Möhsün Poladov — Vikipediya

Möhsün Poladov
bayraq
Azərbaycan SSR kənd təsərrüfatı naziri
bayraq2
10 mart 1959 – 16 mart 1961
ƏvvəlkiHəsən Seyidov
SonrakıƏləkbər Quliyev
bayraq
Azərbaycan SSR naziri
bayraq2
5 oktyabr 1957 – 10 mart 1959
bayraq
Azərbaycan SSR Dövlət Plan Komissiyası sədrinin birinci müavini
bayraq2
1954 – 5 oktyabr 1957
ƏvvəlkiƏli İbrahimov
SonrakıCəmaləddin Maqomayev
bayraq
Gəncə Vilayət Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini
bayraq2
28 may 1952 – 17 aprel 1953
SədrSadıq Rəhimov
bayraq
Azərbaycan SSR sovxozlar naziri
bayraq2
24 mart 1947 – 20 iyul 1950
Əvvəlkinazirlik təsis edilib
SonrakıSoltan Mirzəyev
bayraq
Azərbaycan SSR heyvandarlıq naziri
bayraq2
19 iyun 1946 – 22 mart 1947
Əvvəlkinazirlik yaradılıb
Sonrakınazirlik ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 1 may 1905(1905-05-01)
Doğum yeri
Vəfat tarixi 11 aprel 1966(1966-04-11) (60 yaşında)
Vəfat yeri
Dəfn yeri I Fəxri Xiyaban
Partiya
Fəaliyyəti dövlət xadimi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni — 1946 "Şərəf nişanı" ordeni "Döyüş xidmətlərinə görə" medalı — 06.11.1945

Möhsün (Mövsüm) Musa oğlu Poladov (1 may 1905, Ağköynək, Qazax qəzası11 aprel 1966, Bakı) — dövlət xadimi, Uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun keçmiş rektoru.

1905-ci ildə Qazax qəzasının Ağköynək kəndində anadan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan az sonra o, Qazax Müəllimlər Seminariyasına daxil olmuşdur. Bir müddət Gəncədə müəllimlik etdikdən sonra isə Bakıya gəlmişdir. Burada o, Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin aparatında işləyərək Zaqafqaziya Pambıqçılar İnstitutunda təhsili davam etdirmişdir. İnstitutu aqronomluq ixtisası üzrə bitirdikdən sonra Möhsün Poladov Azərbaycan SSR Xalq Torpaq Komissarlığında kadrlar şöbəsində işləmiş, kənd təsərrüfatını mexanikləşdirməyə dair rayonlararası məktəbə rəhbərlik etmişdir.[1]

1937-ci ildə Möhsün Poladov Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna direktor təyin edilmişdir. Böyük Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq cəbhəyə yollanaraq Sovet Ordusu tərkibində Krım cəbhəsində döyüşlərdə iştirak etmiş, "Döyüş xidmətlərinə görə" medalı ilə təltif edilmişdir.[1]

1938–1941 və 1953–1954-cü illərdə AKTİ-nin rektoru olmuşdur.

Möhsün Poladov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. "Qırmızı əmək bayrağı" ordeni və 2 dəfə "Şərəf nişanı" ordeniSSRİ medalları ilə təltif edilmişdir.[2]

Möhsün Poladov 11 aprel 1966-cı ildə vəfat etmiş[2] və Bakıda Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

  1. 1 2 Мөһсүн Муса оғлу Поладов // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 250.
  2. 1 2 М. М. Поладов // Коммунист. № 85 (13171). 13 апрел 1966-ҹы ил. С. 4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]