Əbülfət Məmmədov — Vikipediya
Əbülfət Məmmədov | |
---|---|
10 iyun 1937 – aprel 1938 | |
Əvvəlki | Əsəd Qarayev |
Sonrakı | Əhməd Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1898 |
Doğum yeri | |
Vəfat tarixi | 1957 |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Əbülfət Heydər oğlu Məmmədov (1898, Bakı quberniyası – 1957, Bakı) — Azərbaycan SSR Xalq Əkinçilik komissarı, SSRİ Ali Sovetinin (millətlər palatasının) birinci çağırış deputatı, siyasi repressiyalara uğramış şəxs.
Həyatı
[redaktə | vikimətni redaktə et]Repressiyalara uğraması
[redaktə | vikimətni redaktə et]Stalin və Bağırov repressiyalarının qurbanı olmuşdur. 1938-ci ilin iyul ayında "Ehtiyatda olan sağ-troskiçi mərkəzinin əksinqilabi milliyətçi təşkilatının" rəhbərindən biri olduğu ittihamı ilə həbs olunmuşdur.[1] İttiham əvvəldən axıra kimi Mir Cəfər Bağırovun başçılıq etdiyi Azərbaycanın o zamanki ali hakimiyyəti və onların əlaltıları tərəfindən saxtalaşdırılmışdır.[1] Bu iş üzrə keçən başqa məhbuslar kimi işgəncələrə məruz qalaraq ittihamı etiraf etməyə məcbur edilmişdir.[2] Ancaq başqa məhbuslarla birlikdə 1939-cu ildə öncəki ifadələrindən imtina etmişdi.[3] Bundan sonra işi üzrə bir neçə dəfə istintaq aparılmışdır. Nəhayət 1941-ci ildə məhkəmənin hökmü ilə əmlakının müsadirə edilməsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir.[4] 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kolleqiyasının qərarı ilə bəraət edilmişdi.[5] 1957-ci ildə Bakıda vəfat etmişdir. Keçdiyi istintaq işi və adı Bağırov və onunla əlbir olanların məhkəmə hökmünün mətnində xatırlanmışdır.[5]
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Aydın Əlizadə. Azərbaycanda dövlət terroru: əksinqilabçı milliyətçi təşkilatın işi (1938–56). Arxivləşdirilib 2018-02-17 at the Wayback Machine
- Смирнов Н. Рапава, Багиров и другие. Антисталинские процессы 1950-х гг.. — АИРО-XXI, 2014. — С. 123–124. — 380 с. — ISBN 978-5-91022-274-2.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Aydın Əlizadə. Azərbaycanda dövlət terroru: əksinqilabçı milliyətçi təşkilatın işi (1938–56). Arxivləşdirilib 2018-02-17 at the Wayback Machine
- ↑ "Smirnov N. Rapava, Bağırov və başqaları. 1950-çi illərin Stalin əleyhinə prosesləri. M.: AİPO-XXI, 2014, s. 123–124". 2020-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
- ↑ "17 sentyabr 1939-cu il tarixli istintaqın yekun Qərarı // İstintaq işi № 25910, c. 1–6, əsli, maşın yazısı, arxiv materialları". 2018-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
- ↑ "00497 №-li Məhkəmə hökmü // İstintaq işi № 25910, c. 1–6, əsli, maşın yazısı, arxiv materialları". 2018-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.
- ↑ 1 2 "Bağırov və başqalarının işi üzrə SSRİ Ali Məhməməsinin Hərbi Kollegiyasının 26 aprel 1956 il tarixli məhkəmə Hökmü // Siyasi büro və Beriyanın işi. Sənədlər toplusu. M.: Kuçkovo pole, 2012, s. 881–892". 2018-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-16.