Surxandərya vilayəti — Vikipediya

Surxandərya vilayəti
Surxondaryo viloyati

38°00′ şm. e. 67°30′ ş. u.HGYO


Ölkə
İnzibati mərkəz Termez
Tarixi və coğrafiyası
Yaradılıb 6 mart 1941
Sahəsi
  • 20.800 km²
Hündürlük
535 m
Saat qurşağı
Rəqəmsal identifikatorlar
ISO kodu UZ-SU
Rəsmi sayt
Surxandərya vilayəti xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Surxandərya vilayəti (özb. Surxondaryo viloyati) — Özbəkistanın ən cənub vilayətidir. İnzibati mərkəzi Termez şəhəridir. 6 mart 1941-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılmışdır.[1]

Vilayətin mərkəzi və cənub hissələri düzənlikdir. Şimalda Hissar dağ silsiləsi, qərbdə və şimal-qərbdə onun təpələri - Baysuntau (4425 m) və Göytendağ (3139 m) dağları, şərqdə Babataq silsiləsi (2290 m-ə qədər), cənubda Amudərya çayının vadisi yerləşir. Cənubda Əfqanıstanın Bəlx vilayəti, cənub-qərbdə Türkmənistanın Lebap vilayəti, şimal-qərbdə Qaşqadərya vilayəti, şərqdə Tacikistanın Xatlon vilayətinin Nosiri-Xusrav və Şahritus rayonları ilə həmsərhəddir, şimal-şərqdə - Tacikistanın Respublika tabeliyində olan rayonları - Tursunzadə, Rudaki və Şahrinav ilə, şimalda - Tacikistanın Soqd vilayətinin Aynin və Pencikent rayonları ilə həmsərhəddir.

2022-ci il avqustun 1-nə Surxandərya vilayətinin əhalisinin sayı 2,771,100 nəfər təşkil edib - bu, Özbəkistanın regionları arasında 7-ci yerdir (14-dən).

2021-ci il üçün Özbəkistanın Surxandərya vilayətinin əhalisinin milli tərkibi[2]
Milliyyət Əhali, nəfər bütün əhaliyə nisbətdə %-i
Özbəklər 2.264.979 84,49
Taciklər 334.120 12,46
Türkmənlər 32.925 1,23
Ruslar 21.324 0,80
Tatarlar 6.960 0,26
Ukraynalılar 3.545 0,13
Qaraçılar 3.276 0,12
Qazaxlar 2.719 0,10
Beloruslar 1.502 0,06
Azərbaycanlılar 978 0,04
Koreyalılar 734 0,03
Ermənilər 306 0,01
Yəhudilər 220 0,01
Moldavanlar 210 0,01
qaraqalpaqlar 194 0,01
Qırğızlar 159 0,01
Gürcülər 157 0,01
Digər xalqlar 6.492 0,24
  1. s:Указ Президиума ВС СССР от 06.03.1941 года об образовании Андижанской, Наманганской и Сурхан-Дарьинской областей в составе Узбекской ССР.
  2. "Постоянное население по национальным и/или этническим группам". Портал открытых данных Республики Узбекистан data.egov.uz. 2021-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-01.