İskəndər bəy Sultanov — Vikipediya

İskəndər bəy Sultanov
Doğum tarixi 25 may 1897(1897-05-25)
Doğum yeri
Vəfat tarixi 1942
Vəfat yeri
Vəfat səbəbi siyasi repressiya
Atası Əlipaşa bəy Sultanov[d] və ya Rüstəm bəy Sultanov[d]
Təhsili
Fəaliyyəti mühəndis

İsgəndər bəy Rüstəm bəy oğlu Sultanov (25 may 1897, Kürdhacı, Zəngəzur qəzası və ya Kürdhacı, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası1942, İran və ya Zərəfşan, Buxara vilayəti) — Azərbaycan mühəndisi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.

1916-cı ildə Bakı Kommersiya Məktəbini bitirmiş, Şuşa Qəza Polis İdarəsində işləmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini dağ mühəndisliyi sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–25-ci illər üçün məlumatında Sultanovun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi.

İsgəndər bəy Azərbaycan Xalq Cümhuriyyəti ordusunda erməni istilaçılarına qarşı vuruşmuşdu. Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun 1919-cu il on dörd iyul tarixli teleqramı:

" Cənab hərb naziri Zati-alilərinə!

Qarabağın xalq milisi sıralarında Moskva İnstitutunun tələbələri İsgəndər bəy Sultanov və keçmiş Qarabağ süvari alayının əsgəri Xankişi Nuru oğlu xidmət edirlər. Onlardan birinə - ləzgi alayı ilə birlikdə bolşeviklərə qarşı döyüşlərdə iştirak etmiş Sultanova Türk hərbi ordeni "Məcidiyyə", ikincisinə - Xankişi Nuru oğluna axırıncı müharibənin (Birinci Dünya Müharibəsi nəzərdə tutulur) Georgi Kavaleri ordeni verilmişdir. Axırıncı Qarabağ hadisələri (1918-ci il nəzərdə tutulur) zamanı onlar böyük bacarıq və şücaət göstərmişlər. Bu haqda Siz Zati-alilərinə məlumat verərək xahiş edirəm ki, Siz onların birinci zabit rütbəsinə təqdim olunmaları haqqında sərəncam verəsiniz.

"

İsgəndər bəy 1935-ci ildə Almaniyadan qayıtmışdı. Həmin il tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.