Santa-Klara uğrunda döyüş — Vikipediya

Santa-Klara uğrunda döyüş
Kuba İnqilabı
Çe Qevara Santa-Klara uğrunda döyüşdən sonra. 1 yanvar 1959-cu il.
Tarix 28 dekabr 19581 yanvar 1959
Yeri Santa-Klara, Kuba
Nəticəsi inqilabçıların qələbəsi
Münaqişə tərəfləri

26 iyul hərəkatı

Batista Rejimi

Komandan(lar)

Ernesto Çe Qevara
Rolando Kubela
Roberto Rodriqes(döyüşdə həlak olub)
Nunes Ximenes

Polkovnik Xoakin Kasilyas
Polkovnik Fernandos Suero
Polkovnik Kandido Ernandes

Tərəflərin qüvvəsi

340 partizan

3900 əsgər
10 tank
B-26 bombaçısı.

İtkilər

Bilinmir,Roberto Rodriqes həlak olur

2900 əsgər əsir alınır (daha sonra azad olunurlar) Polkovnik Kasilyas və Polis rəisi Roxan edam edilir.

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Santa-Klara uğrunda döyüş (isp. Batalla de Santa Clara) — 28 dekabr 1958-ci ildən inqilabçılar və Batista rejimi arasında başlayan və 1 yanvar 1959-cu ildə başa çatan toqquşmalar.

Santa-Klara uğrunda döyüş İnqilabın sonun qoydu Santa-Klara İnqilabçılara keçəndən 12 saat sora Fulxensio Batista Dominikan Respublikasına qaçır.

Döyüş qabağı vəziyyət

[redaktə | mənbəni redaktə et]

28 dekabr 1958 ci ildə Çe Gevara 340 partizan ilə Kaybaryen limanından Kamanxuani şəhərinə üz tutdular.Yolda [[Çe Qevara və partizanların qabaqlarına sakinlər çıxaraq dəstək olurdular.Kamanxuani şəhərinin müdəfiəsi üçün ayrılan qoşun Kamanxuanidən qaçırlar inqilabçılar döyüşsüz Santa-Klaranı ələ keçirirlər.Axşam Çe Gevara və Partizanlar Santa-Klaraya çatdırlar.

Döyüşün gedişi

[redaktə | mənbəni redaktə et]

Çe Gevara partizanları iki hissəyə bölür cənubi qoşun şəhəri müdafiə edən polkovnik Kasilyas Lumpuyanın qoşunları ilə döyüşə başlayır.Şəhərin içində dövlət qoşunları və inqilabçılar arasında çox sayda toqquşmalar baş verir.Sakinlər bu vaxtı inqilabçılara içi partlayacı maddə ilə doldurulmuş şüşə qablarla təmin edirdilər.

Döyüşün uzanmasın görən Batista qoşunları üçün içi silah-sursatla dolu olan qatar yollayır.Çe Qevara qatarın ünvanına çatmamasını təmin etmək üçün Roberto Rodriqesin başçılığı altında partizanlar qrupu yaradır.Partizanlar əl qumbaralarından istifadə edərək qatarın ekipajını qaçmaya vadar eliyirlər.

Çe Qevara yaxınlığda yerləşən Kənd Təsəruffatı institutnda olan traktorları döyüşə cəlb edir.Partizanlar traktorlardan istifadə edərək Qatar yolunun relslərini qalxızdılar nəticədə qatar relslərdən kənara çıxaraq aşır.İçində 350 əsgərzabit olan qatar partizanların əlinə keçir.Bəzi mənbələrə əsasən partizanlar əvvəlcədən qatarın heyəti ilə danışmışdılar və heyət könüllü olaraq təslim olmuşdur,amma Çe Qevara öz gündəliyində yazdığına görə isə partizanlar içində alışan maddələr olan şüşə qablar ilə qatarı atəşə tutmuşlar qatar və heyəti isə "isti sobanın" içində idilər.

İçində 3900 əsgərə bəs edən silah sursat qatarının ələ keçirilməsi döyüşdə böyük rol oynamışdır.Qələbəyə inamı itirmiş əsgərlər partizanlara təslim olaraq olara qatılırdılar.3900 əsgəri ağır zirehli texnika və Aviasiya köməyi olan dövlət qoşunları 340 partizan tərəfindən məğlubiyyətə uğradıldı.

Döyüşdən sonraki vəziyyət

[redaktə | mənbəni redaktə et]

Dövlət İnqilabı dayandırmaq və dövlət qoşunlarının qələbə ruhunu qalxızmaq naminə Kubada Batistanın qalib olduğu haqqında xəbərlər yayır,amma Kastro tərafdaşları doğru dövlətin yalanını üzə çıxararaq döyüşün əsl hadisələrini yayır.İnqilabın bitməsini görən Batista Dominkan respublikasına qaçır.