Ümmügülsüm — Vikipediya

Ümmügülsüm
Ümmügülsüm Əbdüləziz qızı Sadıqzadə
Doğum tarixi 1899
Doğum yeri
Vəfat tarixi 1944
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Həyat yoldaşı
Uşaqları
Fəaliyyəti şair
Vikimənbənin loqosu Ümmügülsüm Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümmügülsüm (1899, Novxanı, Bakı qəzası1944, Şamaxı) — Azərbaycan şairəsi, repressiya qurbanı.

Müsavat partiyasının qurucularından olan Məhəmməd Əli Rəsulzadənin bacısı, Müsavat partiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı və baldızı olub.

Ümmügülsüm Əbdüləziz qızı Sadıqzadə 1899-cu ildə Novxanı kəndində ruhani ailəsində anadan olub.[1] Evdə atasından ərəbfars dilini öyrənib.[2]

1908-ci ildən şeir yazmağa başlayıb.[3] Şeir və hekayələri "İqbal", "Yeni iqbal", "Açıq söz", "Qurtuluş", "Dirilik", "Məktəb", "Qardaş köməyi", "Azərbaycan"[4] və digər qəzet və jurnallarda dərc olunub.[3] 1914-cü ildən mətbuatda hekayələri dərc olunmağa başlayır.[5] 1915-ci ildə "Solğun çiçək" adlı hekayəsi "Qurtuluş" jurnalının elan etdiyi müsabiqədə mükafata layiq görülüb.[3] Onun 200-dən artıq şeiri və 1 poeması bizə gəlib çatmışdır [6].

1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını münasibətilə "Türk ordusuna", "Ey türk oğlu!", "Çəkil, dəf ol!", "Əsgər anasına", "Dərdli nəğmə", "Yurdumuzun qəhrəmanlığına", "Yollarını bəklədim" adlı şeirlər yazıb. Aprel işğalından sonra isə işğala qarşı "Hicran", "Bayrağım enərkən" adlı şeirlərini yazıb. "Bayrağım enərkən" şeiri 3 may 1920-ci ildə Azərbaycan bayrağının parlament binasından götürülməsi münasibətilə qələmə alınıb.[7][8] Bu şeirlər 1920–1930-cu illərdə Türkiyədə, Azərbaycan siyasi mühacirləri arasında geniş yayılmış, M. Rəsulzadə mühacirətdə yazdığı əsərlərində onlardan xüsusi bəhs etmişdir. İşğaldan sonra ailəsi ilə birlikdə Xızıya köçüb.

1937-ci ildə həyat yoldaşı Seyid Hüseyn həbs edildikdən[9] sonra Ümmügülsüm də "xalq düşməni"nin həyat yoldaşı kimi həbs olunaraq Bayıl həbsxanasına aparılır. Mənzilində axtarış aparılır, əmlakı isə müsadirə olunur. Həbsindən sonra əsərləri qadağan edilir. Bayıl həbsxanasında olduğu dövrdə "Qala xatirələrim" adlı xatirat yazıb. Bir neçə ay Bayıl həbsxanasında saxlanıldıqdan sonra 8 il həbs cəzasına məhkum edilərək, Mordva vilayətində yerləşən Temlaq islah əmək düşərgəsinə göndərilib.[10]

1943-cü ildə Ümmügülsüm SSRİ Xalq Daxili İşlər Komissarlığına ərizə ilə müraciət edərək azadlığa buraxılmasını istəyib. 1944-cü ilin aprel ayında həbsdən azad olunur. Bir neçə gün Bakıda yaşadıqdan sonra ona Bakıda yaşamağa icazə verilmir.[11] Buna görə də o, Şamaxıya köçür. Burada bir neçə ay yaşadıqdan sonra 1944-cü il sentyabrın 17-də 45 yaşında Şamaxıda vəfat edib.[12]Şaxəndan qəbiristanlığında dəfn edilib.

Ümmügülsümün qəbri, Şamaxı şəhəri Şaxəndan qəbiristanlığı

Müsavat partiyasının qurucularından olan Məhəmmədəli Rəsulzadənin bacısı, Müsavat partiyasının və Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri Məhəmmədəmin Rəsulzadənin əmisi qızı və baldızı olub.[13]

1916-cı ildə Tağıyev teatrında C. Məmmədquluzadənin "Ölülər" pyesinin ilk təqdimatında yazıçı Seyid Hüseynlə tanış olub. Daha sonra 1920-ci ildə onunla ailə qurub [3]

Bu evlilikdən bir qızı 3 oğlu dünyaya gəlib. Qızı Qumral Sadıqzadə yazıçı, oğulları OqtayToğrul isə rəssam olublar. Oqtay Sadıqzadə Azərbaycan Respublikasının xalq rəssamıdır. Kiçik oğlu Çığatay isə fəhlə batalyonunda xidmət edərkən ağır katorqa işləri nəticəsində vərəm xəstəliyinə tutularaq, 24 yaşında vəfat edib.[14]

Qızı Qumral Sadıqzadə atası Seyid Hüseynə həsr olunmuş "Son mənzili Xəzər oldu" romanının 2-ci hissəsində Ümmügülsümdən də geniş bəhs edib.[15]

2022-ci il dekabrın 18-də "Bakı" Rəsm Qalereyasında Ümgülsüm Sadıqzadənin xatirəsinə həsr olunmuş "Çəmən ayrısı" adlı sərgi açılıb.[16]

2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının başına gələn hadisələr haqqında "Kod adı: "V. X. A."" və ya Kod adı "Vətən xainlərinin arvadları" tamaşasının premyerası olub.[17][18] Tamaşada Ümmügülsüm Sadıqzadənin faciəli həyatına da yer verilib.[19]

  1. Bağırzadə, Nəcibə. Vətən ayrısı Rəsulzadələr. Bakı: Ecoprint. 2018.
  2. Morkoç, Ayvaz, "Azerbaycan'ın istiklal şairesi Ümmügülsüm Sadıqzade", Journal of Social and Humanities Sciences Research, 2021-08-31, 2238
  3. 1 2 3 4 tərtib edən Aydın Hüseynzadə. Gözümüz yaşlıdır, sinəmiz dağlı. Bakı: Nicat nəşriyyatı. 1992. səh. 4.
  4. "101 yaşlı "Azərbaycan"". worldinfo.az (az.). 1970-01-01. 2023-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-18.
  5. Aydın Hüseynzadə. İstiqlal şairi Ümmügülsüm. Bakı: Çaşıoğlu. 2005. səh. 19.
  6. Anar Turan. Seyid Hüseyn və Ümgülsüm Sadıqzadənin həyat dramı. Bakı: Xalq qəzeti. 2016. səh. 19.
  7. Nəsiman Yaqublu. Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası. Bakı: Qanun Nəşriyyatı. 2018. səh. 110. ISBN 978-9952-36-521-4.
  8. "Ümmügülsüm xanımdan yeni soraq – Vəfatından bir il sonra yazılan məqalə". Teleqraf.com (az.). 2023-04-24. 2023-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-18.
  9. "Садыгзаде Сеид Гусейн Мир Казым оглы (1887)" (az.). ru.openlist.wiki. 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-24.
  10. Nazim İbrahimov. Min beş yüz ilin oğuz şeri. Antologiya (PDF). I. Bakı: Azərbaycan nəşriyyatı. 1999. səh. 711. 2022-07-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-08-18.
  11. "Gecikmiş etiraf..." web.archive.org. 2017-01-31. Archived from the original on 2017-01-31. İstifadə tarixi: 2023-08-18.
  12. "Cavid ona elçi gəldi, ərini güllələyib Xəzərə atdılar, öz qəbri 57 il sonra tapıldı - Rəsulzadənin baldızı, Azərbaycanın ilk yazıçı qadını..." Kulis.az (az.). 2023-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-18.
  13. Bağırzadə, Nəcibə. Vətən ayrısı Rəsulzadələr. Bakı: Ecoprint. 2018. səh. 176.
  14. Qumral Sadıqzadə. Mənim nakam qardaşım. Bakı: Çaşıoğlu. 2002. səh. 5.
  15. Niyarlı, Mənzər. "Seyid Hüseyn yadigarı - Qumral Sadıqzadə". Ədəbiyyat qəzeti. 2019-02-16. 2020-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-18.
  16. ""Çəmən ayrısı" – Ümgülsüm Sadıqzadə yad olunub". medeniyyet.az. 2022-12-18. 2023-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-18.
  17. ""Kod adı: V.X.A" tamaşası növbəti dəfə səhnədə" (az.). Azərbaycan Dövlət İnformasiya Agentliyi. 2023-02-27. 2023-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  18. "Kod adı – V.X.A – (Xalq düşmənlərinin arvadları...)" (az.). 525-ci qəzet. 2022-06-17. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-06.
  19. ""Kod adı "V.X.A" – Gənc Tamaşaçılar Teatrında premyera" (az.). medeniyyet.az. 2022-12-18. 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]