İslam Rzayev — Vikipediya
İslam Rzayev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 11 noyabr 1934[1] |
Doğum yeri | |
Vəfat tarixi | 26 yanvar 2008 (73 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1956–2008 |
Janr | muğam |
Mükafatları | |
Rzayev İslam Tapdıq oğlu (11 noyabr 1934[1], Sərdarlı, Qaryagin rayonu – 26 yanvar 2008, Bakı) — Azərbaycanlı müğənni, xanəndə və pedaqoq, Azərbaycan SSR xalq artisti (1989).[2]
Həyatı
[redaktə | mənbəni redaktə et]İslam Rzayev 11 noyabr 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində dünyaya gəlmişdir. Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından biri olmuşdur. Onun səsini ilk dəyərləndirən Seyid Şuşinski olmuşdur. Peşəkar musiqi təhsilini Bakıda Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda almış (1951–1956), Seyid Şuşinskinin sinfində muğam dəstgahlarını mükəmməl öyrənmişdir. Həmçinin Zülfü Adıgözəlovdan və Həqiqət Rzayevadan muğam dərsləri almış, sənətini təkmilləşdirmişdir. Daha sonra 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir.[3]
1958-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti kimi fəaliyyətə göstərib.[2] Pedaqoji işlə də məşğul olmuş, yetirdiyi tələbələr xanəndəlik məktəbinin layiqli davamçıları kimi tanınmışlar. İslam Rzayevin təşəbbüsü ilə 1989-cu ildə Bakıda ilk Dövlət Muğam Teatrı yaradılmışdır. Həyatının sonunadək Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışıb.[2]
Onun oxuduğu "Çahargah", "Bayatı-Kürd", "Mahur–Hindi", "Rast" muğam dəstgahları AzTV-nin fonduna daxil edilmişdir.[4] Bir sıra mahnılar da bəstələmiş, onlardan "Gəl inad etmə", "Dağlar başı", "Almadərən" mahnıları geniş yayılmışdır. Öz yaradıcılığında bəstəkar əsərlərinə də müraciət etmiş, Cahangir Cahangirovun "Nəsimi", "Aşıq Alı" və s. kantatalarında solo partiyanı ifa etmişdir.[5]
70-dən artıq qastrol səfərlərində olmuş, Fransa, İngiltərə, İran, İraq, Əlcəzair, Türkiyə, İsrail, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətini təmsil etmişdir.[6]
Xanəndə 26 yanvar 2008-ci ildə Bakı şəhərində vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunub.[7]
Mükafatları
[redaktə | mənbəni redaktə et]- Azərbaycan SSR əməkdar artisti — 1967[8]
- Azərbaycan SSR xalq artisti — 1989[2]
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[9]
- "Şöhrət" ordeni — 10 noyabr 2004[10]
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Azərbaycan elləri (film, 1976)
- Bakı bağları. Türkan (film, 2007)
- "Hacı Mail" nağılı... (film, 2005)
- Havalansın Xanın səsi (film, 2001)
- Sevil (film, 1970)
- Şur (film, 1967)
- Yenilməz batalyon (film, 1965)
- Yorulmamışam. Rövşən Behcət (film, 2007)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France İslam Rzayev // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Энциклопедия Азербайджанского Мугама (rus). Баку: "Шарг-Гарб". səh. 197.
- ↑ "İslam Rzayev". metbuat.az (az.). Archived from the original on 2020-02-26. İstifadə tarixi: 2020-02-26.
- ↑ AzərTAc. "Milli musiqi xəzinəmizi zənginləşdirən sənətkar" (az.). AzərTAc. 11.11.2024. İstifadə tarixi: 2024-11-13.
- ↑ "El səni soracaq "Zabul-segah"dan..." anl.az (az.). 2020-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
- ↑ "İslam Rzayevin Azərbaycan xanəndəlik sənətinin inkişafındakı rolu". konservatoriya.az (az.). 2020-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
- ↑ "İslam Rzayevin səsi Tanrının hədiyyəsi idi: Çatmadığı bir arzusu vardı, onu da..." Oxu.Az (az.). 2024-01-26. 2024-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-26.
- ↑ "İslam Rzayev". medeniyyet.az (az.). 2020-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". e-qanun.az (az.). 2020-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.
- ↑ "İ. T. Rzayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". e-qanun.az (az.). 10.10.2004. 2020-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-26.