Yeni padşahlıq (Misir) — Vikipediya
Qədim dövr və ya Qədim Misirin "Yeni dövr" adlandırılan zaman kəsiyi e.ə. 1550 – 1070 ci illəri əhatə edir, fironlar dövranı kimi səciyyələndirilir.
Ümumi məlumat
[redaktə | vikimətni redaktə et]Təxminən 500 illik zamanı əhatə edən bu dövr özünü hökmdar fironlar tərəfindən inşa etdirilmiş saysız-hesabsız qalalar, məbədləri, fateh yürüşləri ilə xarakterizə edir. Bu dövr III Tutmos tərəfindən aparılmış Megiddo, 300 il sonra II Ramzes tərəfindən aparılmış Kadeş döyüşü, eləcə də firon dəfnləri ilə yaddaşlarda qalmışdır. Bu dövrə aid bir çox mumiyalar, eləcə də II Amenofisə məxsus qəbir yaxşı qorunmuş şəkildə günümüzə gəlib çıxmışdır. Qədim dövrə XVIII, XIX və XX manefon sülalələrinin fironlarının hökmranlığı təsadüf edir. Qədim dövr ölkənin yadellilər tərəfindən işğalından sonra öz yerini Üçüncü aralıq zaman kəsiyinə vermiş olur.
XVIII sülalə
[redaktə | vikimətni redaktə et]Sosial partlayışlara gətirib çıxartmış daxili çəkişmələr XII sülalənin süqutu və ölkənin qəsbkar hiksoslar tərəfindən qarət edilməsi ilə nəticələnmiş olur. E.ə. 1640 cı ildə ölkənin böyük bir hissəsi, xüsusən şimalı qəsbkar hiskosların əlinə keçmiş olsa da cənub ərazilər Fiv ətrafında birləşərək müqavimət nöqtəsinə çevrilmiş olur. I Taa və II Taanın hökmranlığı dövründə Fiv və Avaris arasındakı qarşıdurma açıq-aşkar münaqişəyə çevrilmiş olur. Kamosun dövründə (e.ə. 1555 – 1552) fivlilər qüvvə toplayaraq hiksosları qovmaq üçün lazımi hazırlıqlar görülmüş olur. Nəhayət e.ə. 1552 ci ildə firon I Ahmos tərəfindən Aravis tutularaq Qədim Misirin hiksos hökmranlığına son qoymuş olur. Uzun-uzadı həmlələrdən sonra e.ə. 1552 ci ildə isə hiksosların müqavimətini Fələstində Şaruhena yaxınlığında qırmış olur. Beləliklə Qədim Misirin parlaq "Yeni dövrü" – Qədim dövr (e.ə. 1552-1069) başlanmış olur. Bütün nubiylilərin və Tetian üsyanlarını yatirdaraq öz sülaləsinin hakimiyyətini bütün Misirdə bərqərar etmiş olur. Yaxmosun vəfatından sonra azyaşlı oğlu I Amenhotep (e.ə. 1527-1506) anası Ahmos-Nefertarinin qəyyumluğunda hakimiyyətə gəlmiş olur. I Amenhotep yerinə xələf qoymamış öldükdən sonra, onun anası Ahmos-Nefertari taxta qızı Mutnofretin ərini, kürəkəni Tutmosu oturdur. I Tutmosun ölkənin şimalında aparmış olduğu irimiqyaslı yürüşlər nəticəsində Yaxın Şərq, Fələstin və Suriya talan edilmiş, Fərat çayına qədər ərazilər qəsb edilmiş olur. "Yeni dövrdə" möhtəşəm tikililərin inşasına bir o qədər də fikir verilməmişdir. Demək olar ki bu dövrdə heç bir ehram tikilməmişdir. Fironların dəfni əsasən ucuz başa gəlinən daldalı qayalıqlar arasında və ya mağaralarda həyata keçirilmişdir. XVIII sülalə fironları dünyada aparıcı rola malik olmuşdurlar. Çariça Haçepsutun hökmranlığı zamanında (e.ə. 1489-1468) Qədim Misirin dirçəlişi sona çatmış olur. O, imperiyanın sərhədlərini genişləndirmiş, şəxsən Nubiya və Fələstin üzərinə yürüşlərdə döyüşərək iştirak etmişdir. Hiksonlar tərəfindən dağıdılmış Luksor və Karnak abidə və monumentlərini bərpa etdirmişdir. Qonşu məmləkətlərlə ticarəti inkişaf etdirmişdir. Bu dövrü həm də elm və mədəniyyətin, istehsal vasitələrinin (üfuqi toxuculuq dəzgahlarının kütləvi tətbiqi) intibah dövrü adlandırmaq olar. Deyr əl-Bəhridəki gözəl memarlıq abidəsi olan Coser-Coser məbədi məhz bu dövrün məhsuludur. Haçepsutun xələfi III Tutmos (e.ə. 1468-1436) zəmanəsinin qüdrətli fateh-fironu – Qədim dünyanın Napoleonu kimi xatırlanır. Analğı və eyni zamanda xalası (bibisi) Haçepsutun vəfatından sonra III Tutmos taxta oturduqdan dərhal sonra Fələstin və Suriya üzərinə yürüşlərə başlamış olur. Bu dövrdə, III Amenofisin zamanında Tebenin Amun rahibləri mövqelərini daha da möhkəmləndirmiş olurlar. Çar Memfizdəki köhnə iqamətgahına qayıdaraq, digər tanrılara: Hathor, Mut, Sobek və Aton inaclarını bərpa etmiş olur. Exnaton (e.ə. 1372 – e.ə.1354) atası III Amenhotepin ölümündən sonra XVIII sülalənin IX fironu olur. Bu dövrdə Misirdə hakim inanc baş tanrı hesab olunan Amona inam idi və Amon rahibləri hakimiyyətdə iradə sahibi idilər. Fironlar hər hansı bir işə başlarkən mütləq kahinlərin öncəgörmələrini və fikirlərini nəzərə alırdılar. Lakin bütün bunlara baxmayaraq hələ də tam bilinməyən səbəblərdən IV Amenhotep hakimiyyətinin ilk illərində digər yaradıcıları inkar edərək, yalnız Günəş tanrısı Atonu tək yaradıcı kimi qəbul edir və verdiyi qanunla xalqın da buna əməl etməsinin vacibliyini bildirir. Karnak məbədlərini bağlayaraq Amon kahinlərini vəzifədən uzaqlaşdıran Amenhotep e.ə. 1366-cı ildə Amona sitayişin güclü olduğu Fiva şəhərini tərk edir və indiki Tel əl-Amarna şəhərində yeni ibadət mərkəzi yaradır. Yeni inancın şərəfinə həmin mərkəzi Axetaton, yəni "Günəş üfüqü" adlandırır. Öz adı – Amenhotep "Amon məmnundur" mənasını verdiyi üçün onu dəyişdirərək Exnaton – "Günəşə sərfəli" qoyur. Firon Exnatonla yanaşı onun ailə üzvləri və saray əyanları da adlarını dəyişirlər və getdikcə Atona inam genişlənir.
Lakin Exnaton e.ə. 1347 ci ildə öldükdən sonra onun öz rahibi Eye və sərkərdəsi və Exnatonun azyaşlı xələfi Tutanhatonun (sonralar adı dəyişdirilərək Tutanhamon (e.ə. 1347—1337) edilmişdir) regenti Horemheb tərəfindən Aton kultu-Atonizm qadağan edilir. Paytaxt təzədən Fiv şəhərinə köçürülür. Exnaton dönmüş – heresi ( yun. αἵρεσις, haíresis „seçim, başqa seçim") elan edilir.
XIX sülalə
[redaktə | vikimətni redaktə et]Gənc Tutanhamunun tələsik ölümü XVIII sülalənin sona yetməsi ilə nəticələnmiş olur. Hakimiyyət öncə Eyeyə, sonra isə Haremhabın (e.ə. 1333–1305), daha sonra e.ə. 1292 ci ildə isə qocaman vəzir I Ramzesin (e.ə. 1305—1303) və onun xələfi I Setinin (e.ə. 1303—1289) əlinə keçir.I Ramzes və sərkərdə Haremhabın səyləri nəticəsində I Seti ilə XIX sülalə hakimiyyəti bərqərar olur. Bu dövr misirlilərlə hettlər arasında Suriya uğrunda cəkişmə yüksək həddə çatmış olur. Hökmranlığının ilk illərində e.ə. 1290 ci ildə Suriya və Liviya üzərinə hərbi yürüşlər keçırmişdir. I Seti öldükdən sonra yerinə oğlu II Ramzes (e.ə. 1289—1224) keçmiş olur. II Ramzes e.ə. 1284 cü ildə Kadeş döyüşündə misir ordusunu hettlərin tələsindən qurtarmağa nəsib olur. Təkrarən e.ə. 1270/1269 cu illərdə hettlər üzərinə hücum edərək hett çarı III Hattuşili sülh müqaviləsinə vadar edir. Bu sülh sazişi günümüzə qədər gəlib çıxmış ən qədim sazişlərdən biri sayılır. II Ramzes zəmanəsinin qurucu fironlarından sayılır. O, bir çox məbədlərin o cümlədən Əbu Simbelin, Per-Ramzes iqamətgahının sifarişçisi olmuşdur.
II Ramzesdən sonra Misirin getdikcə süqutu baş verir. Tarixi sənədlərdə bu "Dəniz xalqlarının" Balkanlardan, Kiçik Asiyadan köç etmələri ilə əlaqələndirilir. II Ramzesin on üçüncü oğlu Merenptah (e.ə. 1224—1204) "Dəniz xalqlarına" qarşı dəniz döyüşlərində müqavimət göstərmişdir. Lakin vəziyyətin sabitləşməsi XX sülalə fironu Setnaxın (e.ə. 1186–1069) hakimiyyəti dövründə mümkün olur.
XX sülalə
[redaktə | vikimətni redaktə et]XX sülalənin ilk fironu Setnax haqqında çox az məlumat vardır. Onun xələfi III Ramzes (e.ə. 1184—1153) "Dəniz xalqlarının" qoşun və donamnasını və onların liviyalı müttəfiqlərini məğlub etmişdir. III Ramzesin ılümündən sonra bütün sülalə fironları Ramzes adlandırılmağa başlanılmışdır. Bu sülalə Ramzeslər də adlandırılmışdır. E.ə. 1069 cu ildə XI Ramzesin ılümü ilə XX sülalə süqut etmiş olur və e.ə. 1069-664 cü illəri əhatə edən Üçüncü aralıq zaman kəsiyinə keçmiş olur.
Mənbələr
[redaktə | vikimətni redaktə et]- Beckerath, J. von. Chronologie des ägyptischen Neuen Reiches. Hildesheim, 1994 (Hildesheimer Ägyptologische Beiträge, 39). ISBN 3-8067-8132-X
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Б. А. Тураев, Древний Египет, Издательство: Огни, 1922 г.
- Azərbaycan Sovet EnsiklopediyasıVI cild, səh. 596-599, Bakı, 1982
- Rauf Ağayev. Misir. "Elm". Bakı, 2000. ISBN 5-8066-1189-2