Urxan Ələkbərov — Vikipediya
Urxan Ələkbərov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 aprel 1943 (81 yaş) |
Doğum yeri | |
Təhsili | Azərbaycan Dövlət Universiteti, SSRİ Elmlər Akademiyasının Ümumi Genetika İnstitutu |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elm sahəsi | biologiya |
Elmi dərəcəsi | |
Elmi adı | |
İş yeri | DİA, AMEA |
| |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Urxan Kazım oğlu Ələkbərov (28 aprel 1943, Bakı) — Azərbaycan və sovet bioloqu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü (18 iyul 2014-cü ildən), Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü (20 fevral 2018-ci ildən), YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsinin sədri.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Urxan Ələkbərov 1943-cü il aprelin 28-də Bakı şəhərində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini bitirmiş, həmin il SSRİ Elmlər Akademiyasının Ümumi Genetika İnstitutunun aspiranturasına daxil olmuşdur.
U. Ələkbərov 1968-ci ildə elmlər namizədi, 1978-ci ildə isə elmlər doktoru alimlik dərəcəsini almışdır.1983-cü ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.
Əmək fəaliyyətinə 1965-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında başlamışdır. 1968–78-ci illərdə AMEA Botanika İnstitutunda kiçik elmi işçi, elmi katib, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışmış, 1987–1996-cı illərdə AMEA-nın vitse-prezidenti olmuşdur. O, 1988–2002-ci illərdə AMEA Genetika və Seleksiya İnstitutunun direktoru olmuş, 2011-ci ilə qədər AMEA-nın müşaviri kimi fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına rektor təyin edilmiş, 26 aprel 2013-cü il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə, 27 aprel 2023-cü il tarixli Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilmişdir.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Akademik Urxan Ələkbərov 320 elmi əsərin, o cümlədən 34 kitab və dərsliklərin müəllifidir. O, elmdə yüksək nailiyyətlər əldə etmiş, ətraf mühitin təbii, iqtisadi, sosial və siyasi komponentlərdən ibarət vahid sistem kimi idarə edilməsi, elm və inkişafın planlaşdırılması və idarə edilməsi sahəsində dünyada tanınmış alim və inkişaf üzrə ekspertdir. "Yaşıl" təfəkkür (demoqrafiya və istehlak mədəniyyəti) və "yaşıl" iiqtisadiyyata əsaslanan ekoloji sivilizasiya konsepsiyasının (1998) müəllifidir. Bu sahədə ixtisaslaşan akademik Ələkbərov bir çox beynəlxalq təşkilatlarda o cümlədən BMTİP, UNESCO və UNİCEF-də çalışır. 2000–2010-cu illərdə Avropa Yenidənqurma və İnkişaf Bankının Prezidenti yanında Davamlı İnkişaf üzrə Şuranın (London) üzvü olmuşdur. Akademik U. Ələkbərov Davamlı inkişaf və ekoloji sivilizasiya naminə ətraf mühitin vahid sistem kimi idarəedilməsinə dair ABŞ-nın (Columbia University, Kansas University, Texas University, Lehigh University, Rutgers University, University of Michigan, Jackson State University, New York University, Mississippi Valley State University, Almaniya (Greiswald University), Türkiyə (Hacettepe University, Chukurova University), İsveçrə (Stockholm University), Rusiya (Mockva Dövlət Universiteti), Gürcustan (Tbilisi State University, Georgian Agrarian Academy), İsrail (Tel-Əviv Universiteti və s.) universitetlərində mühazirələr oxuyub və seminarlar aparıb.
Yüksəkixtisaslı kadrların hazırlanmasında da alimin böyük xidmətləri vardır. Onun rəhbərliyi ilə 22 fəlsəfə və elmlər doktoru hazırlanmışdır.
Bununla yanaşı akademik Urxan Ələkbərovun məruzələri beynəlxalq təşkilatlarda Avropa Yenidənqurma və İnkişaf Bankı (London), BMT-nin Baş Qərargahı (Nyu-York); Dünya Bankı (Vaşinqton), BMTİP vasitəsilə (Azərbaycan,Türkiyə, Böyük Britaniya, Norveç, Sloveniya, Rusiya, Fransa, Yaponiya, Koreya, İtaliya, Yunanıstan, Almaniya və s.) ölkələrdə dinlənilir. O həmçinin ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, Niderland və digər ölkələrdə beynəlxalq komitə, rəhbər komitə və şuraların, elmi jurnallarda redaksiya heyətinin rəhbəri və üzvüdür.
Əlavə olaraq, Urxan Ələkbərov dünyada orta və ali məktəblər üçün davamlı insan inkişafı və ekoloji sivilizasiyanın idarə edilməsinə dair ilk dərsliklərin də müəllifidir. Akademik Ələkbərovun dünyada cərəyan edən proseslərlə bağlı fikirləri mütəmadi olaraq "Tanınmışlar deyiblər" başlığı altında Mahatma Qandi, Bill Qeyts, Barak Obama, Pan Gi Mun, Jimmi Karter, Anjelina Coli və s. məşhur şəxslər ilə bir arada dərc edilir.
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]- "Şərəf" ordeni (27.04.2023)[2]
Tarix elmləri doktoru Fərid Ələkbərlinin atasıdır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.175
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Ələkbərov Urxan Kazım oğlu" (Azərbaycan). science.gov.az. 15-9-2021 tarixində arxivləşdirilib.
- ↑ "U. K. Ələkbərovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-27.