıqda şiəliyin yüksəlməsinin təxminən eyni vaxtda baş verdiyini bildirir. O, daha sonra təklif edir ki, Səfəvilərlə Bicapur arasında siyasi və dini məsələlərdə əlaqələr təkcə Adil şah sultanlarının mədəni və intellektual fəaliyyətinə təsir göstərmir, həm də onun təsiri Bicəpur həyatının və cəmiyyətin müxtəlif sahələrinə dərindən nüfuz etmişdir. Castin Cons Hindistanda Şiə İslamı ilə bağlı araşdırmasında Dekanın cənubunda şiəliyi quran şiə sülalələri haqqında yazmışdır. Rəsmi salnamələrdə Dəkkən sultanlıqları təkcə şiə dövlətləri deyil, həm də Səfəvi formasında başa düşülürdü.[164]

Bicapur sultanı İsmayıl Adil Şah şiə olduğu üçün bütün ordusuna Səfəvi üslubunda qızılbaş tacı geyinməyi əmr etmişdi. Ondan sonra hakimiyyətlə gələn oğlu — I İbrahim onun əksinə sünni olduğu üçün yerli dili daha üstün tutaraq Səfəvilərin qızılbaş baş geyimini qadağan etdi. Bundan əlavə, o, vergi bəyannamələrinin və məhkəmə sənədlərinin dilini fars dilindən yerli dillərə, Marathi və Kannada dillərinə dəyişdi. Həmçinin inzibati sistemdə brahmanları təyin etdi.[165] İbrahim Adil Şahın oğlu Əli Adil Şah 1558-ci ildə atasının yerinə taxt açıxdı. Lakin bundan əvvəl atası onun şiə olmasına görə taxta çıxmasını istəmirdi. Onun dövründə dövlətin hakimiyyəti altında olan torpaqlar, xüsusilə cənub qonşusu Vicayanaqaranın 1565-ci ildə məğlub edilməsindən sonra xeyli genişləndi. Əlinin tikdirdiyi Bicapur şəhər divarındakı yazı şiə təfsiri ilə başlayır:

" Əli kimi igid yoxdur! Zülfiqar kimi qılınc yoxdur!.[166] "
Bicapur şəhərinin şəhər divarlarının təsviri. Yakov Baltazar Piters tərəfindən 1690-cı illərdə çəkilmişdir.

I Əli və II İbrahim bir-birindən çox da fərqlənmirdilər. Hər ikisi şiəliklə bağlı idi və sufi övliyaları ilə əlaqə saxlayaraq Səfəvilərlə mehriban münasibətdə idilər. Sultanların Səfəvilərə münasibətdə rəsmi çıxışı təkcə siyasi deyil, həm də ideoloji cəhətdən imperiya ilə ittifaqın birbaşa ifadəsidir. II İbrahimin 1623-cü ilin əvvəlində I Şah Abbasa göndərdiyi məktubunda yazılır:[167]

" Dəkkan torpaqları İraq, Fars, Xorasan və Azərbaycan əyalətləri qədər Səfəvi imperiyasının bir hissəsidir. Buna uyğun olaraq xütbədə Səfəvi hökmdarlarının adları oxunmuş və gələcəkdə də oxunacaqdır. Bizim əcdadlarımız bu əraziləri idarə etmək və onları qorumaq üçün Əlahəzrətin əcdadları tərəfindən təyin edilib. Deməli, bizim vəzifəmiz Əlahəzrətin adı ilə ölkələri idarə etmək və onları xarici təcavüzdən qorumaqdır.[155][168] "

Səfəvi sülaləsinin məzhəb dəyişdirmə siyasətinin tarixi nəticələri

[redaktə | vikimətni redaktə et]

Bu siyasətin tarixi nəticələri belə ümumiləşdirilə bilər:

  • İsmayılın zorakı siyasətinin göstərdiyi kimi, İslam dinini dəyişmək o qədər də sürətli olmasa da, indiki İranAzərbaycan ərazisində yaşayanların böyük əksəriyyəti 1722-ci ildə Səfəvilər dövrünün sonlarına doğru şiəliyi qəbul etdilər. Beləliklə, Azərbaycan əhalisi 16-cı əsrin əvvəllərində Səfəvilərin hakimiyyətdə olduğu indiki İranın əhalisi ilə eyni vaxtda şiəliyi qəbul etdi.[169] Buna görə də təsadüfi deyil ki, İranAzərbaycanda bugünkü əksər sünni azlıqlar ölkənin sərhədləri boyunca səpələnmiş qeyri-fars və qeyri-azərbaycanlı etnik qruplar arasında, özlərinin qonşu sünni həmvətənləri ilə birlikdə cəmləşiblər.[19][22][21][170][26][171][172]
  • Səfəvi sülaləsinin hakimiyyəti şiəliklə sünnilik arasında aydın görülən fərqlər xəttini formalaşdırdı. Hər bir halda, doktrinal fərqliliklər bundan əvvəl də mövcud idi. Səfəvilərə qədər On İki İmam şiəliyi əsrlər boyu siyasi cəhətdən əsasən sünnilərə uyğunlaşmışdı və çoxsaylı dini cərəyanlar On iki imam şiəliyi və sünni ideyalarını birləşdirmişdi.[173]
  • İsmayılın hakimiyyətə gəlişi İranda sünni islamının sona çatması ilə nəticələndi və şiə ilahiyyatçıları dini quruma hakim olmağa başladılar.[28][174]
  • Şiə ruhanilərinin ierarxik təşkilatı İsmayılın dövründə formalaşmağa başladı.[29]
  • Bir tərəfdən İran, digər tərəfdən ƏfqanıstanTürkiyə arasındakı mövcud sərhədlər bu zamana aiddir və etnik deyil, dinidir, şiə və sünnilərə qarşıdır.[25]
  • Bu proses zamanı sünnilər təqiblər və təzyiqlərə məruz qaldılar və bu siyasət ən azından Səfəvi imperiyasının dağıldığı dövrə qədər davam etdi.[175][176]
  • Hakimiyyəti yaymaq üçün şiə məzhəbindən yararlanma istəyi uğurlu olmadı. Bu, ölkənin böyük ərazilərinin ilhaqı ilə nəticələndi, lakin Səfəvilərin süqutundan sonra da sünni və şiə əhali arasında əsrlər boyu davam edən münaqişə ilə nəticələndi.[177]
  • Səfəvi imperiyası şiə ölkəsi idi və tədricən sünnilik dənizi ilə əhatə olunmuş təcrid olunmuş bir adaya çevrildi. Müasir iranlı tarixçilər zorla dini dəyişdirmənin qəddarlığından təəssüflənməklə yanaşı, ümumiyyətlə, şiə dini hegemonluğunun qurulmasının İranı Osmanlı İmperiyasına daxil olmaqdan xilas etdiyi ilə ümumi olaraq razılaşırlar.[34]
  • Osmanlı imperiyası Avropadakı fəthlərində Səfəvi imperiyası ilə mövcud düşmənliyin ziyanını gördülər. Çünki ortaq düşmən olan Osmanlı imperiyasına qarşı Avropa gücləri və Səfəvi imperiyası arasında formalaşdırılan Habsburq-Səfəvi ittifaqı kimi əməkdaşlıqlar Osmanlının qüvvəsini iki yerə bölməsi ilə nəticələndi.[178]
  • Sünnilərin işlətdiyi kimi Səfəvi sülaləsinin adından yaranan "Səfəvi" sözü sünnilərə və ya onların maraqlarına qarşı fəaliyyət göstərən hər hansı ekspansionist şiə qrupları ilə əlaqələndirildi. Bu etiket özünü daha çox XXI əsrdə Suriyada və digər ölkələrdə dini motivli mübarizələr zamanı daha çox işlədilmişdir.[179]
  1. Arşin Ədib-Müqəddəm bunu belə təsvir edir:"Şah İsmayıl sünni əhalisinin əksəriyyətini (on iki) şiə İslamına zorla qəbul etdirmək üçün amansız bir kampaniya aparırdı..."[1]
  2. Səfəvi imperiyasında məcburi şiələşdirmə siyasəti oranı tarixdə ilk dəfə şiələrin dominant olduğu ölkəyə çevirdi və qalıcı iz buraxdı.
  3. Səfəvilər Ərdəbildə cəmləşən Sufi şeyxlərinin irsi sülaləsi kimi formalaşmışdılar. Şafi məkətibnə əsaslanırdılar.[8]
  4. Əslində Səfəvi imperiyasının yeni yaradıldığı dövrdə On iki imam şiəliyi imperiyaya Suriya və Dağlıq Livandan ixrac edildi.[40]
  5. Bu məzhəb fərqliliyi uzun müddət Şirvanın Səfəvi imperiyası üçün müəyyən problemlər yaratması ilə nəticələndi. Bu məzhəb problemlərindən bölgəni elə keçirmək istəyən Osmanlı imperiyası, xüsusən Qanuni Sultan Süleymanın dövründə faydalanmağa çalışmışdı. Dafa çox məlumat üçün baxın:[48]
  6. Lakin Böyük Moğol dövləti dini baxımdan tolerant olduğu üçün bir çox şiə də orada yaşamaqda idi. Xüsusən I Təhmasibin hakimiyyəti dövründə onun saraydan qovduğu bir çox incəsənət adamı moğol sarayına sığınmışdı. Həmçinin şiələrə yuxarı təbəqədə də rast gəlmək geniş yayılmışdı.[71][134]
  1. 1 2 Adib-Moghaddam, 2017. səh. 40
  2. Norton, 2017. səh. 92
  3. Hattstein və Könemann, 2004. səh. 501
  4. Rossi, 2008. səh. 305
  5. Akiner, 2004. səh. 168
  6. 1 2 Campo, 2009. səh. 625
  7. Lombard, 2004. səh. 186
  8. 1 2 Algar, 2006
  9. İnalcık, 2001. səh. 167
  10. Mike Shuster. "The Origins Of The Shiite-Sunni Split". www.npr.org. 2007. 2021-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 sentyabr 2022.
  11. Subtelny, 2007. səh. 62
  12. Voll, 1994. səh. 10
  13. Stewart, 2001. səh. 181
  14. Michael M. Gunter. Historical dictionary of the Kurds. Scarecrow Press. 2004. səh. 3. ISBN 0810848708, 9780810848702.
  15. Quiring-Zoche, R. AQ QOYUNLŪ // Britannika Ensiklopediyası. 2019-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-29.The argument that there was a clear-cut contrast between the Sunnism of the Āq Qoyunlū and the Shiʿism of the Qara Qoyunlū and the Ṣafawīya rests mainly on later Safavid sources and must be considered doubtful.
  16. Elgood, 1995. səh. 114
  17. Nəcəfli, 2000. səh. 37
  18. 1 2 3 4 Ward, 2008. səh. 43
  19. 1 2 3 4 Brown, 2003. səh. 191
  20. Brown, 2003. səh. 235-236
  21. 1 2 Keddie və Richard, 2003. səh. 11
  22. 1 2 3 Keddie, 1980. səh. 91
  23. 1 2 Altstadt, 1992. səh. 5
  24. Nikki R. Keddie və Yann Richard, 2003. səh. 11
  25. 1 2 3 4 5 6 Roy, 1998. səh. 170
  26. 1 2 Kamrava, 2005. səh. 29
  27. Keddie və Richard, 2003. səh. 13, 20
  28. 1 2 3 4 Stearns və Langer, 2001. səh. 360
  29. 1 2 Gronke, 2008. səh. 91
  30. Yeroushalmi, 1995. səh. 20
  31. Singh və Samiuddin, 2003. səh. 90
  32. 1 2 3 Robinson, 1996. səh. 72
  33. Ward, 2008. səh. 44
  34. 1 2 Badiozamani, 2005. səh. 174-175
  35. 1 2 3 4 Spencer, 2000. səh. 51
  36. Daniel, 2006. səh. 185
  37. Gettleman və Schaar, 2003. səh. 42
  38. Keita, 2002. səh. 90
  39. Gronke, 2008. səh. 90
  40. 1 2 Floor və Herzig, 2015. səh. 20
  41. Savory, 2007. səh. 30
  42. Abisaab, 2007
  43. Alagha, 2006. səh. 20
  44. Gettleman və Schaar, 2003. səh. 72
  45. Shaery-Eisenlohr, 2008. səh. 12-13
  46. Deen, 2010. səh. 37
  47. Wagstaff, 1985. səh. 205
  48. Əfəndiyev, 2007. səh. 43
  49. Akiner, 2004. səh. 53
  50. Bazin L., Golden, P.B., Golden.P.B, Zürcher E.J, Andrews.P.A, Zieme P., Karamustafa A.T, Flemming Barbara, Ambros Edith G., Balim Çiğdem et al., “Turks”, in: Encyclopaedia of Islam, Second Edition, Edited by: P. Bearman, Th. Bianquis, C.E. Bosworth, E. van Donzel, W.P. Heinrichs. Consulted online on 10 December 2023. First published online: 2012. First print edition: ISBN 9789004161214, 1960-2007
  51. Swietochowski, 2022. səh. 18
  52. Swietochowski, 2022. səh. 19
  53. Hasan Javadi. Koroglu , a famous Azerbaijani folk hero // Catholic University. — Washington. — P. 4.
  54. XAVIER DE PLANHOL. "IRAN I. LANDS OF IRANn". Iranica. 2016-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-24.
  55. Olivier Roy. The new Central Asia: the creation of nations. I.B.Tauris. 2000. 6. ISBN 1860642780, 9781860642784.
  56. Imranli-Lowe, K. (2020). The polities of the Caucasus and the regional powers in the medieval and early modern period. Caucasus Survey, 8(3), 258-277. https://doi-org.wikipedialibrary.idm.oclc.org/10.1080/23761199.2020.1775388. (page 271)
  57. Hunt, 2005. səh. 48
  58. J. Shaw və Kural Shaw, 1976. səh. 95
  59. Gallagher, 2005. səh. 17
  60. UNESCO. "Sheikh Safi al-din Khānegāh and Shrine Ensemble in Ardabil". whc.unesco.org. 2009. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2022.
  61. "Imamzadah Shaykh Ṣafi al-Din Ardabili". www.archnet.org. 2012. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2022.
  62. "Səfəviyyə təriqətinin banisi Şeyx Səfiəddin Ərdəbili". www.azadliq.info. 2013. 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 sentyabr 2022.
  63. Çiçek, Kemal. The Great Ottoman-Turkish Civilisation: Politics (ingiliscə). Yeni Türkiye. 2000. ISBN 9756782188, ISBN 978-975-6782-18-7. 2014-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-18.
  64. Hanif, 2002. səh. 416
  65. Newman, 2006. səh. 129
  66. Babayan, 2002. səh. 139
  67. Sykes, 2006. səh. 240-241
  68. Ghereghlou, 2016
  69. Daftary, 1990. səh. 466
  70. 1 2 Streusand, 2019. səh. 164
  71. 1 2 3 Mitchell, 2009b
  72. Mitchell, 2009b; Savory, Bosworth, 2012.
  73. Babayan, 2012. səh. 291
  74. Babayan, 2012. səh. 292
  75. Canby, 2000. səh. 72
  76. Guliyev, 2022. səh. 62
  77. Mitchell, 2009a. səh. 109
  78. Newman, 2008. səh. 30
  79. Mitchell, 2009a. səh. 106
  80. Newman, 2008. səh. 32
  81. Babayan, 2012. səh. 295–296
  82. Mitchell, 2009b; Mitchell, 2009a. səh. 104
  83. Əfəndiyev, 2007. səh. 157
  84. Chehabi və Abisaab, 2006. səh. 86–87
  85. Melville, 1996. səh. 161
  86. Newman, 2006. səh. 118
  87. 1 2 Əfəndiyev, 2007. səh. 158
  88. 1 2 Əfəndiyev, 2007. səh. 159
  89. 1 2 Əfəndiyev, 2007. səh. 160
  90. Chehabi və Abisaab, 2006. səh. 88
  91. Əfəndiyev, 2007. səh. 161
  92. Əfəndiyev, 2007. səh. 162
  93. 1 2 Keita, 2002. səh. 79
  94. Bomati və Nahavandi, 1998. səh. 96
  95. Bomati və Nahavandi, 1998. səh. 98-99
  96. Bomati və Nahavandi, 1998. səh. 111
  97. Bomati və Nahavandi, 1998. səh. 107
  98. 1 2 Mitchell, 2011. səh. 69
  99. 1 2 Mikaberidze, 2015. səh. 291, 536
  100. Blow, 2009. səh. 83-84
  101. 1 2 Molavi, 2005. səh. 170
  102. Momen, 1985. səh. 114
  103. 1 2 Stearns və Langer, 2001. səh. 363
  104. Fuller və Francke, 2001. səh. 76
  105. Savory, 2009. səh. 185-186
  106. Savory, 2007. səh. 38
  107. Gronke, 2008. səh. 87
  108. Keita, 2002. səh. 87
  109. Keita, 2002. səh. 80
  110. Packard Humanities Institute. səh. 29
  111. Matthee, 2005. səh. 27
  112. Fisher və başqaları, 1991. səh. 316
  113. Axworthy, 2010. səh. 42
  114. Ward, 2008. səh. 50
  115. Price, 2005. səh. 43
  116. Tucker, 1994. səh. 163-179
  117. Aresteh, 1964. səh. 11
  118. Axworthy, 2010. səh. 171
  119. Stearns və Langer, 2001. səh. 364
  120. Ward, 2008. səh. 52
  121. 1 2 3 4 5 Axworthy, 2010. səh. 165-166
  122. Axworthy, 2007
  123. 1 2 3 Keddie, 1980. səh. 92
  124. Ward, 2008. səh. 51
  125. Spencer, 2000. səh. 38
  126. Axworthy, 2010. səh. 173, 176
  127. Voll, 1982. səh. 80-81
  128. Price, 2005. səh. 81
  129. Gronke, 2008. səh. 95
  130. Savory, 2007. səh. 34
  131. "Войны между Сефевидами и Шейбанидами". 2020. İstifadə tarixi: 19 sentyabr 2022.
  132. Əfəndiyev, 2007. səh. 119-120
  133. Morgan, 2013. səh. 129
  134. Soudavar, 2017. səh. 50–51
  135. Əfəndiyev, 2007. səh. 120
  136. Əfəndiyev, 2007. səh. 121
  137. Savory, 2007. səh. 66
  138. 1 2 Thackston, 2004
  139. Savory, 2007. səh. 66–67
  140. Streusand, 2019. səh. 148
  141. Floor, 2008. səh. 142–143
  142. Luft, 1993. səh. 672
  143. Matthee, 2015. səh. 450
  144. Luft, 1993. səh. 673
  145. Khafipour, 2013. səh. 184
  146. Khafipour, 2013. səh. 185
  147. Khafipour, 2013. səh. 186
  148. Əfəndiyev, 2007. səh. 65
  149. Rayfield, 2012. səh. 215
  150. Blow, 2009. səh. 134
  151. Blow, 2009. səh. 174
  152. Monshi, 1978. səh. 1116
  153. Khanbaghi, 2006. səh. 131
  154. Mitchell, 2002. səh. 17
  155. 1 2 3 Tucker, 2021. səh. 543-544
  156. Minorsky, 1954. səh. 276
  157. Ferishta, 2013. səh. 353
  158. Mitchell, 2002. səh. 22
  159. Mitchell, 2002. səh. 70
  160. Mitchell, 2002. səh. 95
  161. Mitchell, 2002. səh. 96
  162. Mitchell, 2002. səh. 97
  163. 1 2 Fischel, 2021. səh. 332
  164. Fischel, 2021. səh. 333
  165. Fischel, 2021. səh. 338
  166. Fischel, 2021. səh. 339
  167. Fischel, 2021. səh. 343
  168. Fischel, 2021. səh. 344
  169. Akiner, 2004. səh. 157
  170. Keddie və Matthee, 2002. səh. 16
  171. Singh və Samiuddin, 2003. səh. 459
  172. Datta, 2008. səh. 133
  173. Keddie və Richard, 2003. səh. 13
  174. Keddie və Richard, 2003. səh. 20
  175. Keita, 2002. səh. 77
  176. Price, 2005. səh. 74
  177. Price, 2005. səh. 75
  178. Reston, 2019. səh. 359
  179. Holbrook, 2014. səh. 120