Xori-buryatlar — Vikipediya
Xori-buryatlar(bur. хори буряадууд, хори тγмэд) — Buryatların tərkibində etnik qrup.
Tarixi
[redaktə | mənbəni redaktə et]"Monqolların gizli tarixi" əsərində bildirilir ki, Xori etnonimi Xoriday mergen adlı bahadurdan törəmişdir.[1] Çingiz xanın qızıl şəcərəsində bir xətt izlənilir ki, o, Xori etnonimi ilə bağlıdır. Dobu mergenin xatunu Alanqova, Borte-çinonun 12 qolu Xori-tumatlardan törəmişdir. Onlar Baykal arxasında yaşayan xalqların ulularıdır.
Şərqi ve Qərbi Buryatlar olaraq bilinən bu birlikdə Şərqi Buryatları monqollardan, Qərbi Buryatları isə türklərdən meydana gəlməkdədir. Buryatlar əslində Horidaylar adlanan bir birlikdən törəmişdir. Özlərini Hori Buryatları olaraq xarakterizə edən bu boy on bir soydan meydana gəlməkdə; bunların beşinin Türk kökənli, altısının isə Monqol kökənli olduğu bilinməkdədir [2] Monqol soyundan gələn Buryat boyu Baykal Gölü kənarında yaşamaqda ve bugünkü əhalisinin 400.000 olduğu təxmin edilməkdədir [3] Buryatların Şərq qolu olan Monqol Buryatları milli şüuru ve şaman mədəniyyəti güclü olan bir boydu. Belə ki, Buryatların şaman sistemində "Şahin və Qurd" arasında xüsusi bir əlaqə olduğunu vurğulayan inanc və tətbiqlər var.[2] Ayrıca qaynaqlar ilk şaman qadının həkimlik gücünü bir şahindən aldığını ifadə edən inancın Buryatlarda da davam etdiyini ifadə etməkdədir.
Xori-buryatlar 11 qola ayrılır: bur. галзууд, хуасай, хүбдүүд, гушад, шарайд, харгана, худай, бодонгууд, хальбан, сагаангууд и батанай[4].
Xori-buryatlarda şamanizm
[redaktə | mənbəni redaktə et]XX əsrdə M.N.Xanqalov və T.M. Mixaylovun da aralarında olduğu önəmli tədqiqatçılar Buryat şaman folkloruna aid mətinləri toplamışdırlar. L. Krader, Buryat cəmiyyətindəki Şamanizmin qaynaqlarını ələ almışdır. Keçmiş dövrdə Buryatlar Bö adını verdikləri Şamanları cəmiyyətin ruhi lideri saymışlar və şamanlık rütbəsini ana və atadan uşağa keçən bir miras halına gəlmişdir. “Bö” olaraq adlandırılan bu şəxslər təbiət və cəmiyyət (əxlaq) qaydalarına da hakim idi.[5]
Nerier/nereer udla adı verilən Göy Tanrı şamanlık vəzifəsini bu şəxslərə bağışlayırdı. Şamanların bu vəzifələrini miras buraxa bilmələri üçün atalarından birisini ildırım çarpmamış ya da göydən düşən bir daşı tapmamış olması lazım idi.
Şaman olacaq şəxsin “zaarin” ünvanını ala bilməsi üçün bir çox imtahanı keçməsi şərti vardır[6]. Keçmiş dövrlərdə çox yönlü olan Şamanlıq yaxın tarixdə ictimai funksiyasını itirməyə başlamış, yalnız atalardan bir miras olması səbəbiylə psixoloji xüsusiyyətləri cəmiyyətin ehtiyaclarına görə istifadə edilməyə başlanmışdır.[7] Müxtəlif alətlər istifadə edən Buryat şamanları dəmirdən düzəltdikləri şaman baş bəzəyinin ya da tacının (mayhabsa) üzərinə buynuzları və kiçik zınqırovlar yerləşdirərək istifadə edərdilər. Şamanın atını təmsil edən dəf (hese) sayəsində şamanlar alt və üst dünyalar arasında səyahət etmə imkanına sahib olurdular.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Сокровенное Сказание. I. РОДОСЛОВНАЯ И ДЕТСТВО ТЕМУЧЖИНА (ЧИНГИСА)". 2013-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-28.
- ↑ 1 2 http://www.yasarkalafat.info/index.php?ll=newsdetails&w=1&yid=145 Arxivləşdirilib 2012-03-15 at the Wayback Machine 21.04.2014
- ↑ Mihály Hoppal (tərcümə Bülent Bayram- H. Şevket Çağatay Çapraz), Avrasiyada Şamanlar, YKY, İstanbul, 2012, s.141-143.
- ↑ Хроника Тугулдар Торбоева (Прим. Н. Н. Поппе 5) // Летописи хоринских бурят // Труды института Востоковедения XXXIII. М-Л. АН СССР. 1940 © текст — Поппе Н. 1940
- ↑ . Балдаев С.П. Родословные предания и легенды бурят. — Улан-Удэ. — 1970. Ч. 1: Эхириты и булагаты.
- ↑ Галданова Г. Р. Доламаистские верования бурят. Новосибирск. — 1987.
- ↑ Ксенофонтов Г. В. Легенды и рассказы о шаманах у якутов, бурят и тунгусов // Очерки по изучению Якутского края. — Вып. 2. — Ч. 1. — Иркутск. 1928.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Xori-buryatların etnik təşəkkülü Xorin bölgəsinin tarixi saytında