Son söz (albom) — Vikipediya

Son Söz
Aygün Kazımova tərəfindən ifa olunmuş studiya albomu
Yayımlanma tarixi 2004
Janr Pop
Leybl Melodiya Azərbaycan
Aygün Kazımova albomlarının xronologiyası
"Sevgi gülləri"
(2003)
"Son Söz"
(2004)
" Sevərsənmi"
(2005)

Son sözAzərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 12 mahnı daxildir.[1][2]

Aygün Kazımovanın 2004-cü ildə "Melodiya Azərbaycan" şirkətinin logosu ilə satışa çıxardığı audio-kaset və CD formatındakı albomudur. Albomdakı "Son söz" və "Ayağıma dəyən daşlar" mahnılarına gürcüstanlı rejissor Basa Potskhishvili Gürcüstanda lentə almışdır. Aygün Kazımova albomdakı Bir söz yetər mahnısına çəkilən klipin rejissorluğunu özü etmişdir. Albomdakı Siqara mahnısına rejissor Nailə Əkbərova Türkiyədə klip çəkmişdir. Albomdakı Sevgilim, Süz mahnısına Aqil M. Quliyev klip çəkmişdir. Albomdakı Mən Aygünəm mahnısına Fuad Əlişov klip çəkmişdir. Aygün Kazımovanın albomdakı yeganə dueti olan Sevdi Ürək mahnısını meyxanaçı-müğənni Namiq Qaraçuxurlu ilə duet şəklində ifa etmişdir. Aygün Kazımovanın albomundakı ən son ifası Uçacaksın mahnısıdır. Mahnının söz və musiqisi türkiyəli musiqiçi Şehrazata aiddir.

Mahnıların Siyahısı

[redaktə | mənbəni redaktə et]
B tərəfi
BaşlıqSözlərMusiqiMüddət
7."Ayağıma Dəyən Daşlar"Xuraman VəfaXanım İsmayılqızı 
8."Bakı Qızları"Cabir NovruzOqtay Kazımi 
9."Dözə Bilmirəm" Eldar Mansurov 
10."Mən Aygünəm"İkram ƏliyevEldar Mansurov 
11."Sevdi Ürək" (feat. Namiq Qaraçuxurlu)Namiq QaraçuxurluEldar Mansurov 
12."Uçacaksın" (türk mahnısı)ŞehrazatŞehrazat 
  1. "Discogsda albom haqqında". 2020-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-18.
  2. "Aygün Kazimova - Son Söz". 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-23.