Suriya qulanı — Vikipediya

Suriya qulanı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Suriya qulanı
Beynəlxalq elmi adı

Suriya qulanı[2] (lat. Equus hemionus hemippus) — Ərəbistan yarımadasında vaxtı ilə yayılmış qulan yarımnövü. Bu canlıların hazırda nəsli nəsilmişdir. Onlara əsasən müasir Suriya, İsrail, İordaniya, Səudiyyə Ərəbistanıİraq ərtazisində müşahidə edilirdi.

Suriya qulanı ortalam olraq cəmi 1 metr hündürlüyə malik idi[3]. Bu isə onların müasir atlar fəsiləsinə daxil olan heyvanlar arasına ən kiçiyi olmması anlamına gəlir[4]. Onun rəngi mövsümdən asılı olaraq dəyişir:yayda zeytuni rəng, qışda isə solğun sarı[3][5]. Digər kulanlar kimi, qətiyyətsiz təbiəti ilə məşhur idi üstəlik qüvvət və gözəlliklə hər tərəfli ata bənzəyirdi[4].

Suriya qulanı əsasən səhra və yarımsəhralarda, quraq dağ çöllərində yayılmışdılar. Onlara əsasən müasir Suriya, İsrail, İordaniya, Səudiyyə Ərəbistanıİraq ərtazisində müşahidə edilirdi.

Ekologiya və davranış

[redaktə | mənbəni redaktə et]

Ot yeyən bir canlı olmuşdur. Əsasən ot bitkiləri, kol və ağacların yarpaqları ilə qidalanırdılar.

Təbii düşmənləri

[redaktə | mənbəni redaktə et]

Suriya qulanı Ərəbistan yarıçmadasınad yırtıcıların əsas hədəflərindən idilər. Ərəbistab yarımadasında yayılmış Asiya şiri. Ərəbistan bəbiri, zolaqlı kaftar, Ərəbistan canavarıTuran pələngi kimi canlılar tərəfindən ovlanılırdı. Asiya hepardıda böyük ehtimalla bu canlıları dağ silsilələri ərsazisində ovlamışdır.

XV–XVI əsrlərdə Yaxın Şərqə səyahət edən avropalı səyyahlar burada sürü halında qulanlara rast gəldiyini bildirirdilər[6]. Bununla belə onların sayı XVIII və XIX əsrlər arasında kütləvi ovlanma səbəbindən azalmağa başlamışdır. Sonradan isə Birinci Dünya müharibəsi zamanı onların populyasiyası ciddi zərər görmüşdür. Sonuncu çöl qulanı 1927-ci ildə İordaniyanın Arzak vahəsində ovlanmışdır. Sonuncu papalı şərtaitdə saxlanan Suriya qulanı isə Vyananın Şyonbrun parkında ölmüşdür[7].

Müqəddəs kitablarda

[redaktə | mənbəni redaktə et]

Quranın Muddəssir surəsinin 50-ci (Onlar sanki vəhşi eşşəklərdir) və 51-ci ayələrində (O eşşəklər ki aslandan hürküb qaçarlar!) keçərli olan vəhşi eşşəklərin Suriya qulanı olması ehtimal edilir. Bu surədə Allaha (c.a.c) inanmayanların mövcud halları təsvir edilir. Tövratın birinci kitabı olan Yaradılışda İsmayıl peyğəmbərlə əlaqəli rəvayətdə təsvir edilən vəhşi eşşək Suriya qulanıdır.

Qulan populyasiyasının bərpası

[redaktə | mənbəni redaktə et]

Suriya qulanının nəsli kəsildikdən sonra yaranmış boşluğu doldurmaqdan ötrü İran qulanı uyğun gələn yarımnöv hesab edilərən Yaxın Şərqdə yayılması üçün tədbirlər görülmüşdür. Onlar Səudiyyə Ərəbistanı və İordaniyanın qoruma ərazilərində yerləşdirilmişdir. Bundan əlavə İsraildə İran qulanı ilə yanaşı Türkmən qulanıda gətirilərək təbiətə buraxılmışdır.

  1. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  2. Фишер Д., Саймон Н., Винсент Д. Красная книга. Дикая природа в опасности / пер. с англ., под ред. А. Г. Банникова. — М.: Прогресс, 1976. — С. 137–140. — 478 с.
  3. 1 2 Harper, Francis, Syrian Wild Ass // Extinct and Vanishing Mammals of the Old World, New York: American Committee for International Wild Life Protection, 1945, 367–371, LCCN 46000560, İstifadə tarixi: 2013-02-07
  4. 1 2 Samuel Sidney. The Book of the Horse. Cassell & Co. Ltd. 1893. səh. 180.
  5. Mazin B. Qumsiyeh. Mammals of the Holy Land. Texas Tech University Press. 1996. səh. 191. ISBN 0-89672-364-X.
  6. G. Johannes Botterweck; Helmer Ringgren, Heinz-Josef Fabry. Theological Dictionary of the Old Testament, Volume 12. Wm. B. Eerdmans Publishing Company. 2003. 73–76. ISBN 0-8028-2336-X.
  7. "Equus hemionus hemippus". The IUCN Red List of Threatened Species (ingilis).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]