Ayaq Qərvənd — Vikipediya

Ayaq Qərvənd
40°08′ şm. e. 47°03′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 252 m
Saat qurşağı
Əhalisi
Milli tərkibi Azərbaycanlı
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994
Poçt indeksi AZ0227
Xəritəni göstər/gizlə
Ayaq Qərvənd xəritədə
Ayaq Qərvənd
Ayaq Qərvənd

Ayaq QərvəndAzərbaycan Respublikasının Ağdam rayonunun Qərvənd kənd inzibati ərazi dairəsində kənd.[1]

Ayaq Qərvənd Ağdam rayonunun Qərvənd inzibati ərazi vahidində kənd. Xaçın çayının sahilindədir. Toponimiyada ayaq "kənar, uzaq"; "Aşağı"; "qurtaracaq" mənalarını ifadə edir. Yaşayış məntəqəsi Baş Qərvənd kəndindən Aşağıda yerləşdiyinə görə belə adlandırılmışdır. Qərvənd etnotoponimdir.[2]

SSRİ-yə qədər qərvənd bəyliyinin (Kəkilbəylilər sulaləsinin yurdu) ərazisində yerləşib.

SSRİ dönəmində mərkəzi Baş Qərvənd olan Qərvənd sovetliyinə aid olub, "Lenin" Kolxozunun ərazisində yerləşib.

1993-cü ildə Baş Qərvənd işğal olunduqdan sonra İcra hakimiyyətinin kənd nümayəndəliyi və Qərvənd kənd inzibati ərazi dairəsinə aid olan bütün qurumlar Ayaq Qərvəndə köçülürüb.

1999-cu ildə bu kənddə Qərvənd bələdiyyəsi təşkil edilib və nun nizamnaməsi 2000-ci ildə qbul olunub.

Qərvənd Bələdiyyəsi 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[3] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.

Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu[4] ilə Qərvənd bələdiyyəsinin əhatə etdiyi Əhmədağalı, Çıraxlı, Kolqışlaq və Mirəşelli kəndlərində Əhmədağalı bələdiyyəsi təşkil edilmişdir.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[5] uyğun olaraq, Qərvənd Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

Qərvənd inzibati ərazi dairəsinə aid olan Baş Qərvənd və Şıxlar kəndləri isə 20.11.2020-ci ildə işğaldan azad edilib. Ağdam şəhərinə çəkilən yeni 4 zolaqlı yol Şixlar kəndinin ərazisindən, yeni dəmiryol xətti isə Baş Qərvənd ərazisindən çəkilib (tarixi "Çinar" dəmiryol stansiyası Baş Qərvəndin inzibati ərazisində idi).

Qərvənd bələdiyyəsi

[redaktə | mənbəni redaktə et]

"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna[6] əsasən Ayaq Qərvənd kəndi Qərvənd bələdiyyəsinin mərkəzidir. Həmin Bələdiyyənin ərazi hüquqlarında aşağıdkı yaşayış məntəqələri fəaliyyət göstərir:

Qərvənd kənd iəd Ayaq Qərvənd kəndi
Qərvənd kənd iəd Orta Qərvənd kəndi

Qərvənd Bələdiyyəsi “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə”[7] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvüdür.

"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[7] uyğun olaraq, Qərvənd Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.

Qərvənd kənd inzibati ərazi dairəsinə[8] aid olan Baş Qərvənd və Şıxlar kəndlərinin azad edilməsi ilə həmin kəndlərin sakinləri məskinlaşdıqda onların da ərazisinin Qərvənd Bələdiyyəsinə aid ediləcəyi güman edilirdi. Lakin, 11.2024-cü ildə Qərbənd bələdiyyəsi tərəfindən digər bələdiyyələrlə birləşmə qərarı verildi. Belə ki, bələdiyyə əhalisi yeni qanunvericiliklə müəyyən olunmuş əhali və təsərrüfat sayına malik deyil.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  3. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-01.
  4. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
  5. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
  6. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2012-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-01.
  7. 1 2 Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
  8. Azərbaycan Respublikası, Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə inzibati ərazi bölgüsü təsnifatı. "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsü təsnifatı" (PDF). 29.02.2024. 2024-04-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-02-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]