Birinci Nügədi — Vikipediya
Birinci Nügədi | |
---|---|
41°19′39″ şm. e. 48°33′59″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 571 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Birinci Nügədi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindəki yeganə kənddir[1].
Quba rayonunun ən böyük kəndidir. Quba - Qonaqkənd yolunun 5-ci km-də yerləşir. Kəndin əhalisi 10 min nəfərə yaxındır.
Toponimikası
[redaktə | vikimətni redaktə et]Kənd Qaraçayın sol sahilində, Qusar maili düzənliyində yerləşir. XVIII əsrə aid sənədlərin məlumatına görə, Quba şəhərinin əhalisinə mənsub bağ ərazilərində ailələrin məskunlaşması nəticəsində yaranan yaşayış məntəqəsi Nügədi (tat dilində "yeni kənd, təzə kənd") adlandırılmışdrr. Sonralar kəndn böyüyərək iki yerə ayrılmış və onları bir-birindən fərqləndirmək üçün adlarının əvvəlinə birinci və ikinci sözləri artırılmışdır.[2]
Mədəniyyəti
[redaktə | vikimətni redaktə et]Kənddə mədəniyyət evi, 9 illik və 11 illik orta məktəb, sağlamlıq məntəqəsi, aptek, bələdiyyə binası, poçt məntəqəsi, ATM, yanacaqdoldurma məntəqəsi, stadion, şadlıq sarayı, uşaq bağçası, məscid və kitabxana, 2 internet kafe fəaliyyət göstərir.
Coğrafiyası və iqlimi
[redaktə | vikimətni redaktə et]Nügədinin ərazisi dağlıq və düzənliklərdən ibarətdir. Kənd ərazisində 1-ci və 2-ci Nügədi kəndləri arasında "Bəhyə" dağı yerləşir. Kən din iqlimi mülayimdir. Bəhyə dağının yaxınlığından Qaraçay çayı axır. Ümumilikdə kənd, Ağçay və Qaraçayın əhatəsində yerləşir. Nügədi kəndi Amsar və 2-ci Nügədi kəndlərinin qonşuluğundadır. Kənd inzibati cəhətdən 5 məhəllədən ibarətdir. Bütün küçələrə müvafiq adlar verilmiş və mənzillər nömrələnmişdir. Nügədinin bəzi yollarına asfalt, digərlərinə isə daş örtük döşənmişdir.
Əhalisi
[redaktə | vikimətni redaktə et]Nügədinin əhalisi Azərbaycan türklərindən ibarətdir. 2010-cu il açıqlamalarına görə əhalinin 51%-ini qadınlar, 49%-ini isə kişilər təşkil edir.Kənddə az miqdarda Azərbaycan tatları da yaşayır. Kəndin cavan əhalisi üstünlük təşkil edir. Əhalinin bir hissəsi xaricdə əmək fəaliyyətindədir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 7768 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
[redaktə | vikimətni redaktə et]Kəndin iqtisadiyyatı əsasən meyvəçilik və taxılçılıqdır. Kənddə alma, armud və s. kimi meyvələr yetişdirilir. Əhalinin tələbatını ödəmək məqsədilə həyətyanı torpaq sahələrində kənd təsərrüfatı məhsulları, tərəvəz bitkiləri və s. becərilir. Əhali fərdi maldarlıqla da məşğul olur. İri və xırda buynuzlu mal - qara saxlanılır. Quşçuluq inkişaf etdirilir, toyuq, ördək, qaz, hind quşu və s. kimi ev quşları yetişdirilir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax
[redaktə | vikimətni redaktə et] Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |