Ördüc — Vikipediya
Ördüc | |
---|---|
41°06′22″ şm. e. 48°41′05″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.118 m |
Saat qurşağı | |
Ördüc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd.
Toponimikası
[redaktə | vikimətni redaktə et]Ördüc oyk., sadə. Quba r-nunun Qonaqkənd qəsəbə i.ə.v.-də kənd. Molt çayının (Gilgilçayın qolu) sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Əsl adı Ördüccədir. Orduc variantında da qeydə alınmışdır. Yaşayış məntəqəsini Qonaqkənddən çıxmış ailələr Ördüccə adlı yerdə salmışlar. Keçmişdə Ör- dücqışlaq da adlanmışdır. Yerli əhalinin dilində ördüc ardıc ağacına deyilir. Oykonim “ardıc ağacı bitən yer” mənasındadır. Kənd həqiqə¬tin də ardıc meşəsi yaxınlığmdadır.[1]
Əhalisi
[redaktə | vikimətni redaktə et]- 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 208 nəfər əhali yaşayır. Kəndin əhalisini tatlar təşkil edir.[2]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |