Saltuklu bəyliyi — Vikipediya
Tarixi dövlət | |
Saltuklu bəyliyi | |
---|---|
Saltuklu Beyliği | |
| |
1072 — | |
Paytaxt | Ərzurum |
Rəsmi dilləri | Türk dili |
Din | İslam |
İdarəetmə forması | Mütləq monarxiya |
• 1071-? | Əbülqasım I Saltuk bəy |
• 1200-? | Məlikşah |
Vikianbarda əlaqəli mediafayllar |
Saltuklu bəyliyi — Malazgirt müharibəsindən sonra Böyük Səlcuq dövləti komandirlərindən, eyni zamanda adı ‘seyyid’ olan Əbülqasım Saltuk bəyin 1071-ci ildə qurduğu bir Anadolu türk bəyliyi.
Tarixi
[redaktə | vikimətni redaktə et]Mərkəzi Ərzurum olub. Saltuklular gürcülərlə döyüşərək torpaqlarını genişlətmişlər. Danışməndlilərlə bir olub xristianlara qarşı uğurlu müharibələr etmişlər. Anadolu Səlcuq sultanı Rüknəddin Süleyman Şah gürcülər üzərinə çıxdığı səfərə Saltuk bəyi Alaattin Məlik şahı da dəvət etmişdir. Ancaq Alaattin Məlik şah bu səfərə qoşulmağı qəbul etməyincə, Rüknəddin Süleyman Şah 1202-ci ildə Ərzurumu alaraq Saltuklular bəyliyinin mövcudluğuna son qoymuşdur.
Saltuklu bəyləri
[redaktə | vikimətni redaktə et]- Əbülqasım I Saltuk bəy / 1072
- Əli / 1102
- Ziyaəddin Qazi / 1124
- İzzəddin II Saltuk / 1132
- Nəsırəddin Məhəmməd / 1168
- Mama xatun / 1191
- Məlikşah / 1200
Rum səlcuqluları hakimiyeti / 1202