Yaponiya muzeylərinin siyahısı — Vikipediya

Bu səhifədə Yaponiya muzeylərinin siyahısı verilmişdir. 2018-ci ilin oktyabrına olan statistikaya əsasən Yaponiyada 5738 muzey fəaliyyət göstərir.

Aomori prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Osamu Dazai Memorial Muzeyi Qoşoqavara 17 aprel 1998 ədəbiyyat Yaponiya yazıçısı Osamu Dazainin həyat və yaradıcılığına həsr olunmuşdur. Muzey yazıçının doğulduğu, 1907-ci ildə tikilmiş, Şoyokan kimi tanınan malikanədə yerləşir. Muzeydə Dazainin yazı alətləri və kağızları, kitabları, məktubları, romanlarının ilkin nəşrləri, sevimli plaşı və digər xatirə əşyaları sərgilənir.[1]

Ayçi prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Ayçi Prefektura Kanalizasiya Elmi Muzeyi İnazava 15 aprel 2000 elm Muzey insanları kanalizasiya sistemləri barədə məlumatlandırmaq məqsədilə açılmışdır. 2017-ci ildəki sponsorluq razılaşmasına əsasən muzeyin rəsmi adı Metawater Ayçi Kanalizasiya Elmi Muzeyidir.[2] Burada kanalizasiya sisteminin iş prinsipini göstərən bölmələr yerləşir.[3]
Maneki-neko Muzeyi Seto 16 mart 2005 incəsənət Maneki-nekolara həsr olunmuş ən böyük muzeydir. Muzeyin əsası 2000-ci ildə Qunma prefekturasında qoyulmuşdur. Daha sonra 2004-cü ildə indiki yerinə köçürülmüşdür. Muzey kolleksiyasının böyük hissəsini minlərlə maneki-neko təşkil edir. Muzeyin kolleksiyasına tarixi maneki-nekolar ilə yanaşı oyuncaq kimi istifadə olunmuş və ya məbədlərdən götürülmüş maneki-nekolar daxildir.[4]
Naqoya Şəhər Kanalizasiya Elmi Muzeyi Naqoya iyul 1989 elm Muzey Naqoya şəhərinin 100 illiyi münasibətilə yaradılmışdır.[5] Muzey kanalizasiya sistemlərinin iş prinsipinə həsr olunmuşdur. Muzeydə suyun dövranı, Naqoya şəhərinin təhlükə xəritəsi, kanalizasiya borularına qulluq, kanalizasiyanın tarixi haqqında məlumatlar verilir.[6]
Takeşima Fentezi Muzeyi Qamaqori 1983 qarışıq İlk adı Qamaqori Fentezi Evi olmuşdur.[7] Muzey balıqqulaqları ilə bəzədilmiş tavan dekorasiyaları, LED işıqlandırmalar, güzgülər və fentezi musiqisi ilə əhatə olunmuş, sürreal fentezi dünyası yaradılmağa çalışılmışdır.[8] Muzeydə dünyanın 110 müxtəlif yerindən toplanmış 55 milyondan çox balıqqulağı nümayiş etdirilir.[9]

Ehime prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Beşşi Mis Mədəni Memorial Muzeyi Niihama 13 iyun 1975 geologiya Beşşi mis mədəninin tarixinə və fəaliyyətinə həsr olunmuşdur. Bu məbəd Yaponiyanın ən böyük mis mədənlərindən biri olmuşdur. Muzeydə Beşşi mis mədəninə aid əşyalar, mədənin açılmasına aid tarixi materiallar, süxurlar, mədənçilik texnologiyası materialları, mədən həyatı və praktikaları haqqında materiallar sərgilənir.[10]

Fukui prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Eçizen Yengəc Muzeyi Eçizen 15 iyul 2000 zoologiya Yengəclərə həsr olunmuş yeganə Yaponiya muzeyidir.[11] Eçizen yengəci Fukui prefekturasının tanınmış yengəc çeşididir. Muzeydə yengəclərin yaşayış ekologiyasını nümayiş etdirən sərgilər yerləşir, yengəc balalarının yetişdirilməsi ilə məşğul olunur,[12] yengəclərlə bağlı incəsənət sərgiləri baş tutur.[13]

Fukuoka prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Toto Muzeyi Kitakyuşu 28 avqust 2015 şirkət Muzey tualet istehsalı ilə məşğu olan "Toto" şirkətinin nəzdində fəaliyyət göstərir. Muzey şirkətin 100 illiyini qeyd etmək məqsədilə açılmışdır.[14] Muzeydə şirkət tərəfindən istehsal olunmuş köhnə tualet və tualet oturacaqları, pisuarlar, vannalar və şirkətin ən məşhur məhsulu hesab olunan vaşletlər sərgilənir.[15]

Fukuşima prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Böyük Şərqi Yaponiya Zəlzələsi və Nüvə Fəlakəti Memorial Muzeyi Futaba 20 sentyabr 2020 memorial 2011-ci ilin martında Yaponiyanın şərqində baş vermiş Tohoku zəlzələsi və sunamisi, eləcə də, Fukişima-1 AES nüvə fəlakəti hadisəsinə həsr olunmuşdur. Muzeydə Nüvə fəlakətinin səbəb olduğu fəsadlar statistik məlumatlar, fotolar, qrafiklər və şahid ifadələri ilə nümayiş etdirilir. Eksponatlara zəlzələ anında dayanmış saatlar, dağıntılar arasında tapılmış əşyalar, təxliyə üçün istifadə olunmuş təchizatlar daxildir.[16]
Hideyo Noquçi Memorial Muzeyi İnavaşiro 21 may 1939 elm Yaponiya bakterioloqu Hideyo Noquçiyə həsr olunmuşdur. Muzey kompleksinə Noquçinin doğulduğu ev də daxildir və ev xüsusi mühafizə qurğusu ilə yağıntılardan qorunur. Muzeyin əsas binasında "Hideyonun həyatı və dövrləri", "Əsl Hideyo" və "Həkimin laboratoriyası" adlı daimi sərgi otaqları yerləşir. Hər bir sərgidə alimə aid əşyalar, fotolar və digər materiallar sərgilənir.[17]
İino UNO Muzeyi İino noyabr 1992 elm Uçan naməlum obyektlərə və yadplanetlilərə həsr olunmuşdur. İino qəsəbəsi Yaponiyada "UNO-ların evi" kimi tanınır və qəsəbənin gəlir mənbələrindən biri UNO turizmidir.[18] Muzey binası uçan boşqab formasındadır. Muzeydə UNO-lar və digər müəmmalara aid 935 CİA sənədi nümayiş etdirilir və sərgilər keçirilir.[19]

Gifu prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Su Muzeyi Gifu aprel 2002 elm Muzeyin yerləşdiyi bina 1930-cu ildən 1960-cı illərə qədər Gifu şəhərinin su təchizat sistemi üçün mühərrik otağı istifadə olunmuşdur.[20] Muzeydə su təchizatının tarixi haqqında məlumat verilir, nasoslar, debimetrlər və digər su təchizatları sərgilənir.[21]
Oqaki Poster Muzeyi Oqaki 25 oktyabr 1996 incəsənət Yaponiyada poster incəsənətinə həsr olunmuş ilk və yeganə beynəlxalq muzeydir. Muzeydə posterlərin rəqəmsal verilənlər bazası yaradılmışdır. Burada poster sənətçilərinin sərgiləri fərdi keçirilir, müxtəlif ölkələrə aid posterlər sərgilənir.[22]

Hiroşima prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Miyoşi Mononoke Muzeyi Miyoşi 26 aprel 2019 folklor Yaponiyada yokaylara həsr olunmuş ilk muzeydir. Miyoşi şəhəri Edo dövrünə aid "İno Mononoke Roku" adlı yokay nağılına görə tanınır. Yokaylar haqqında məlumatlar tarixi artefaktlar və interaktiv rəqəmsal quraşdırmalar vasitəsilə çatdırılır. Ziyarətçilər interaktiv rəqəmsal yokay kitabı ilə tanış ola və xüsusi kamera ilə yokaylarla şəkil çəkdirə bilərlər.[23]
Okunoşima Zəhərli Qazlar Muzeyi Takehara aprel 1988 hərb Okunoşima adası Yaponiya İmperator ordusu tərəfindən zəhərli qazlar hazırlamaq üçün məkan kimi istifadə olunduğu üçün "zəhərli qazlar adası" ləqəbi ilə tanınır. Muzeydə zəhərli qaz istehsalında istifadə olunmuş ləvazimatlar, toksik maddələrin saxlanılması üçün qablar, qaz mərmilərinin qalıqları, qaz maskaları, qoruyucu geyimlər, zəhərli qazların Çində istifadə olunması barədə əmrləri əks etdirən sənədlər sərgilənir.[24]

Hokkaydo prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Çurui Nauman Fili Muzeyi Makubetsu 2 avqust 1988 elm Yaponiyada nəsli kəsilmiş fil növü olan Nauman filinə həsr olunmuşdur. 1969-cu ildə Çurui (indiki Makubetsu) qəsəbəsində kəşf edilmiş Nauman fili fosili münasibətilə açılmışdır. Muzey binası yuxarıdan baxıldıqda fil formasını xatırladır: muzeyin mərkəzindəki gümbəz gövdəni, dörd küncdə yerləşən sərgi otaqları ayaqları, giriş başı, 100 metr uzunluğunda olan "zaman yolu" adlı yol xortum və dişləri təmsil edirlər.[25]
Kitaiçi Venesiya İncəsənəti Muzeyi Otaru 1988 incəsənət İtaliyanın Venesiya şəhərinin incəsənətinə həsr olunmuşdur. Həm Otaru, həm Venesiya kanallarına, şüşə məhsullarına və liman ticarətinə görə tanınır. Binanın interyeri, sərgiləri, mebellər və digər əşyaları Venesiya üslubundadır. Muzeydə orta əsrlərdə yaşamış Venesiya aristokratlarının dəbdəbəli həyat şəraiti yaradılmışdır. Muzeydə Venesiya incəsənətinə aid 3000-dən çox eksponat nümayiş etdirilir.[26]
Otaru Musiqi Qutusu Muzeyi Otaru 1967 incəsənət Muzey musiqi qutularına həsr olunmuş ən böyük Yaponiya muzeyidir. Otaru hazırladığı musiqi qutularına görə tanınmış və "Yaponiyanın musiqi qutusu paytaxtı" kimi tanınmışdır.[27] Muzeydə minlərlə musiqi qutusunun satışının təşkil olunması ilə yanaşı, Avropaya aid antik əşyalar, avtomat-mexanizmlər və musiqi qutularının tarixini əks etdirən dioramalardan ibarət olan kiçik sərgi fəaliyyət göstərir. Burada dünyanın ən böyük buxar saatı yerləşir.[28]
Sapporo Pivə Muzeyi Sapporo 1 iyul 1987 içki Yaponiyada pivəyə həsr olunmuş yeganə muzey olmaqla yanaşı, "Sapporo Breweries" pivə şirkətinin tarixini işıqlandırır. Muzeyin yerləşdiyi bina 1890-cı ildə tikilmiş və 1905–65-ci illərdə pivə zavodu kimi istifadə olunmuşdur.[29]

Hyoqo prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Hakuşika Memorial Sake Muzeyi Nişinomiya 17 fevral 1982 içki Yaponiyada açılmış ilk, eləcə də, yeganə sakesakura muzeyidir.[30] Nişinomiya şəhəri Edo dövründə sake sənayesinə görə məşhur olmuşdur. Burada sakenin hazırlanma prosesi nümayiş etdirilir, Amida-quruma kimi sake hazırlama alətləri sərgilənir.[31]
Hyoqo Prefektura İncəsənət Muzeyi Kobe 6 aprel 2002 incəsənət Qərbi Yaponiyada yerləşən ən böyük modern və müasir incəsənət muzeyidir. Muzeydə Yaponiya və xarici ölkə sənətçilərinin hazırladığı rəsm əsərləri, qravürlər və digər sənət işləri sərgilənir. Muzeyin memarı Tadao Ando olduğu üçün burada ona həsr olunmuş daimi sərgi yerləşir.[32]
Kobe Lempvork Şüşə Muzeyi Kobe 13 iyul 2005 incəsənət Dünyada şüşəçilik sənətinin lempvork üslubuna həsr olunmuş yeganə muzeydir. Muzeydə qədim dövrdən müasir dövrə qədərki vaxta aid 2000-dən çox lempvork iş sərgilənir.[33] Bu işlər arasında yapon dilində tonbadama kimi tanınan lempvork muncuqlar, murrini, marbllar, şüşə heykəlciklər, stəkanlar var.[34]

İşikava prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Kanazava Yasue Qızıl Vərəq Muzeyi Kanazava 1974 incəsənət Dünyada qızıl vərəqə həsr olunmuş azsaylı muzeylərdən biridir. Kanazava şəhəri qızıl vərəq istehsalına görə tanınır. Sənətkar Yasue Takaaki tərəfindən açılmışdır. Muzeyin kolleksiyasına qızıl işləmə alətləri, müxtəlif istehsal mərhələlərində olan qızıl vərəqlər, parçalar, keramika məhsulları, şüşə qablar, heykəllər, kalliqrafiya işləri daxildir.[35]

İvate prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
İvate Sunami Memorial Muzeyi Rikuzentakata 22 sentyabr 2019 memorial 2011-ci ilin martında baş vermiş Tohoku sunamisi hadisəsinə həsr olunmuşdur. Muzeydə sunaminin elmi və tarixi prespektivlərindən bəhs edir. Burada sunami nəticəsində zərər görmüş cisimlər (məsələn, maşınlar), hadisəni təsvir edən materiallar, hadisə qurbanlarının xatirələri nümayiş etdirilir.[36]

Kanaqava prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Kamakura Tarix və Mədəniyyət Muzeyi Kamakura 15 may 2017 diyarşünaslıq Yaponiyanın qədim paytaxtlarından biri olmuş Kamakuranın mədəniyyət və tarixinə həsr olunmuşdur. Britaniya memarı Norman Fosterin şirkəti tərəfindən dizayn edilmiş fərdi evdə yerləşir. Muzeyin daimi sərgisində Çinin SunYuan sülalələrinə aid dulusçuluq məmulatları, eləcə də, Yaponiyanın Seto, Tokoname, Atsumi və digər dulusçuluq üslublarına aid işlər sərgilənir.[37]
Yokohama Gəlincik Muzeyi Yokohama 1 iyun 1986 incəsənət Gəlinciklərə həsr olunmuş muzeydir. Muzeydə 10.000-dən çox gəlincik və gəlinciklərə aid əşya nümayiş etdirilir. Muzeydə Avropaya aid antik biskvit gəlinciklər, feodal Yaponiya dövrünə aid karakuri avtomatları, müxtəlif mədəniyyətlərə aid etnoloji fiqurlar, Mikki Mausun vintaj üslubundakı kuklaları və ənənəvi yapon gəlincikləri saxlanılır.[38]
Yokohama Sahil Mühafizəsi Muzeyi Yokohama 10 dekabr 2004 dənizçilik Yaponiyanın sahil mühafizə tarixinə və Yaponiya Sahil Mühafizə Xidmətinin fəaliyyətinə həsr olunmuşdur. Əsas eksponat 2001-ci ilin dekabrında Amami-Oşima döyüşü zamanı sahil mühafizə xidməti tərəfindən ələ keçirilmiş, Şimali Koreyaya məxsus olan casus gəmisidir. Muzeyin son hissəsi Yaponiya Sahil Mühafizə Xidməti tərəfindən istifadə olunan gəmi və təyyarələrə həsr olunmuşdur.[39]

Qunma prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Qunma Şüşə Sənəti Muzeyi Şibukava 1998 incəsənət Modern üslubda hazırlanmış şüşə sənəti əsərlərinə həsr olunmuşdur. Fransanın Nansi bölgəsindən olan Emil QalleDaum qardaşları kimi şüşə sənətkarlarının əsərləri sərgilənir. Muzeydə şüşə sənəti ilə bağlı vorkşoblar keçilir və ziyarətçilər şüşədən öz əsərlərini yarada bilirlər.[40]

Miyaqi prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Böyük Şərqi Yaponiya Zəlzələsinin Dağıntıları Kesennuma Şəhər Memorial Muzeyi Kesennuma 10 mart 2019 memorial Tohoku zəlzələsi və sunamisinin səbəb olduğu dağıntılara həsr olunmuşdur. Muzey keçmiş Kesennuma Koyo liseyinin dördmərtəbəli binasının ərazisində yerləşir. Zərər görmüş lisey və ətrafındakı digər tikililərin mühafizə olunmuş dağıntıları muzeyin əsasını təşkil edir. Muzey fəlakətin səbəb olduğu dağıntıları nümayiş etdirmək məqsədini daşıyır.[41]
Kankaku Muzeyi Osaki 4 avqust 2000 incəsənət Duyğu üzvlərinə (görmə, eşitmə, qoxu, dadbilmə, toxunma) həsr olunmuş ilk və yeganə Yaponiya muzeyidir. "Kankaku" (感覚?) söz yapon dilindən tərcümədə "duyğu" deməkdir. Muzeyin məqsədi duyğu üzvləri vasitəsilə insanlarda xəyal gücünü və həssaslığı inkişaf etdirməkdir. Ziyarətçilər muzeydə eşitmə, iyləmə, toxunma kimi təcrübələr yaşayaraq duyğu üzvləri haqqında maariflənə bilirlər.[31]
Kesennuma Köpəkbalığı Muzeyi Kesennuma 1997 zoologiya Yaponiyada köpəkbalıqlarına həsr olunmuş yeganə muzeydir.[42] Kesennuma şəhəri Yaponiyada köpəkbalığı ovu və köpəkbalığı xörəkləri ilə məşhurdur.[43] Muzeydə köpəkbalıqlarının ekologiyası ilə bağlı məlumatlar verilir, köpəkbalığı modelləri nümayiş etdirilir.[44]
Polis Muzeyi Tome oktyabr 1987 polis Yaponiyanın ilk polis muzeyidir. Muzey Tome polis məntəqəsinin keçmiş binasında yerləşir. Binanın tikintisinə 1887-ci ildə başlanılmış, 1889-cu ilin aprelində tamamlanmışdır.[45] Muzeydə polis uniformaları və dustaqxana sərgilənir. Muzeyə 1926-cı ildə tikilmiş yanğın gözətçi qülləsi də daxildir.[46]

Naqano prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Matsumoto Tərəzi Muzeyi Matsumoto avqust 1898 tarix Yaponiya tarixində istifadə olunmuş tərəzilərə və çəki nümunələrinə həsr olunmuşdur. Muzeyin yerləşdiyi bina 1902–1986-cı illərdə Takeuçi Çəki və Tərəzi Dükkanı kimi fəaliyyət göstərmişdir.[47] Muzeydə ipəkqurdu qozalarının çəkisini ölçmək üçün hazırlanmış xüsusi tərəzilərin sərgisi yerləşir.[48]
Tateşina Oyuncaq Ayı Muzeyi Tateşina 1995 oyuncaq Yaponiyanın ilk, dünyanın isə ən böyük oyuncaq ayı muzeyidir.[49] Muzeydə 11.000-dən çox oyuncaq ayı nümayiş etdirilir. Muzeyin miniatür oyuncaq ayı kolleksiyasında dünyanın ən kiçik oyuncaq ayısı kimi Ginnesin Rekordlar Kitabına düşmüş oyuncaq ayı saxlanılır. Muzeyin oyuncaq ayı mağazası Yaponiyadakı ən böyük oyuncaq ayı mağazasıdır.[50]

Naqasaki prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Endo Şusaku Ədəbiyyat Muzeyi Naqasaki 13 may 2000 ədəbiyyat Yaponiya romançısı Şusaku Endonun həyat və yaradıcılığına həsr olunmuşdur. Muzeydə Endonun həyat və yaradıcılığından bəhs edən 25.000-dən çox eksponat sərgilənir. Muzeyin sərgi otağında yazıçının əlyazmaları, ləvazimatları, iş masası nümayiş etdirilir.[51]

Niiqata prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
İyoboya Muzeyi Murakami aprel 1987 zoologiya Yaponiyada yaşayan qızılbalıqlara həsr olunmuşdur. Muzey Miomote çayının sahilində yaradılmış Qızılbalıq Parkının tərkib hissəsinə daxildir. "İyoboya" sözü Murakami şəhərinin dialektində qızılbalığı bildirmək üçün istifadə olunan sözdür. Tarixən qızılbalıqlar Murakami regionunun xalqı üçün əhəmiyyətli qida mənbəyi olmuşdur.[52]

Okayama prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Kasaoka Nal Yengəci Muzeyi Kasaoka mart 1990 zoologiya Dünyada nal yengəclərinə həsr olunmuş yeganə muzeydir. Muzey nal yengəclərinin nəslinin kəsilməsinin qarşısını almaq məqsədilə yaradılmışdır.[53] Muzey binası nal yengəci formasında dizayn edilmişdir. Muzeyin akvariumunda yetkinlik dövründə olan nal yengəcləri saxlanılır.[54]

Okinava prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Himeyuri Sülh Muzeyi İtoman 23 iyun 1989 tarix Okinava döyüşü zamanı yaralı yapon əsgərlərə tibbi yardım göstərmiş Himeyuri tələbələrinə həsr olunmuşdur. Muzey Himeyuri qülləsinin yaxınlığında yerləşir. İki məktəbin əsas binası əsasında modelləşdirən muzey binasında müharibədən əvvəlki dövrü təsvir edən sənədlər, sahə xəstəxanasının dioraması və sağ qalmış Himeyuri tələbələrinin mesajları sərgilənir.[55]
Tsuşima-maru Memorial Muzeyi Naha 22 avqust 2004 tarix İkinci Dünya müharibəsi zamanı 1944-cü ildə ABŞ donanmasına məxsus bir sualtı qayıq tərəfindən batırılmış Tsuşima-maru gəmisinin xatirəsinə həsr olunmuşdur. Burada Tsuşima-marunun marşrutu, vurulması və batırılması barədə ABŞ donanmasının qeydləri teleqraf mesajları və deşifrə edilmiş mətnlərlə birlikdə sərgilənir.[56]

Osaka prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Osaka Şəhər Kanalizasiya Elmi Muzeyi Osaka 29 aprel 1995 elm Muzey Osaka şəhərində müasir kanalizasiya sisteminin 100 illiyini qeyd etmək məqsədilə keçmiş Ebie kanalizasiya suları təmizləmə qurğusunun ərazisində açılmışdır. Burada qədim kanalizasiya sistemləri haqqında məlumatlar verilir, suyun əhəmiyyəti və kanalizasiya sisteminin elmi əsası haqqında sərgilər yerləşir.[57]

Saqa prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Saqa Hava Şarı Muzeyi Saqa 1 oktyabr 2016 aviasiya Saqa şəhəri Yaponiyada hava şarları ilə bağlı tədbirlərə görə tanınır. 1980-ci ildən etibarən şəhər Saqa Beynəlxalq Hava Şarı Festivalına ev sahibliyi edir. Muzeydə ava şarlarının tarixi, hava şarı yarışları haqqında informasiyalar təqdim olunur, müxtəlif formalarda olan hava şarı modelləri və Yaponiyanın ilk idarə olunan hava şarı modeli olan "Icarus-5" sərgilənir.[58]

Şimane prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Nima Qum Muzeyi Nima 3 mart 1991 elm Quma həsr olunmuş muzeydə dünyanın ən böyük qum saatı saxlanılır. Muzey kompleksi altı şüşə piramida formasında tikilmişdir. Muzeydə qum akustikasını nümayiş etdirən sənət əsərləri kolleksiyası mövcuddur.[59]

Şizuoka prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Atami Seks Muzeyi Atami 1980 mədəniyyət Yaponiyanın seks mədəniyyətinə həsr olunmuşdur. Yaponiyada fəaliyyət göstərən sonuncu seks muzeyidir. Muzeydə Edo dövrünə aid şunqalar və ipək prezervativlər, qədim taxta dildolar, seks oyuncaqları, holoqramlar, hentay kimi fetişləri təsvir edən heykəlciklər, abstrakt lüt manekenlər nümayiş etdirilir.[60][61]

Tokio prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Mequro Parazitologiya Muzeyi Mequro 1953 elm Dünyada parazitlərəparazitologiya elminə həsr olunmuş yeganə muzeydir. Burada müxtəlif parazit növlərini göstərən xəritələr və heyvan parazitləri nümayiş etdirilir. İkinci mərtəbə insan parazitlərinə həsr olunmuşdur. Muzeyin kolleksiyasına 45.000-dən çox parazit növü daxildir.[62]
Minato Şəhər Tarix-Diyarşünaslıq Muzeyi Minato 2 noyabr 2018 diyarşünaslıq Minatonun tarixinə, mədəniyyətinə və təbiətinə həsr olunmuşdur. Muzey binası 1938–2002-ci illərdə İctimai Sağlamlıq İnstitutunun baş qərargahı kimi fəaliyyət göstərmişdir. Muzeydə Minatonun tarixinə həsr olunmuş (tarix öncəsi dövrdən müasir dövrə qədər) qalereyalar yerləşir. Muzeyin daimi kolleksiyasına Minatoda tapılmış artefaktlar, balıqqulağı qalıqları, balina skeleti və Comon dövrünə aid dulusçuluq məmulatları daxildir.[63]
Small Worlds Miniatür Muzeyi Koto oktyabr 2023 miniatür Asiyada yerləşən ən böyük miniatür muzeyidir. Buradakı miniatürlər 1:80 miqyasında hazırlanmışdır. Muzey sərgisi 8 bölmədən ibarətdir. Kosmos mövzusunda olan bölməsi "Kosmos Mərkəzi" adlanır. Burada Kosmik şattl Stansiyası və Apollo kosmik stansiyasının detallı miniatürləri yaradılmışdır.[64]
Sumida Hokusay Muzeyi Sumida 22 noyabr 2016 incəsənət Sumidada yaşamış ukiyo-e sənətçisi Hokusaya həsr olunmuşdur. "Kanaqavada böyük dalğa" əsərinin nüsxəsi də daxil olmaqla Hokusayın bir çox əsərinin nüsxəsi sərgilənir. Sərginin mərkəzindəki hissədə Hokusayın evinin replikası yaradılmışdır. Üçüncü mərtəbədə Hokusay ilə yanaşı digər ukiyo-e sənətçilərinin əsərləri sərgilənir.[65]
Şova Retro Qablaşdırma Muzeyi Ome 23 oktyabr 2023 tarix Şova dövründə istifadə olunmuş məhsul qablaşdırmalarına həsr olunmuşdur. Muzeyin yerləşdiyi bina 1920-ci illərin əvvəlində mebel dükkanı kimi tikilmişdir. Muzey kolleksiyasına "Yeddi samuray" və "Tokio hekayəsi" kimi filmlərin posterləri, dərman reklamları, şirniyyat qablaşdırmaları, Coca-Cola məhsulları, QodzillaUltramen kimi personajların kaycu fiqurları daxildir.[66]
Tokio "Göyqurşağı" Kanalizasiya Muzeyi Koto 1997 elm Muzey Ariake Su Təmizləmə Mərkəzində açılmışdır. Tokio Metropolitan Hökumətinin Kanalizasiya Bürosu tərəfindən nəzarət olunan muzey kanalizasiya sistemi haqqında məlumat verir. Burada kanalizasiya borularının, nasos stansiyalarının, su təmizləmə mərkəzinin reproduksiyaları nümayiş etdirilir.[67]
Tokio Reklam Muzeyi Minato 1 dekabr 2002 reklam Yaponiyada reklamçılığa həsr olunmuş yeganə muzeydir.[68] Muzeydə Edo dövründə istifadə olunmuş reklam hiylələri, Şova dövrünün reklam posterləri, 330 min reklam materialı sərgilənir.[69] Muzeyin kitabxanası Yaponiyada reklam kommunikasiyası sahəsində ixtisaslaşmış yeganə kitabxanadır.[70]

Toyama prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Uozu Gömülü Meşə Muzeyi Uozu 1955 elm Şəhərdə kəşf edilmiş gömülü meşənin qalıqlarına və Toyama körfəzində müşahidə olunan ilğım hadisəsinə həsr olunmuşdur. Muzey fərqli dizaynda olan 3 binadan ibarətdir. Hər bir bina Uozo şəhərinin tarixinə aid üç əsas şeyi təmsil edir: Tatemon festivalı, sidr ağacı və zaman kapsulu.[71] Burada Uozu gömülü meşəsinin kökləri və digər qalıqları (toxumlar, cücülər və s.) sərgilənir.[72]

Yamanaşi prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Nirasaki Omura İncəsənət Muzeyi Nirasaki 27 oktyabr 2007 incəsənət Muzey Yaponiya biokimyaçısı Satoşi Omura tərəfindən yaradılmış və Nirasaki şəhərinin rəhbərliyinə bağışlanmışdır. Onun "Omura kolleksiyası" 3000-dən çox əsərdən ibarətdir. Muzeydə müxtəlif yapon rəssamların əsərləri sərgilənir.[73]
Yukio Mişima Ədəbiyyat Muzeyi Uozu 3 iyul 1999 ədəbiyyat Yazıçı Yukio Mişimanın həyat və yaradıcılığına həsr olunmuşdur. Muzey Mişimanın bir neçə əsərlərində hadisələrin baş verdiyi yer olan Yamanaka gölünün sahilində yerləşir. Muzeyin eksteryeri və həyəti Mişimanın Tokiodakı evi əsasında dizayn edilmişdir.[74]

Yamaquçi prefekturası

[redaktə | mənbəni redaktə et]
Ad Şəkil Şəhər Yaranma tarixi Növ Haqqında
Yaponların Havay Adalarına Miqrasiyası Muzeyi Suo-Oşima 8 fevral 1999 tarix Yaponların Havay adalarına miqrasiya tarixinə həsr olunmuşdur. Muzey Kaliforniyaya miqrasiya etmiş Çouemon Fukumotoya məxsus olmuş ikimərtəbəli iqamətgahda yerləşir.[75] Muzeydə miqrasiya tarixinə aid tarixi materiallar və köhnə sənədlər, Havay adalarında istifadə olunmuş alətlər və məişət əşyaları, fotolar sərgilənir.[76]
  1. "Aomori's Shayōkan Museum: Writer Dazai Osamu's Childhood Home". Nippon.com (ingiliscə). 25 iyul 2018. 24 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 avqust 2024.
  2. "メタウォーター下水道科学館あいち(愛知県下水道科学館)". Ayçi Prefektura Hökuməti (yaponca). 1 aprel 2024. 2024-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
  3. "下水処理の仕組み". Muzeyin rəsmi saytı (yaponca). 18 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
  4. "招き猫ミュージアムの沿革". Muzeyin rəsmi saytı (yaponca). 14 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2024.
  5. "なごやの水道・下水道の歩み" (PDF). Milli Diet Kitabxanası (yaponca). 19 iyun 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 iyul 2024.
  6. "当館のご案内". Muzeyin rəsmi saytı (yaponca). 19 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
  7. "家族で楽しめる海底冒険「竹島ファンタジー館」新装オープン". Higashiaichi Shinbun (yaponca). 2 avqust 2014. 22 fevral 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2024.
  8. "Takeshima Fantasy Museum". Atlas Obscura (ingiliscə). 6 iyul 2016. 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2024.
  9. "Takeshima Fantasy Museum". Asian Images. 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyu 2024.
  10. "別子銅山記念館について". Muzeyin rəsmi saytı (yaponca). Archived from the original on 2024-07-14. İstifadə tarixi: 14 iyul 2024.
  11. "越前がにミュージアム 平成28年7月15日、リニューアルオープンに向けて(平成28年7月)". Eçizen qəsəbəsinin rəsmi saytı (yaponca). 28 iyul 2019. 27 iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
  12. "越前がにミュージアム15日新装開館 〝漁〟体験 児童ら夢中 越前町 海遊歩道14メートルに延長". Yengəc Ensiklopediyası (yaponca). 13 iyul 2016. 28 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
  13. "越前がにの殻 アートに変身 福井県越前町・ミュージアム展示 企業制作 吉川壽一さん揮毫、立体造形に". Yengəc Ensiklopediyası (yaponca). 16 noyabr 2023. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2024.
  14. "We explore the evolution of the toilet at Kitakyushu's newly opened TOTO Museum". Sora News (ingiliscə). 31 avqust 2023. 17 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2024.
  15. "TOTO Museum". Japan Guide. 16 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2024.
  16. "New Fukushima Disaster Memorial Museum Keeping the Messages of 3.11 Alive". Nippon.com (ingiliscə). 13 noyabr 2020. 2024-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2024.
  17. "Birthplace of a Bacteriologist: A Visit to the Hideyo Noguchi Memorial Museum in Inawashiro, Fukushima". Nippon.com (ingiliscə). 27 may 2022. 24 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2024.
  18. "UFO hotspot hopes to make 'bright lights' in the sky a tourist draw – and reverse long economic decline". SCMP (ingiliscə). 14 mart 2023. 16 aprel 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2024.
  19. "How tiny town become the 'home of ALIENS' with hundreds of UFO sightings, mystery mountain & 'crashed ship fragments'". The Sun (ingiliscə). 29 aprel 2023. 2023-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 iyul 2024.
  20. "水の資料館". Gifu şəhərinin rəsmi saytı (yaponca). 5 aprel 2018. 19 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
  21. "岐阜市のレトロ可愛い建築「水の資料館」&「水の体験学習館」". Oricon News (yaponca). 4 oktyabr 2019. 19 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
  22. "Introducing Japan's First Museum of International Poster Art". Muzeyin rəsmi saytı (az.). 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
  23. "First museum dedicated to Japanese folklore monsters opens near Hiroshima". The Japan Times (ingiliscə). 26 aprel 2019. 10 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2024.
  24. "Japan's "poison gas island" and lingering shadows of war atrocities". Xinhua (ingiliscə). 19 avqust 2023. 11 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2024.
  25. "忠類ナウマン象記念館". Makubetsu qəsəbəsinin saytı (yaponca). 28 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2024.
  26. "Kitaichi Venetian Art Museum". Muzeyin rəsmi saytı (ingiliscə). 7 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2024.
  27. Bamforth, Chris. "Tourists are now the big catch for reborn Otaru". The Japan Times (ingiliscə). 19 avqust 2005. 8 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2024.
  28. Cherrygarden, Fred. "Otaru Orgel Museum". Atlas Obscura (ingiliscə). 12 iyul 2023. 15 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2024.
  29. "Dedicated to Brew: Sapporo Beer Museum". Nippon.com (ingiliscə). 1 avqust 2019. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2024.
  30. "About Sake Museum". Muzeyin rəsmi saytı (ingiliscə). 28 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
  31. 1 2 "10 great quirky museums to beat the Japan rainy season blues". Sora News (ingiliscə). 24 iyun 2024. 2 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
  32. "Hyogo Prefectural Museum Of Art". GaijinPot Travel (ingiliscə). 2023-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
  33. "About Us". Muzeyin rəsmi saytı (ingiliscə). İstifadə tarixi: 2 iyul 2024.
  34. "Permanent Exhibition". Muzeyin rəsmi saytı (ingiliscə). İstifadə tarixi: 2 iyul 2024.
  35. "Kanazawa Yasue Gold Leaf Museum - Leaflet" (PDF). Rəsmi saytı (ingiliscə). 14 iyul 2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 13 iyul 2024.
  36. "The Iwate Tsunami Memorial Museum: Preserving the Past and Protecting Lives by Passing down the Lessons of Disaster". Nippon.com (ingiliscə). 27 noyabr 2020. 2024-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2024.
  37. "Muryōju-in Temple Site". Atlas Obscura (ingiliscə). 25 yanvar 2024. 2024-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2024.
  38. "Yokohama Doll Museum". Atlas Obscura (ingiliscə). 21 mart 2023. 2023-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2024.
  39. "A North Korean Spy Ship in Yokohama: The Japan Coast Guard Museum". Nippon.com (ingiliscə). 19 yanvar 2018. 12 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2024.
  40. "群馬ガラス工芸美術館". Navitime Travel (yaponca). 2024-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2024.
  41. "A Disaster Frozen in Time: Ruins of the Great East Japan Earthquake Kesennuma City Memorial Museum". Nippon.com (ingiliscə). 11 dekabr 2020. 11 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2024.
  42. "Shark Museum". The Story of Michinoku Gold (ingiliscə). İstifadə tarixi: 3 iyul 2024.
  43. "Shark Museum". Visit Kesennuma (ingiliscə). İstifadə tarixi: 3 iyul 2024.
  44. "シャークミュージアム". Muzeyin rəsmi saytı (yaponca). 10 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2024.
  45. "警察資料館". Meiji Village Museum of Miyagi (yaponca). 21 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
  46. "教育委員会・文化財一覧". Tome şəhərinin rəsmi saytı (yaponca). 27 sentyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
  47. "施設案内". Muzeyin rəsmi saytı (yaponca). 10 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2024.
  48. "The Matsumoto Scale Museum: 1,300 Years in the Making". Welcome Matsumoto (ingiliscə). 22 sentyabr 2022. 2023-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2024.
  49. "Concept". Muzeyin rəsmi saytı (yaponca). 7 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2024.
  50. "蓼科テディベア美術館". Muzeyin rəsmi saytı (yaponca). 2023-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2024.
  51. "常設展示". Muzeyin rəsmi saytı (yaponca). 17 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
  52. "イヨボヤ会館とは". Rəsmi saytı (yaponca). 21 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2024.
  53. "《笠岡市/笠岡市立カブトガニ博物館・恐竜公園》カブトガニの生息地、笠岡市が誇るユニークな博物館&迫力満点の恐竜パーク。古代生物の世界を楽しもう!". Webタウン情報おかやま (yapon). İstifadə tarixi: 4 iyul 2024.
  54. "ゆるキャラ「カブニ」くん - カブトガニ博物館 - 笠岡市ホームページ". www.city.kasaoka.okayama.jp. İstifadə tarixi: 4 iyul 2024.
  55. "Reflecting on the Horrors of War: Okinawa's Himeyuri Cenotaph and the Himeyuri Peace Museum". Nippon.com (ingiliscə). 13 may 2022. 24 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2024.
  56. "Tsuşima-maru Memorial Muzeyinin bukleti" (PDF). Rəsmi saytı (ingiliscə). 29 sentyabr 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 iyul 2024.
  57. "Sewerage Science Museum". Atlas Obscura (ingiliscə). 12 may 2016. 18 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
  58. "展示案内". Muzeyin rəsmi saytı (yaponca). 29 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
  59. "Nima Sand Museum". Atlas Obscura (ingiliscə). 9 yanvar 2010. 8 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2024.
  60. "Atami Adult Museum (Hihokan)". Tokyo Cheapo (ingiliscə). (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2024.
  61. "Atami Adult Museum". Atlas Obscura (ingiliscə). 4 aprel 2012. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 iyul 2024.
  62. "Meguro Parasitological Museum". Atlas Obscura (ingiliscə). 23 iyun 2016. 15 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2022.
  63. "Minato City Local History Museum". Atlas Obscura (ingiliscə). 27 noyabr 2023. 4 dekabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2024.
  64. "Small Worlds Miniature Museum". Rəsmi saytı (ingiliscə). 2023-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2024.
  65. "Sumida Hokusai Museum". Atlas Obscura (ingiliscə). 24 aprel 2023. 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2024.
  66. "Showa Retro Packaging Museum". Atlas Obscura (ingiliscə). 6 noyabr 2023. 2023-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2024.
  67. "Welcome to Rainbow Town!!". Muzeyin rəsmi saytı (ingiliscə). 17 iyun 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 iyul 2024.
  68. "Museum Overview". Rəsmi saytı (ingiliscə). 25 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2024.
  69. "コレクション". Rəsmi saytı (yaponca). 25 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2024.
  70. "Library". Rəsmi saytı (ingiliscə). 25 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2024.
  71. "Uozu's Buried Forest Museum". Japan Travel (ingiliscə). 11 aprel 2012. 30 noyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2024.
  72. "埋没林コーナー". Muzeyin rəsmi saytı (yaponca). 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2024.
  73. "Ōmura Satoshi's Art Museum: A Nobel Winner's Generosity". Nippon.com (ingiliscə). 6 oktyabr 2015. 14 iyul 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyul 2024.
  74. "About museum". Muzeyin rəsmi saytı (yaponca). 27 yanvar 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2024.
  75. "日本ハワイ移民資料館". Towa Town (yaponca). 2023-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2024.
  76. "Exhibition information". Muzeyin rəsmi saytı (ingiliscə). 10 avqust 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2024.