Üçoğlan — Vikipediya
Üçoğlan | |
---|---|
40°05′34″ şm. e. 47°02′49″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0246[1] |
Üçoğlan — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Kənd ərazisində aşağıdakı tarixi obyektlər yerləşir:
- neolit dövrünə aid edilən Bəşirtəpə və Kərimtəpə (Üçoğlandan şimali-şərqə) yaşayış yerləri;
- Qədim qəbiristanlıq təpəsi, kurqan, Böyüktəpə və Qaçaytəpə yaşayış məntəqələri, tunc dövrünə aid nekropol;
- orta əsrə aid Abıştəpə yaşayış məntəqəsi[4].
1999-cu ildə kənd ərazisində Üçoğlan Bələdiyyəsi təşkil edilmiş, onun ilk nizanaməsi qəbul edilmiş, 20.10.2016-cı ildə isə yeni Nizamnaməsi qəbul edilmişdir[5].
Üçoğlan Bələdiyyəsi 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[6] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu[7] ilə Üçoğlan bələdiyyəsinin əhatə etdiyi Alıbəyli, Böyükbəyli və Kiçikli kəndlərində Alıbəyli bələdiyyəsi təşkil edilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[8] uyğun olaraq, Üçoğlan Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
Üçoğlan Bələdiyyəsi
[redaktə | mənbəni redaktə et]"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna[9] əsasən Üçoğlan kəndi Üçoğlan Bələdiyyəsinin mərkəzidir. Həmin Bələdiyyənin ərazi hüquqlarında aşağıdkı yaşayış məntəqələri mövcuddur:
Üçoğlan kənd iinzibati ərazi dairəsi (iəd) | Üçoğlan kəndi |
Üçoğlan kənd iəd | Gül Baharlı kəndi |
Üçoğlan kənd iəd | Ballar kəndi |
Üçoğlan kənd iəd | Orta Qışlaq kəndi |
Üçoğlan kənd iəd | Yusifli kəndi |
Səfərli qəsəbə iəd | Səfərli qəsəbəsi |
Birinci Baharlı qəsəbə iəd | Birinci Baharlı qəsəbəsi |
İkinci Baharlı qəsəbə iəd | İkinci Baharlı qəsəbəsi |
Üçoğlan Bələdiyyəsi “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə”[10] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvüdür.
"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[11] uyğun olaraq, Üçoğlan Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.
Yol
[redaktə | mənbəni redaktə et]7 avqust 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə, 3,2 milyon manat ayrılmışdır.[12]
Şəxslər
[redaktə | mənbəni redaktə et]- Səlim bəy Behbudov — ziyalı, tərcüməçi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ http://www.mcdmerkez.org/ts_general/azl/belediye/b-49.htm.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Список памятников Агдама".[ölü keçid]
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-01.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2012-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-01.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
- ↑ Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2014-cü il tarixli Sərəncamı Arxivləşdirilib 2017-03-05 at the Wayback Machine president.az (az.)
Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |