Surxay bəy Şahsuvarov — Vikipediya

Surxay bəy Şahsuvarov
Doğum tarixi 19 iyul 1900(1900-07-19)
Doğum yeri
Vəfat tarixi 1945
Vəfat yeri
Uşağı
Təhsili

Surxay bəy Əzim oğlu Şahsuvarov (19 iyul 1900, Minkənd, Zəngəzur qəzası1945, Bakı) — Cümhuriyyət tələbəsi, Frayberq Dağ-Mədən Akademiyasının tələbəsi, mühəndis.

Surxay bəy Əzim oğlu 1900-cü ildə Zəngəzur qəzasının Şahsuvarlı kəndində doğulmuşdu. Atası vəfat edəndə 8 yaşı vardı. Dayısı Rəsul bəyin himayəsi ilə 1910-cu ildə iki illik məktəbi bitirdi. Sonra əmisi Nurməmməd bəyin yanına üz tutdu. Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Gəncədə rus dili müəllimi işləyən Nurməmməd bəy Şahsuvarov qardaşı oğluna kömək əlini uzatdı, ona atalıq etdi. Surxay Gəncə Oğlan Gimnaziyasına daxil oldu. Buranı bitirdikdən sonra isə 1913-cü ildə birinci Tiflis Oğlan Gimnaziyasına qəbul edildi və 1918-ci ildə təhsilini əla qiymətlərlə başa vurdu. S. Şahsuvarovun kamal şəhadətnaməsinin surəti hazırda arxivdə saxlanılır.

Riyaziyyat, fizika, coğrafiya, alman, latın və fransız dili fənlərinə mükəmməl yiyələnmiş Surxay Şahsuvarov 15 aprel 1920-ci ildə Frayberq Dağ-Mədən Akademiyasına qəbul olunmuşdur. 19 dekabr 1924-cü ildə bu ali məktəbi bitirərək Dağ mühəndisi üzrə diplomu almışdır. Arxiv sənədlərindən o da görünür ki, Azərbaycanda Sovet hökumətini qurulması ilə bağlı olaraq o stipedniyadan məhrum olmuş və böyük maliyyə problemləri ilə qarşılaşmışdır. O dəfələrlə Rektoratdan onun təhsillə bağlı rüsumlardan azad olunmasını yazılı şəkildə xahiş etmişdir. Bu çətinliklərə baxmayaraq Surxay ali təhsilini uğurla başa vurmuşdur.

Frayberq Akademiyasının azərbaycanlı məzunu yarım il Almaniyanın Selə neft mədənində mütəxəssis-fəhlə işlədi. 1925-ci ilin iyun ayında Bakıya qayıdan mütəxəssis-fəhlə "Azərneft" rəhbərliyinin sərəncamı ilə Bibiheybət Qazma kontorunda mühəndis işlədi. 1927-ci il oktyabrın 1-də elmi-pedaqoji fəaliyyətdə məşğul olmaq fəaliyyətlə məşğul olmaq məqsədilə Nəriman Nərimanov adına Texnikumda dərs deməyə başladı.

Hərtərəfli bilik sahibi olan mühəndis və pedaqoq Nərimanov texnikumunda işləməklə yanaşı Azərbaycan Sənaye Institunun Ümumi Geologiya kafedrasında assistent vəzifəsində də fəaliyyət göstərdi. 1932-ci ilin iyun ayıda Surxay Şahsuvarovu Azərbaycan Neft Kəşfiyyatı idarəsinə işə dəvət etdilər. O, Azərbaycan Sənaye institutunda əvəzçilik yolu ilə pedaqoji işini davam etdirdi. Lökbatan neft mədənlərində əvvəlcə geoloq, sonra isə baş geoloq vəzifələrində çalışdı.

Pedaqoji fəaliyyəti elmi işlə əlaqələndirən geoloq "Xəzər dənizinin müxtəlif dövrlərdə su balansı" mövzusunda dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, geologiya-minerologiya elmləri namizədi adını aldı.

Qeyd etmək lazımdır ki, Cumhiriyyət tələbəsinin dissertasiyası Xəzər dənizinin səviyyəsinin artması problemi ilə məşğul olan alimlərin ilk elmi mütəxəssisdir. Təəssüflər olsun ki, bu dissertasiya indiyədlək monoqrafiya şəklində çap olunmayıb.

Beləcə, Azərbaycan Sənaye Institutunun geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Surxay Əzim oğlu Şahsuvarov doktorluq dissertasiyasını müdafiə etməyə hazırlaşarkən… Azərbaycanın gələcək akademik oğlunu millətimizin düşmənləri "Almaniyanın mənafeyinə casusluq fəaliyyətinə görə" qondarma ittihamla həbsə aldılar.

1942-ci il iyul yının 19-da S. Şahsuvarovun 42 yaşı tamam oldu. Böyük vətənpərvər alim ömrünün 43-cü ilində dəmir barmaqlıq arxasına salındı, ailəsi də əzablara düçar oldu. Surxay bəyin ömür-gün yoldaşı, 1938-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirdikdən sonra "Kirov İnstitutu"nda işləyən Qönçə iki ciyər-paraya-Tofiq və Adilə həm də atalıq da etdi.

Məşhur geoloq və pedaqoqu Bakıdakı Neftçilər Xəstəxanasında müalicəyə başladılar. O, 1945-ci ilin noyabr ayının 3-də yatdığı çarpayıda dünyasını dəyişdi…

Surxay bəy Qönçə xanımla ailə qurmuşdu. Bu gün Cumhuriyyət tələbəsinin ikinci oğlu Tofiq və Adil Şahsuvarov olmuşdur.

Böyük oğlu Tofiq Şahsuvarov Bakı Univesitietinin geologiya-coğrafiya fakültəsini bitirdikdən sonra aspiranturanı da müvəfəqiyyətlə başa vurub, namizədlik dissertasiya müdafiə etdi. Bir neçə il fakültənin dekanı oldu. Hazırda isə Ümumi geologiya kafedrasının professorudur.

Qardaşı Adil Şahsuvarov da ata yolunu davam etdirmişdir. Ali məktəbi qurtardıqdan sonra uzun illər Azərbaycan Geologiya-İstehsalat Birliyinin Hidrogeologiya ekspediyasının baş mühəndisi vəzifəsində çalışmış, pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

29 may 2018-ci ildə Azərbaycan Tarix Muzeyində "Şahsuvarovlar nəslindən üç varis" adlı tədbir keçirilib. Tədbirdə Surxay bəy Şahsuvarovla yanaşı, Nurməmməd bəy ŞahsuvarovMürsəl bəy Şahsuvarovun Azərbaycan Xalq Cümhuriyyətinin həyatındakı xidmətlərindən bəhs edilib.[1]

  1. CBC TV. "Şahsuvarovlar nəslinin üç varisinə həsr olunmuş tədbir keçirilib" (az.). Youtube.com. 30.05.2018. 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-30.
  • Ənvər Çingizoğlu. Şahsuvarovlar. "Soy" dərgisi, 3 (11) 2008.