Yay əməliyyatları (1993) — Vikipediya

1993 Yay əməliyyatları, 1993-cü ilin Yay hücumları
Birinci Qarabağ müharibəsi
Tarix iyunoktyabr 1993
Yeri Qarabağ
Nəticəsi Ermənistanın qəti qələbəsi
Ərazi dəyişikliyi Azərbaycanın AğdərəAğdam şəhərləri, Cəbrayıl, QubadlıZəngilan rayonları Ermənistanın nəzarəti altına keçdi
Münaqişə tərəfləri

Ermənistan Ermənistan Respublikası
Arsax Respublikası

Azərbaycan Azərbaycan Respublikası
Hizbi İslamdan əfqan mücahidləri[1]

Tərəflərin qüvvəsi

1.000 əsgər və qeyri-müəyyən sayda tank və helikopter

Böyük ehtimalla 200 Mücahid, MiQ-21, Mi-24, 20-32 tank daxil olmaqla ümumilikdə 3.000 nəfər

İtkilər

235 nəfər

840 nəfər

1993 Yay əməliyyatları və ya 1993-cü ilin Yay hücumlarıBirinci Qarabağ müharibəsi gedişində 1993-cü ilin iyun ayından oktyabr ayına qədər baş vermiş olan bir sıra döyüşlərdən sonra Azərbaycanın bir neçə rayonunun erməni hərbi birləşmələri tərəfindən ələ keçirilməsi hadisəsidir.

1993-cü ilin yayında Ağdam rayonu hər iki tərəfdən artilleriya mübadiləsi səhnəsinə çevrilmişdir. İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam şəhərinin artilleriyadan bombardmanına başlanılmışdır. Mülki əhali şəhəri boşaltmağa başladıqdan sonra, əsgərlər də şəhəri tərk etməyə başlamışdırlar. Rayon uğrunda küçə-küçə, ev-ev döyüşlərin getdiyi ərəfədə azərbaycanlıların sürətlə şəhəri tərk etməsi, onun müdafiəsi işində ciddi problemlərin meydana gəlməsinə səbəb olmuşdur. İyul ayının sonunda erməni qüvvələri Ağdamı ələ keçirdi və təxminən 120.000 mülki azərbaycanlı regionu tərk etmək məcburiyyətində qaldılar. İyulun 29-da BMT Təhlükəsizlik Şurasının 853 nömrəli ikinci qətnaməsi qəbul edildi və bu qətnamədə də əvvəlki qətnamədə olduğu kimi hücum pislənilmiş və əvvəlki qətnamədə mövcud olan məqamlar bir daha təsdiqlənmişdir. Ermənistan Silahlı Qüvvələrinin və Qarabağ ermənilərinin irəliləyişlərini dayandırmaq çağırışlarına baxmayaraq, Ermənistan hökuməti hücumu dayandırmaq üçün anklavın hərbi rəhbərləri üzərində heç bir nəzarətlərinin olmadığını bildirmişdir[2].

Hərbi çöküşlə üzləşən Əliyev faktiki Dağlıq Qarabağ hökuməti və Minsk Qrupunun rəsmiləri ilə vasitəçilik etməyə cəhdlər etmişdir. İyulun 26-dan başlayaraq hər iki hökumət tərəfindən üç günlük atəşkəs elan edilmişdir. Lakin bir neçə gündən sonra hər iki tərəf üçün də çox tanış bir mənzərə olan bir hadisə baş verdi, yəni atəşkəs yenidən pozuldu və hər iki tərəfdə döyüşlərə qaldıqları yerdən davam etdilər. Avqustun ortalarında ermənilər Azərbaycanın nəzarəti altında olan və DQMV-nin cənubunda yerləşən FüzuliCəbrayılı ələ keçirmək üçün qoşun yığmağa başladılar. Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrini artıq adları çəkilən rayonların kəndlərini bombalamağa başlamaqda ittiham etmiş, erməni tərəfi isə bunu təkzib edərək, “anklavın cənub sərhədlərini azərbaycanlıların hücumlarından müdafiə etdiklərini” iddia etmişdirlər. Hər iki halda da erməni qüvvələri cənub sərhəddini keçərək cənub istiqamətində İran sərhəddinə doğru, yəni Füzuli rayonu istiqamətində irəliyə doğru hərəkət etmişdir. İran hökumətinin yeni hücumlar ilə bağlı olan bir neçə xəbərdarlığına, eyni zamanda da, yeni sülh danışıqlarının məsuliyyətini yenidən öhdəsinə götürməsini bildirməsinə baxmayaraq, ermənilər ağır zirehli qoşunların dəstəyini alaraq regionu ələ keçirməyə başlamışdılar. Regionda 30-50.000 arasında azərbaycanlı yaşayırdı və onların çoxu sağ qalmaq üçün qaçıb İrana sığınmağa məcbur olmuşdurlar. Bundan sonra Azərbaycan ard-arda olaraq yeni rayonlar itirməyə başladı. İlk növbədə avqustun 23-də Cəbrayıl rayonuna nəzarət itirildi[3]. Onu ardıcıl olaraq 25 avqust 1993-cü ildə Füzuli, 31 avqust 1993-cü ildə Qubadlı və 29 oktyabr 1993-cü ildə Zəngilan rayonlarının itirilməsi izlədi[4]. Nəticə etibarı ilə Dağlıq Qarabağ anklavını əhatə edən və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri formalaşdırıldı.

Bu hərbi əməliyyatlar zamanı “Hizb-e-İslami Gülbəddin”dən olan əfqan mücahidləri Azərbaycan tərəfdən döyüşlərdə iştirak etmişdirlər[1].

  1. 1 2 Taarnby, Michael. "The Mujaheddin in Nagorno-Karabakh: A Case Study in the Evolution of Global Jihad". realinstitutoelcano.org. 2022-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-27.
  2. Sonni, Efron. "Armenians hand Azerbaijanis major loss". The Montreal Gazette. July 25, 1993. səh. B1. March 21, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 27, 2022.
  3. The New York Times Company. Caucasus City Falls to Armenian Forces Arxivləşdirilib 2020-11-21 at the Wayback Machine. New York Times. August 24, 1993. pg. A7
  4. "İşgal Tarihleri - İti qovan kimi qov".

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]