Taxıc — Vikipediya
Taxıc — naqillərin şəbəkəyə birləşdirilməsi ilə elektrik enerjisi, texniki informasiyalar və optik şüalarının ötürülməsinə xidmət edir. Adətən o taxıc yuvası ilə birlikdə ayrılabilən birləşməni təşkil edir. Taxıc gövdə və ondan kənara çıxan çəngəl formalı kontakt çubuqlardan ibarətdir. Taxıc adətən naqilin uc hissəsinə bərkidilir və çevik olur.
Taxıcdan məişətdə elektrik cihazlarının şəbəkəyə qoşulmasında geniş istifadə olunur. İlk dəfə yaranması da elə evlərdə elektrik lampalarının şəbəkəyə qoşulması ilə bağlı olub. 1904-cü ildə Harvi Hubbel (Harvey Hubbell) ilk dəfə taxıc və taxıc yuvasını patentləşdirmişdir. Bundan sonra o geniş yayılır.
Taxıcların başqa bir tətbiq sahəsi kompüter texnikası ilə bağlıdır. Burada müxtəlif periferiya qurğularının (monitor, printer, tastatur, siçan, skayner və s.) kompyüterin əsas gövdəsi ilə birləşdirlməsi öndə durur. Ağır kabelin birləşdirlməsi lazım gəldikdə taxıcın çubuqları ağırlığa tab gətirmədiyindən o əlavə olaraq vintlərlə bərkidilir və əlavə mexaniki birləşmə yaradılır.