Serj Sarkisyan — Vikipediya
Serj Sarkisyan | |
---|---|
erm. Սերժ Սարգսյան | |
17 aprel – 23 aprel 2018 | |
Prezident | Armen Sarkisyan |
Əvvəlki | Karen Karapetyan |
4 noyabr 1996 – 20 mart 1997 | |
Prezident | Robert Köçəryan |
Əvvəlki | Andranik Markaryan |
Sonrakı | Tiqran Sarkisyan |
9 aprel 2008 – 9 aprel 2018 | |
Baş nazir | Tiqran Sarkisyan Ovik Abraamyan Karen Karapetyan |
Əvvəlki | Robert Köçəryan |
Sonrakı | Armen Sarkisyan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 iyun 1954[1][2] (70 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Anası | Nora Sarkisyan[d] |
Həyat yoldaşı |
|
Uşağı | 2 |
Dini | Erməni Həvari kilsəsi |
| |
Təltifləri | |
serzhsargsyan.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Serj Azati Sarkisyan (bəzi Azərbaycandilli mənbələrdə Serj Sərkisyan;[3][4][5] erm. Սերժ Ազատի Սարգսյան – Serj Azati Sargisyan; 30 iyun 1954[1][2], Stepanakert) — Ermənistan siyasətçisi, Ermənistan Respublikasının Baş Naziri 11-ci (4 noyabr 1996–20 mart 1997) və 15-ci baş naziri (17 aprel–23 aprel 2018), Ermənistan Respublikasının 3-cü Prezidenti (9 aprel 2008–9 aprel 2018).
Həyatı
[redaktə | mənbəni redaktə et]Serj Sarkisyan 30 iyun 1954-cü ildə Azərbaycan SSR-in DQMV paytaxtı olan Xankəndində doğulub. 1971-ci ildə İrəvan Dövlət Universitetinə qəbul olub, 1971–72-ci illərdə Sovet Ordusunda hərbi qulluqda olub və 1979-cu ildə İrəvan Dövlət Universitetinin Filologiya fakültəsindən məzun olub. 1983-cü ildə Rita Sarkisyan ilə ailə həyatı qurub, bu izdivacdan onların Anuş və Satenik adlı iki qızı dünyaya gəlib. Onların Məryəm, Rita, Ara və Serj adlı dörd nəvələri var. Sərkisyan həm də Ermənistan Şahmat Federasiyasının başçısıdır.
İş karyerasına 1975-ci ildə İrəvanın Elektrik Qurğuları Zavodunda başlayıb.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Sarkisyanın Anuş və Satenik adlı iki qızı var. Böyük qızı Anuş Sarkisyan ixtisasca hüquqşünasdır və Ermənistanın Vatikandakı səfiri Mikayıl Minansyanla evlidir. Ermənistan prezidentinin kiçik qızı Satenik Sarkisyan isə ixtisasça iqtisadçıdır. O, anası Rita Sarkisyanın qohumu və Ermənistanın Konstitusiya məhkəməsinin sədri Qalik Arutunyanla evlidir.
Siyasi karyerası
[redaktə | mənbəni redaktə et]1979-cu ildə Xankəndi şəhəri üzrə Kommunist Partiyası Gənclər Assosasiyası Komitəsinin sədri seçilib. Daha sonra Dağlıq Qarabağ Regional Komitəsinin başçısı Henrix Poqosyanın yanında ikinci katib, sonra birinci katib, Xankəndi Şəhər Komitəsi Təbliğat Departamenti Başçısı və nəhayət Henrix Poqosyanın köməkçisi vəzifəsinə qədər yüksəlib. Dağlıq Qarabağda ermənilərlə azərbaycanlılar arasında gərginlik durmadan artdığı bir zamanda Sarkisyan ermənilərin Dağlıq Qarabağın Özünümüdafiə Dəstələri Komitəsinin başçısı və 1990-cı ildə Ermənistan Ali Şurasının üzvü seçildi.
Serj Sarkisyan 1989-cu ildən 1993-cü ilə kimi separatçı "Dağlıq Qarabağ Respublikası"nın özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik edib. 1993–1995-ci illərdə Ermənistanın müdafiə naziri olub. 1995–1996-cı illərdə əvvəlcə dövlət təhlükəsizliyi departamentinin başçısı, daha sonra milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. Növbəti 3 ildə isə Ermənistanın daxili işlər və milli təhlükəsizlik naziri olub. 2000–2007-ci illər arasında yenidən müdafiə naziri işləyib. 4 aprel 2007-ci ildən 19 fevral 2008-ci ilə qədər baş nazir, 19 fevral 2008-ci ildən 2 mart 2018-ci ilədək isə Ermənistan Respublikasının prezidenti olub. 2008-ci ildə onun prezident seçilməsindən sonra onun rəqibi Levon Ter-Petrosyanın tərəfdarları bir həftə durmadan İrəvanda etiraz nümayişləri keçirib, nəticədə 1 martda baş vermiş qarşıdurmada 10 nəfərin (2 polis və 8 nümayişçi) həlak olmasından sonra etirazlar güc yoluyla yatırılıb. Həmin seçkilər ATƏT, AB və Qərb müşahidəçiləri tərəfindən demokratik və azad dəyərləndirilmişdi.
Serj Sarkisyanın hakimiyyəti dövründə beynəlxalq təşkilatların dəyərləndirmələrinə əsasən Ermənistanda korrupsiya səviyyəsi azalıb, mətbuat azadlığı yüksəlib, ölkədə müxalifətə yönələn təzyiqlər xeyli dərəcədə azaldılıb.[6] Lakin onun hakimiyyətə gəlişi dünyada böyük iqtisadi böhranla eyni vaxta düşüb, 2009-cu ildə Ermənistan iqtisadiyyatında 14%-lik geriləmə müşahidə olunub. Sarkisyanın ilk prezidentliyi dövründə ölkədə kasıblıq həddi ikiqat artaraq 32%-ə çatıb. Ölkəni yüzminlərlə insan tərk edib. 2013-cü ilin sentyabr ayında Sarkisyan Ermənistanın Rusiya, Qazaxıstan və Belarusla birlikdə Avrasiya İqtisadi Birliyinə qoşulacağını bildirib. Bu barədə razılaşma 9 oktyabr 2014-cü ildə imzalanıb və 2015-ci ilin yanvarında qüvvəyə minib.
2018-ci ildə onun prezidentlik müddəti başa çatdıqdan sonra Armen Sarkisyan tərəfindən bu postda əvəz olunub. 17 aprel 2018-ci ildə Serj Sarkisyan Ermənistanın Baş Naziri seçilib. Lakin müxalifətin bütün ölkə boyu ona qarşı başlatdığı geniş etirazlardan sonra 23 apreldə istefaya getməyə məcbur olub.
Bildiyi dillər
[redaktə | mənbəni redaktə et]Serj Sarkisyan erməni dilindən başqa rusca, İngiliscə, Azərbaycanca və Türkcə bilir.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Xocalı soyqırımında iştirakı
[redaktə | mənbəni redaktə et]Serj Sarkisyan 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrə komandanlıq edib, bu qüvvələri təşkilatlandıraraq yüzlərlə insanın ölüm əmrini verib və soyqırımında birbaşa iştirak edib. Bu səbəbdən Serj Sarkisyan Avropa İnsan Haqları Məhkəməsinə verilmişdir[7][8][9].
Tomas de Vaalın Xocalı soyqırımı haqqında nə düşünürsünüz sualına Sarkisyan belə cavab verib:
Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizim ilə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq. Baş verən hadisə də bu idi[10][11] |
Prezident İlham Əliyev Suqovuşanın azad edilməsinin bir illiyində dedi "Müharibə ilə bağlı təhlillər onu bir daha göstərir ki, bu müharibənin uduzan tərəfi məhz Serjik Sarkisyan və onun kimilərdir. İndi o, məğlubiyyəti Paşinyanın üstünə atmaq istəyir. Guya Paşinyan günahkardır. Paşinyan 2018-ci ildə hakimiyyətə gəlib. O, cəmi iki il ərzində ordu yarada bilərdi? Yaxud da ki, "möhkəm", "güclü ordu"nu dağıda bilərdi? Bu ordunu yaradan Serjikdir. Serjik Ermənistanda müdafiə naziri olub. Serjik Ermənistanda baş nazir olub. Prezident Administrasiyasının rəhbəri olub, Təhlükəsizlik Nazirliyinin rəhbəri olub. Prezident olub 10 il ərzində. Bu ordunu yaradan Serjik deyil, kimdir? Biz o ordunu məhv etməklə Serjiki və onun kimi ünsürləri məhv etdik. Qoy o, bu məğlubiyyəti Paşinyanın üstünə atmasın. Paşinyan nə edib, o başqa məsələdir. Ancaq biz Serjiki məğlub etmişik, onu diz çökdürmüşük, onun belini qırmışıq. O, bizim qabağımızda, onun qurduğu ordu bizim qabağımızda diz çöküb".
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Sersch (Serzh) Sargsjan // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Davos 2014 Participant List.
- ↑ "Serj Sərkisyan və Əli Babacan Türkiyə-Ermənistan münasibətlərini müzakirə ediblər". Azəri Press Agentliyi (az.). 17 aprel 2009. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021.
- ↑ "Sərkisyan, Gül Bursada görüşüblər". BBC Azərbaycanca (az.). 14 oktyabr 2009. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021.
- ↑ Məmmədova, Gülxanım. "2020-ci il müharibəsinin ən qanlı günü: 10 oktyabr". Politicon.co (az.). Topçubaşov Mərkəzi. 1 sentyabr 2021. 2022-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 sentyabr 2021.
... 2016-cı ilin Aprel döyüşlərindən sonra Serj Sərkisyan tərəfindən rədd edilən plana uyğun olaraq ...
- ↑ "Nations in Transit 2012: Armenia". 2018-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-04-29.
- ↑ "Avropa Məhkəməsi Serj Sarkisyanın Xocalı soyqırımında iştirakını araşdırır". 2009-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-04-10.
- ↑ Serj Sarkisyan Xocalı qırğınına görə Avropa Məhkəməsinə verilmişdir [ölü keçid]
- ↑ "European Court of Human Rights launches probe into Armenian President's hand in Khojaly massacre". 2011-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-11-27.
- ↑ "Том де Ваал. Глава 11. Август 1991 – май 1992 гг. Начало войны. Главы из русского издания книги "Черный сад". Дни независимости.". 2020-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-06.
- ↑ De Waal, Thomas. Black garden: Armenia and Azerbaijan through peace and war. New York: New York University Press. 2003. səh. 172
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- http://www.mia.az/news/6205.html Arxivləşdirilib 2011-08-23 at the Wayback Machine