Salahsəmədlər — Vikipediya
Salahsəmədlər | |
---|---|
Ölkə |
Salahsəmədlər — Azərbaycan Respublikasının Ağdam rayonunun Maqsudlu kənd inzibati ərazi dairəsində kənd.[1] Qarabağ düzündə yerləşir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Yaşayış məntəqəsi 30 iyul 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuşdur. 2020-ci il Azərbaycan Silahlı qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Toponomiyası
[redaktə | mənbəni redaktə et]Salahsəmədli Salahsəməd (şəxs adından) və -li mənsubluq bildirən şəkilçidən ibarət olub, “Salahsəmədin nəslindən olanlar” anlamını verir. Salahsəməd adının birinci tərəfi olan Salah sözü çox güman ki, Azərbaycanın qazax tayfa birliyinə daxil olan salahlı tayfasının adı ilə bağlıdır. Salah Səməd, yəni “salahlı tayfasından olan Səməd” deməkdir. Nəzərə alsaq ki, rayon ərazisində Salahlı Kəngərli toponimi də mövcuddur, onda salahlıların bu ərazidə yaşamalarına şübhə etmək olmaz. Səməd adının mənası isə ərəbcə “əbədi, daimi, həmişəlik”dir (1, 53). [3]
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Ağdam rayonu". armenianvandalism.preslib.az. İstifadə tarixi: 28 sentyabr 2021.
- "Vandalizmə məruz qalmış kəndlər". sabunchu.cls.az. İstifadə tarixi: 28 sentyabr 2021.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ (#empty_citation)
- ↑ "Azərbaycan şəxs adları. Tərtibçilər: A.Şirəliyev, B.Abdullayev, Ş.Sədiyev. Bakı, İşıq, 1987, s.53". (#cite_web_url); (#accessdate_missing_url)