Afurca — Vikipediya
Afurca | |
---|---|
41°09′39″ şm. e. 48°36′56″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 970 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 4021 |
Vikianbarda əlaqəli mediafayllar |
Afurca — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir[1].
Tarixi
[redaktə | vikimətni redaktə et]Toponimikası
[redaktə | vikimətni redaktə et]Afurca oyk., sadə. Quba r-nunun Güləzi i.ə.v.-də kənd. Vəlvələ çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacında yerləşir. Adını ərazidəki eyniadlı şəlalədən almışdır. Bu şəlalə Azərbaycanda dağ çaylarına məxsus daimi fəaliyyətdə olan şəlalələrdən biridir və Vəlvələ çayının Təngə dağından axan hissəsidir. Afurca kəndi də həmin şəlalənin yaxınlığında yerləşir. "Afurca" sözü tədqiqatçılar tərəfindən belə izah edilir: İran mənşəli abforucə (yerli tələffüz forması ofirəce) sözünün qismən təhrif olunmuş forması. Toponim a (ab) "su", fur/for "aşağı" və ca (castən) "sıçramaq" sözlərindən düzəlib, "su aşağı sıçrayan (tökülən) yer, şəlalə" deməkdir.[2]
Coğrafiyası və iqlimi
[redaktə | vikimətni redaktə et]Afurca kəndinin iqlimi Azərbaycanın şimalının iqlimi ilə eynidir. Kəndin aşağı hissələri yay ərzində xüsusilə nəmişlik olur. Kənddən təqribən 3–4 km aralıda Afurca şəlaləsi yerləşir ki, hər yay 100 minlərlə turist və yerli əhali burda istirahət edir. Gözəl təbiəti və saf havası var.
Əhalisi
[redaktə | vikimətni redaktə et]Afurca kəndi seyyidlər (övliyalar) diyarıdır. Afurca kəndindən olan lakin sonradan Şamaxı rayonu ərazisinə yerləşən Şeyx Abdurrahman həmin seyyidlərdən (övliyalardan) biridir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 719 nəfər əhali yaşayır. Kəndin əhalisini tatlar təşkil edir.[3]
Şəkilləri
[redaktə | vikimətni redaktə et]- Afurca məscidi, 24 avqust 2016
- Afurca şəhidləri
- Afurca şəlaləsi
- Afurca kəndi uzaqdan
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- azerbaijanphoto.com saytındakı şəkilləri Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
Həmçinin bax
[redaktə | vikimətni redaktə et] Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |