Şürük — Vikipediya
Şürük | |
---|---|
38°41′33″ şm. e. 48°48′36″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Şürük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Lənkəran rayonunun Şürük kəndi Səpnəkəran kənd ərazi vahidindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şürük kənd ərazi vahidi yaradılmışdır.[1]
Əhalisi
[redaktə | vikimətni redaktə et]Əhalisi 1665 nəfərdir.[mənbə göstərilməlidir]
Tanınmış şəxsləri
[redaktə | vikimətni redaktə et]- Soltanağa Bayramov — Azərbaycanın Milli Qəhrəmanı.[2]
İqtisadiyyatı
[redaktə | vikimətni redaktə et]Kənd əhalisi əsasən meyvəçiliklə məşğul olur. Kənd ərazisində hallabonq bağları salınmışdır.[3] Şürük kənd inzibati ərazi dairəsi sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Şürük kənd inzibati ərazi dairəsində şəhər İcra hakimiyyəti başçısının nümayəndəliyi, Şürük bələdiyyəsi, 1 tam orta məktəb, 2 ümumi orta məktəb 1 körpələr evi - uşaq bağçası, Regional Təlim Mərkəzi, Əkinçilik İnstitutunun Lənkəran dayaq məntəqəsi, Dövlət Maşın Sınaq Stansiyası, Türkəkəran kənd Mədədniyyət evi, 4 məscid, rəqəmsal tipli 1 elektron ATS, 1 poçt şöbəsi, 1 ambulator xəstəxana, 2 tibb məntəqəsi, “Avroaziya” şirniyyat evi, digər ictimai iaşə və xidmət obyektləri fəaliyyət göstərir.[mənbə göstərilməlidir]
Din
[redaktə | vikimətni redaktə et]Kənddə Şürük kənd məscidi dini icması fəaliyyət göstərir.[4]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişiklik edilməsi, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi və qeydə alınması haqqında Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.
- ↑ "Bayramov Soltanagha Nemet oglu". milliqahraman.az.[ölü keçid]
- ↑ Hallabonq bağlarının sahəsi 100 hektara çatdı[ölü keçid]. marja.az, 28.01.2019 (az.)
- ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az (az.)
Həmçinin bax
[redaktə | vikimətni redaktə et] Lənkəran rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |