Ernesto Çe Qevara — Vikipediya

Ernesto Çe Qevara
isp. Ernesto Guevara
Kubanın sənaye naziri[d]
11 fevral 1961 – 1 aprel 1965
Şəxsi məlumatlar
Doğum adı Ernesto Guevara
Doğum tarixi 14 iyun 1928(1928-06-14)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 9 oktyabr 1967(1967-10-09)[1][2][…] (39 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güllə yarası[d][5]
Dəfn yeri
  • Çe Gevara türbəsi[d]
Partiya
Təhsili
Fəaliyyəti inqilabçı, partizan
Uşağı 5
Hərbi xidmət
Mənsubiyyəti Kuba
Döyüşlər
Rütbəsi mayor[3]

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ernesto Çe Qevara (isp. Ernesto Che Guevara; 14 iyun 1928[1][2][…], Rosario, Sante Fe əyaləti[d][4]9 oktyabr 1967[1][2][…], La İqera[d][4]) — argentinalı marksist-inqilabçı və siyasətçi. Fidel Kastro ilə birlikdə Kuba və beynəlxalq inqilab hərəkatının rəhbərlərindən olmuşdur. Adındakı "Çe" hissəciyi Kuba partizanları tərəfindən verilmişdir, argentinalılar üçün xarakterik müraciət forması olub, "yoldaş", "dost" və s. mənalarda işlənir.

Soldan sağa (1944): gənc Ernesto, Selia (anası), Selia (bacısı), Roberto, Huan Martin, Ernesto (atası), Anna Mariya

Ernesto Qevara ispan və irland əsilli ailənin beş uşağının ən böyüyü olaraq Argentinanın Rosario şəhərində dünyaya gəlmişdir. Doğum haqqında şəhadətnaməsində doğum tarixi 14 iyun 1928-ci il yazılmasına baxmayaraq, bəzi mənbələrdə həmin il 14 may tarixində doğulduğu bildirilir. Qevaranın ulu babalarından Patrik Linç 1715-ci ildə İrlandiyanın Qaluey bölgəsində doğulmuş, İrlandiyanı tərk edib İspaniyanın Bilbao şəhərinə, oradan isə Argentinaya getmişdir. Qevaranın babası Fransisko Linç 1817-də, nənəsi Anna Linç 1868-də doğulmuşdur. Qaluey Anna Linçin oğlu və Çenin atası Ernesto Qevara Linç 1900-cü ildə doğulmuşdur. Qevara Linç 1927-də Selia de la Serna Lyosa ilə evlənmiş və üç oğlan, iki qız uşaqları olmuşdur.

Qevara uşaqlığında bu sol meyilli ailədə də dinamik şəxsiyyəti və radikal fikirləri ilə seçilirdi. Hər nə qədər həyatı boyu onu izləyəcək astmadan əziyyət çəksə də mükəmməl bir atlet olmuşdur. Bu xəstəliyinə baxmayaraq həvəskar reqbi oyunçusu idi və "Fuser" (həddindən artıq təcavüzkar oyun tərzi səbəbi ilə verilən azğın, qudurmuş mənasını daşıyan "El Furibundo" sözü ilə anasının soyadı olan "Serna"dan yaradılmış ifadə) ləqəbi ilə tanınırdı. Qevara atasından şahmat oynamağı öyrəndikdən sonra 12 yaşından etibarən yerli turnirlərə qatılmağa başladı. Yetkinlik dövründə şeirə, xüsusilə də Pablo Nerudanın şeirlərinə maraq saldı. Qevara həyatı boyu Latın Amerikasında məşhur olan şeir yazma sənətinə meyl göstərmişdir. Bir çox mövzularla maraqlanan həvəsli oxucu idi, maraqlandığı kitablar Cek LondonJül Vernin macəralarından, Ziqmund Freydin sınaqlarına və Bertran Rasselin cəmiyyət fəlsəfəsinə dair tezislərinə qədər gedən bir müxtəliflik göstərirdi. Yetkinliyinin son dövrlərində fotoqrafiyaya maraq saldı və vaxtının əhəmiyyətli qismini insanları, getdiyi yerləri və arxeoloji bölgələri fotolentə çəkməklə keçirirdi.

Qevara tibb təhsili almaq üçün 1948-ci ildə Buenos-Ayres Universitetinə daxil oldu. Fasilələrlə davam edən təhsil həyatını 1953-cü ilin martında bitirərək, həmin il iyunun 12-də diplomunu aldı. Mütəxəssis həkim ola bilmək üçün lazımi klinika təhsilini tamamlayıb tamamlamadığı dəqiq məlum deyil. Əgər bu klinika təhsilini tamamlamamışdısa, onda tibb həkimi ("doctor en medicina") deyil, praktikant həkim ("medico") olmuş ola bilər.

Qevara tələbəlik dövründə Latın Amerikasına uzunmüddətli səfərə çıxdı. 1951-ci ildə köhnə yoldaşı, biokimyaçı Alberto Qranado illərdir planlaşdırdıqları Cənubi Amerika səyahəti üçün tibb təhsilinə bir il fasilə verməyi təklif etdi. Qısa müddət sonra, "La Poderosa II" (Güclü II) adını verdikləri 500 sm³-lik 1939-cu il model Norton markalı motosikletlə Alta-Qrasiadan yola çıxdılar. Peruda Amazon çayı sahilindəki San-Pablo cüzam koloniyasında könüllü olaraq bir neçə həftə keçirməyi düşünürdülər. Qevaranın bu səfərini izah etdiyi səyahət qeydləri "Notas da viaje" 2004-cü ildə "Diarios da motocicleta" ("Motosiklet gündəlikləri") adı ilə kinoya uyğunlaşdırılmışdır.

Bu səfər əsnasında kütlələrin yoxsulluğunu, təzyiqi və gücsüzlükləri yaxından müşahidə edən və marksizmdən təsirlənən Qevara, Latın Amerikasındakı iqtisadi və ictimai bərabərsizliklərin tək həllinin inqilab olduğu nəticəsinə vardı. Səfərləri ona Latın Amerikasına ayrı-ayrı xalqlardan ibarət qarışıq bir quruluş kimi deyil, xilası yalnız qitə miqyasında bir strategiya ilə reallaşa biləcək bütöv bir bədən kimi baxmasını təmin etdi.

1955-ci ilin iyununda Meksikada dostu Niko Lopez onu Raul Kastro ilə tanış etdi. Bir neçə həftə sonra Kubada həbsdən azad edilən Fidel Kastro da Meksikaya gəldi və 8 iyul 1955-də Raul Çe Qevaranı Fidel Kastro ilə tanış etdi. Aralarındakı qızğın söhbətdən sonra Qevara Kastronun inqilab lideri olmaq üçün lazımi keyfiyyətlərə sahib olduğu qərarına gələrək Kuba diktatoru Fulxensio Batistanı devirmək üçün qurulan "26 İyul hərəkatı"na qatıldı. Qrupun həkimi olmasına qərar verilsə də, hərəkatın digər üzvləri ilə hərbi təlimlərə qatıldı.

18 avqust 1955-də Çe Qevara Hilda Gadea ilə evləndi və 15 fevral 1956-da Hilda Beatriz adını verdikləri qızları doğuldu.

25 noyabr 1956-da Meksikadan Kubaya doğru yola çıxan "Granma" yaxtasında kubalı olmayan yeganə şəxs Qevara idi. Quruya çıxar-çıxmaz Batistanın əsgərlərinin hücumuna məruz qalan qrupun yarısı dərhal orada və ya tutulduqdan sonra öldürüldü. Qevara, bu qarşıdurmada qaçan bir yoldaşının yerə saldığı sursatı götürmək üçün tibbi ləvazimat çantasını buraxdığını və o an həkimdən döyüşçüyə çevrildiyi anı xatırladığını yazır. Sağ qalan 15–20 üsyançı qaçaraq Syerra Maestra dağlarında gizlənir və Batista rejiminə qarşı partizan döyüşünə başlayır.

Yoldaşları tərəfindən cəsarəti və əsgəri qabiliyyəti səbəbindən hörmət görən Qevara üsyançılar arasında lider, Komandante olur. Bir çoxları üçün isə "qəddarlığı" səbəbiylə qorxulu adam idi. Düşmənə məlumat ötürənlərə, qaçaq və ya cəsuslara qarşı amansız olmuşdur. 1958-ci ilin son günlərində inqilabın ən əhəmiyyətli hadisələrindən olan Santa-Klaraya hücum zamanı "xüsusi təyinatlı intihar dəstəsi"nə rəhbərlik etmişdi. Generallarının, başda general Kantilyo olmaqla "Central America" adlı işləməyən şəkər fabrikində Fidel Kastro ilə görüşdüyünü və onunla razılaşdığını öyrənən Batista 1 yanvar 1959-da Dominikan Respublikasına qaçdı.

Yeni yaradılan hökumət tərəfindən 7 fevralda Çe Qevara "doğuşdan Kuba vətəndaşı" elan edildi. Qısa müddət sonra Meksikadan yola çıxmazdan əvvəl ayrıldığı Gadea ilə evliliyini rəsmi olaraq sona çatdırmaq üçün boşanma əməliyyatlarına başladı. 2 iyun 1959-da "26 İyul hərəkatı"nın üzvü Aleyda Març ilə evləndi.

Kabana həbsxanasına rəhbər təyin edildi və 2 yanvar 1959-dan 12 iyun 1959-a qədər altı ay boyunca boynuna götürdüyü bu vəzifədəykən Batista rejiminin məmurlarının, BRAC gizli xidmət (Buró de Represión de Actividades Comunistas — Kommunist Hərəkatların Yatırılması Xidməti) mənsublarının, müharibə cinayəti törədənlərin və siyasi müxaliflərin mühakimə olunması və edamından məsul oldu. TIME jurnalına görə, idarə etdiyi mühakimələrin ədalətli olmadığı iddia edilirdi. Daha sonra Milli Torpaq İslahatı İnstitutunda əhəmiyyətli bir vəzifəyə təyin edildi, həmçinin Kuba Mərkəzi Bankının sədri oldu.

Çe Qevaranın Jan-Pol SartrSimona de Bovuar ilə görüşü (mart 1960, Kuba)

1959-cu ildən etibarən Qevara digər ölkələrdəki inqilabçı hərəkatlara yardım etməyə başladı, amma bunların hamısı müvəffəqiyyətsizliklə nəticələndi. İlk sınaq Panamada edilmişdi, digər bir addım 14 iyunda Dominikan Respublikasında atıldı. Bu fəaliyyətlər "El Argelino" adı ilə tanınan Henri Fuerte və Enrike Himenez Moyanın rəhbərliyi ilə həyata keçirilmişdi.

1960-cı ildə Qevara "La Coubre" silah gəmisinin partlaması zamanı qurbanlara kömək etdi. Xilasetmə əməliyyatı sırasındakı ikinci partlayışla birlikdə ölənlərin sayı yüzü keçmişdi. Bu partlayışda ölənlərin cənazə mərasimində Alberto Korda Çenin məşhur fotoşəkilini çəkmişdir. "La Coubre"nin təxribat ya da qəza nəticəsimi partladığı bilinməməkdədir. Təxribat olduğunu iddia edənlər, məsul olaraq Mərkəzi Məlumat Bürosunu(CIA), və təxribatı edən adam olaraq da mərkəzi əyalətlərdəki Batista əleyhdarı güclərdən Qevaranın rəqibi olan və daha sonra CIA agenti olduğu sanılan William Aleksandr Morqanı göstərərlər. Kubalı sürgünlər, partlamanın məhsulunun Qevaranın SSRI-ə sadiq rəqibləri olduğunu irəli sürərlər.

Qevara daha sonra Sənaye naziri kimi Kubada sosializmin açıq və qəti bir hala gəlməsinə köməkçi olmuş, ölkənin qabaqda gələn kəsləri arasına girmişdir. "Partizan döyüşü" adlı kitabında silahlı başkaldırıya təşəbbüskar olacaq geniş təşkilatlara ehtiyac duymadan kiçik bir partizan qrupu (foco) tərəfindən başladılan Kuba modeli inqilab fikrinin təkrar edilməsini müdafiə etmişdir. Kubada sosializm və insan (El socialismo y el hombre en Cuba, 1965) adlı sınağında sosialist dövlətlə birlikdə "yeni bir insan" formalaşdırmağın lazımlılığını müdafiə edir. Bəziləri Qevaranı bu "yeni insanın" cazibədar və sadə bir modeli olaraq görürdü.

1961-ci ildəki Donuzlar körfəzi əməliyyatında Qevara döyüşlərə qatılmamış, Kastronun əmri ilə Kubanın qərbindəki Pinar del Rio əyalətində yerləşən hərbi qüvvələrə rəhbərlik edərək, burada aldadıcı manevr xarakteri daşıyan desant qüvvəsini geri oturtmuşdur.

Qevara 1962-ci ilin oktyabrında baş qaldıran Karib böhranına səbəb olan Sovet ballistik nüvə raketlərinin Kubaya gətirilməsində əsas rol oynamışdır. Bir neçə ay sonra ingilis qəzeti "Daily Worker" ilə etdiyi görüşmədə "əgər raketlər Kubanın idarəsində olsaydı, əsas ABŞ şəhərlərinə doğru bu raketləri istifadə edə biləcəklərini" söyləmişdi.

Kubada naməlum şəraitdə yoxa çıxması

[redaktə | mənbəni redaktə et]
Çe Qevara siqar çəkərkən

dekabr 1964-də Birləşmiş Millətlərdə çıxış etmək üçün Kuba heyətinin rəhbəri olaraq Nyu-Yorka getdi. CBS televiziya kanalında bazar günləri efirə gedən "Face the Nation" adlı xəbər proqramına çıxdı. ABŞ Senatoru Yucin Makkarti, Malkolm İksin iş yoldaşları, Kanadalı radikal Mişel Duklos daxil olmaq üzrə dəyişik adam və qruplarla görüşdü. 17 dekabrda Parisə üç aylıq bir beynəlxalq gəzintiyə başladı. Bu gəzinti əsnasında Çin Xalq Respublikası, Birləşmiş Ərəb Respublikası (Misir-Suriya), Əlcəzair, Qana, Qvineya, Mali, Dahomey, Konqo-Brazzavil və Tanzaniyanı gəzdi. İrlandiya, Paris və Pragada fasilələr verdi. 24 fevral 1965-ci ildə Cəzairdə, sonradan beynəlxalq səhnədə son görünüşü olacaq olan "İkinci afrika-Asiya İqtisadi Həmrəylik Seminarı"ndakı danışmasını etdi. Bu danışmada belə demişdir: "Ölümünə olan bu mübarizədə heç bir sərhəd yoxdur. Dünyanın heç bir yerində meydana gələn hadisələrə qeydsiz qala bilmərik. Bir ölkənin imperializmə qarşı zəfəri bizim zəfərimizdir, eyni şəkildə uduzması da bizim uduzmamızdır." Bu sözlərlə də dinləyicilərini çaşdırmışdır: "Sosialist ölkələrin, Qərbin müstəmləkəçi ölkələriylə üstü bağlı əməkdaşlığı təmizlik etmələri əxlaqi vəzifələridir." Sonra da bu hədəfə çatmaq üçün kommunist bloku ölkələrinin tətbiqi lazım olan bir silsilə hərəkəti sıralamışdır. 14 martda Kubaya döndüyündə Havana aerodromda Fidel və Raúl Kastro, Osvaldo Dorticós və Carlos Rafael Rodríguez tərəfindən sadə bir mərasimlə qarşılandı.

İki həftə sonra Qevara cəmiyyət həyatından çəkildi və ardından tamamilə ortadan itdi. Kastrodan sonra gələn adam olaraq baxıldığı Kubada harada olduğu, 1965-ci ilin ən böyük sirrlərindən idi. Ortadan qeyboluşu üçün dəyişik səbəblər qarşıya qoyuldu: sənaye naziriykən müdafiə etdiyi sənayeləşmə proyektlərinin nisbilik müvəffəqiyyətsizliyi, çin-Sovet Ayrılığı artdıqca Qevaranın Çin Kommunist Partiyası yanlı tutumunu təsdiqləməyən Sovet rəsmi vəzifəlilərinin Kastroya etdikləri təzyiq və Kubanın iqtisadi inkişafı ilə ideoloji xətti üzərinə Qevara ilə Kuba lideri arasındakı əhəmiyyətli görüş ayrılıqları. Kastronun Qevaranın məşhurlaşmasından narahat olaraq, onu təhdid kimi görməsi də səbəb olaraq göstərildi. Kastronun bəzi müxalifləri onun Qevaranın yoxa cıxması haqqındakı şərhlərinin şübhə oyandırıcı olduğunu söyləyirlər. Qevaranın niyyətlərini heç alenen açıqlamayıb, yalnız Kastroya yazılmış tarixsiz və tərzi olmayan yaltaq tərəfindən bir məktubla bildirmiş olması çoxu adam tərəfindən çaşdırıcı olmuşdur.

Qevaranın görüşlərinin Çin Kommunist Partiyası liderləri tərəfindən açıqlanan fikirlərlə bənzəməsi, iqtisadiyyatı getdikcə Sovetlər Birliyinə daha da asılılaşmaqda olan Kuba üçün böyüyən bir problem idi. Kuba inqilabının ilk günlərindən etibarən Qevaranın Latın Amerikada Maocu strategiyanın tətbiq olunmasını müdafiə etdiyi düşünülürdü və yaratmış olduğu Kubanın sürətlə sənayeləşməsini nəzərdə tutan plan, Çinin "İrəli Böyük Atılam"ına bənzədilirdi. Kubanın qərbli "müşahidəçiləri"nə görə Qevaranın Sovet şərtlərinə və təkliflərinə qarşı çıxmasına baxmayaraq Kastronun qəbul etmək məcburiyyətində qalması ortadan itməsinin səbəbi ola bilərdi. Halbuki həm Qevara həm də Kastro, Sovetlər Birliyi və Çinin də tapıldığı birləşmiş cəbhəni dəstəkləyirdi. Ayrılığa düşmüş bu iki ölkə arasında andlaşma təmin etmək üçün müvəffəqiyyətsizliklə nəticələnən bir silsilə cəhddlərdə olmuşdur.

Xruşşovun Kastro ilə məsləhətləşmədən Kubadan raketləri çəkməyə razı gəlməsini Sovetlərin xəyanəti olaraq görən Qevara, Kuba Raket Böhranından sonra Sovetlər Birliyi haqqında daha da şübhəçi oldu. Cəzairdəki son danışmasında artıq Şimal Yarımkürəni, qərbdə ABŞ və şərqdə SSCB liderliyində, Cənub Yarımkürənin istismarçısı olaraq gördüyünü ifadə etmişdir. Vyetnam Döyüşü əsnasında kommunist Şimal Vyetnamı dəstəkləmiş və inkişaf etməkdə olan ölkələrin xalqlarını, silahlanıb "bir çox Vyetnamlar" yaratmaları üçün təşviq etmişdir.

Qevaranın aqibəti haqqındakı beynəlxalq fərziyyələrin təzyiqiylə Kastro 16 iyun 1965-ci ildə etdiyi şərhdə insanların Qevara haqqında məlumat götürmələrinin ancaq Qevara istədiyində mümkün ola biləcəyini söylədi. Qevaranın ortadan yoxa cıması ilı ilə əlaqədar Kuba içində və xaricində bir çox dedi-qodu yayıldı. Eyni ilin 3 oktyabrında Kastro, Qevaranın bir neçə ay əvvəl özünə yazdığı tarixsiz məktubu açıqladı. Bu məktubda Qevara Kuba inqilabına bağlılığını təkrarlayır ancaq inqilab yolunda xarici torpaqlarda döyüşmək üçün Kubadan ayrılma niyyətini bildirirdi. Məktubunda "dünyadakı digər xalqlar mənim sadə əməyimə çağırış etdilər" deyərək, "yeni döyüş sahələrində" partizan olaraq döyüşmək üçün ayrılmağa qərar verdiyini ifadə edirdi. Eyni zamanda hökumət, partiya və ordu içindəki bütün vəzifələrindən istefa verdiyini və ona inqilab üçün etdiklərini təqdir məqsədiylə verilmiş olan Kuba vətəndaşlığından imtina etdiyini də əlavə edirdi.

Dörd xarici jurnalistlə 1 noyabrda etdiyi görüşmə əsnasında Kastro, Qevaranın harada olduğunu bildiyini amma açıqlamayacağını ifadə edərək, köhnə yoldaşının öldüyünə dair söz-söhbətləri rədd etdi və Qevaranın sağlamlığının çox yaxşı olduğunu əlavə etdi. Kastronun sözlərinə baxmayaraq 1965-ci ilin sonunda Qevaranın aqibəti bir sirr olaraq qaldı, hərəkətləri və harada olduğu iki il boyunca diqqətlə saxlanan bir sirr oldu.

Boliviya Gündəliyi

[redaktə | mənbəni redaktə et]

Boliviyada partizan müharibəsində iştirak etdiyi vaxt Ernesto Çe Qevara gündəlikdə qeydlər aparır. Onun ölümündən sonra bu gündəlik bütün dünyada 100 000 tirajla işıq üzü görür.

Gündəlikdən bəzi qeydlər:[6]

  • 7 noyabr 1966-cı il — gündəlikdəki 1-ci qeyd:

Bu gün həyatımda yeni mərhələ başlayır. Belə götürəndə səfər uğurlu keçdi. Paçenqo ilə öz görkəmimizi dəyişdik, Koçabambuya gəldik və burada bizə lazım olan adamlarla görüşdük. Hərəmiz bir cipə minib yola düşdük. Rançoya az qalmış maşınları saxladıq. Bizi kokain istehsalıyla məşğul olmaqda günahlandıran kəndlilərdən birini şübhələndirməmək üçün rançoya 1 cipdə yollandıq.

  • 7 oktyabr 1967-ci il — gündəlikdəki sonuncu qeyd:

Bura — Nyankauasuya gəldiyimiz gündən on bir ay keçib. Gün gözlənilməz hadisələrsiz, demək olar ki, əla keçdi… …Radioyla xəbər verilir ki, 250 əsgər Serranoda 37 partizanı — yəni bizi — mühasirəyə alıb, yolumuzu kəsib və biz Asero və Ora çayları arasında mühasirədəyik. Bu xəbər mənə çox gülməli gəldi (Qeyd: Çe Qevaranın partizan dəstəsi doğrudan da o vaxt bu çaylar arasında mühasirəyə düşmüşdü. Sadəcə o, yerli relyefi yaxşı tanımadığından harda olduğunu bilmirdi. Bu məlumatı isə o radioadan eşitmişdi. Elə həmin gün Çe Qevara döyüşdə ayağından yaralanır, əsir düşür və oktyabrın 9-u güllələnir).

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Ernesto Che Guevara (nid.).
  3. 1 2 Caravelle: cahiers du monde hispanique et luso-bresilien, Caravelle (fr.). Presses universitaires du Mirail. burax. 98/2012. ISSN 1147-6753; 2272-9828
  4. 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
  5. https://www.infobae.com/historias/2022/10/09/los-ultimos-dias-y-la-muerte-del-che-guevara-los-partes-de-guerra-bolivianos-y-el-unico-relato-de-su-ejecutor/.
  6. "Arxivlənmiş surət". 2018-11-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]