Sofulu (Qazax) — Vikipediya
Sofulu | |
---|---|
41°00′03″ şm. e. 45°12′51″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qazax rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi | 22 km² |
Mərkəzin hündürlüyü | 579 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 182 nəfər (2009) |
Rəsmi dili | Azərbaycan dili |
Sofulu — Azərbaycanın Qazax rayonunun Cəfərli inzibati ərazi vahidində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 4 eksklav ərazisindən biridir.
Tarixi
[redaktə | vikimətni redaktə et]29–30 iyun 1990-cı il tarixlərində Sofulu kəndi Ermənistan SSR ərazisindən erməni silahlıları tərəfindən atəşə tutulmuşdur. Kənddə yerləşdirilmiş sovet qoşunları buna reaksiya verməmişdir.[1]
Kənd 4 gün mühasirədə qaldıqdan sonra 27 aprel 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[2]
Toponimikası
[redaktə | vikimətni redaktə et]Yaşayış obyekti sofulu tayfasının adı ilə bağlıdır. Sofulular keçmişdə yayı indiki Ermənistanın Sisyan rayonunda, qışı isə Qarabağda keçirirdilər. Sonralar onlann oturaq həyata keçmələri ilə bağlı Azərbaycanda bir neçə Sofulu kəndi meydana gəldi.[3]
Əhalisi
[redaktə | vikimətni redaktə et]- 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 182 nəfər əhali yaşayır. Əhalinin 80 nəfəri kişilər, 102 nəfəri qadınlardan ibarətdir.[4]
Tanınmış şəxsləri
[redaktə | vikimətni redaktə et]- Vilayət Hacıyev (d. 1950) — Azərbaycan filoloqu, tərcüməçi, dosent, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Qazaxda vəziyyət". Azadlıq (az.) (4 (6)). 13 iyul 1990. səh. 8.
- ↑ "Qazaxın işğal altında olan 7 kəndi haqqında nə bilirik? - FOTOLAR". Ordu.Az.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et] Qazax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |