Ziyadxanovlar mülkü — Vikipediya
Ziyadxanovlar mülkü | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Gəncə |
Yerləşir | Atatürk prospekti 244 |
Aidiyyatı | Ziyadxanovlar Gəncə Tarix-Diyarşünaslıq Muzeyi |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Ziyadxanovlar mülkü — Azərbaycanın Gəncə şəhərində yerləşir. Azərbaycanın tanınmış soylarından biri olan Ziyadxanovlar ailəsinə mənsub olmuşdur.
Haqqında
[redaktə | mənbəni redaktə et]Ziyadxanovların mülkü Gəncədə, Atatürk prospekti 244-də yerləşir. Bina XIX əsrdə tikilib. Tarixi mülkün memarı Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər bəy Rzayevdır. Hal-hazırda burada Nizami Gəncəvi adına Gəncə Tarix-Diyarşünaslıq muzeyi yerləşir.[1]
Azərbaycanda bolşeviklər tərəfindən işğal edildikdən sonra Azərbaycan İnqilab Komitəsinin xüsusi dekreti ilə Ziyadxanovların mülkü və torpaqları müsadirə edilib. Sovet dövründə Ziyadxanovların mülkündə bir çox idarə və təşkilatlar yerləşib. 1972-ci ildən isə bina Gəncə Tarix-Diyarşünaslıq muzeyinin istifadəsinə verilib. Tikili klassik şərq üslubunda inşa edilib və iki mərtəbədən ibarətdir. Bina düzbucaqlı formaya malikdir və Gəncəyə xas olan qırmızı kərpicdən tikilib.[1]
Mülkün sahibləri
[redaktə | mənbəni redaktə et]Bu bina Cavad xanın nəticələri olan İsmayıl xan və Adil xan Ziyadxanovların şəxsi mülkü olub. Onlar Cavad xanın nəvəsi Əbülfət xan Ziyadxanovun oğulları idi.
- Adil xan Ziyadxanov - AXC Xarici İşlər Nazirliyində I müavin və AXC-nin İrandakı səfiri kimi vəzifələrdə çalışmışdır. [2]
- İsmayıl xan Ziyadxanov - Azərbaycan Xalq Cümhuriyyətinin hökumət üzvü, diplomat.[3]
- Şahverdi xan Ziyadxanov - Çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun zabiti.[4]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Cavad xanın nəticələrinin yadigarı: Ziyadxanovların mülkü". gencexeber.az. 13 mart 2022. İstifadə tarixi: 14 dekabr 2022.
- ↑ "The Qajar Dynasty". www.royalark.net. 2022-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-06. (#invalid_param_val)
- ↑ "AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN GƏNCƏ QUBERNİYASINDAN OLAN DÖVLƏT XADİMLƏRİ" (PDF). 2022-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 iyul 2021.
- ↑ Rauf Şeyxzamanlı. Gəncə hökmdarı Cavad xan və Ziyadoğlu-Qacar nəsli. Gəncə: Elm nəşriyyatı. 2020. 255.