Zeynalabidin bəy Bayandur — Vikipediya

Zeynalabidin bəy Bayandur
زین العابدین بن احمد بن اغورلو محمد
1505 – 1508
ƏvvəlkiƏlvənd mirzə
Şəxsi məlumatlar
Vəfat tarixi 1508
Atası Gödək Əhməd
Anası Ayn-i Şah Sultan

Zeynalabidin bəy BayandurAğqoyunlu imperiyasının süqutu dövlərində Diyarbəkir və ətraf ərazilərə hökm etmiş Ağqoyunlu hökmdarı.

Gödək Əhmədin oğlu idi.[1] Zülqədəroğlu Əlaüddövlə Bozqurdun sarayında yaşamışdır. 1500-cü ildə Şərur döyüşündə məğlub olan Əlvənd mirzə Diyarbəkir və ətraf ərazilərin hakimliyini Qasım mirzədən alaraq 1505-ci ilə qədər burada hökm sürmüşdür. Onun ölümündən sonra Ağqoyunlu əyanları Zeynalabidin bəyi Bozqurd Zülqədərdən istədilər. Bozqurd Zülqədər bu təklifi qəbul etdi və Zeynalabidin bəyi qüvvə ilə Diyarbəkirə göndərdi.[2]

Zeynalabidin bəy uzun müddət Diyarbəkir hakimi olan Əmir bəy Mosullunu həbs etdirdi. Hasankeyfi ələ keçirib, Urfaya doğru irəlilədi. Urfaya hücumu vaxtı həbsdən çıxan Əmir bəy Zeynalabidin bəyi məğlub etdi. Döyüşdə Zeynalabidin bəy əsir düşdü.

Zeynalabidin bəy yenidən Dulqədiroğlu bəyliyinə geri döndü. Əmir bəy Mosullu isə I Şah İsmayıla tabeliyini bildirdi. 1508-ci ildə Diyarbəkir ətrafı bölgələr tamamilə Səfəvilərin hakimiyyətinə keçdi.

  1. "Arxivlənmiş surət". 2019-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-02.
  2. "Arxivlənmiş surət". 2019-02-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
Zeynalabidin bəy Bayandur
Doğum: ? Vəfat: ?
Hakimiyyət titulları
Sələfləri 
Sultan Qasım

Ağqoyunlular dövləti(آق‌قویونلو) sultanı
(Diyarbəkirdə)

1505-1508
Xələfləri 
(Səfəvilər imperiyası)
Şah İsmayıl