Viyən — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Viyən | |
---|---|
38°42′25″ şm. e. 48°50′47″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Viyən (əvvəlki adı: Viyan) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Viyan kəndi Viyən kəndi adlandırılmışdır.[1]
Toponimikası
[redaktə | vikimətni redaktə et]Viyən kənd məsciti 1883-cü ildə Qədirov Qədir tərəfindən inşa etdirilib. O, Qum şəhərində oxuyarkən öz həyətyani sahəsini məscit tikmək üçün kənd camaatına verib. Eyni zamanda imkanlı şəxslərdən de pul toplayıb uzun mərhələ ilə tikintini bitirib. Hal-hazırda məscit təmir edilib ve Mədeniyyət Nazirliyi tərəfinden qorunur.
2700-dən artıq əhalisi olan kəndin gəncləri yayda əsasən Rusiyaya işləməyə gedir. Qışda isə geri gəlirlər. Azyaslilar uzun illərdir ki, bərbad gündə olan məktəbdə təhsil alər. Buna rəgmen, bu məktəb həkim, müəllim, polis, jurnalist ve digər önəmli sahələr üçün kadrlar hazırlaya bilib. Bu işdə Fəxri ve Natəvan müəllimin böyük rolu var. Viyən kendinin ən tanınmış şəxsləri keçmişde Ağ Axund, Qara Axund kimi taninan ruhanilər olub. Müasir dövrdə isə ictimai-siyasi fəaliyyəti ilə tanınan Cavid Əhmədoğlu Viyən kəndinin ən önəmli ziyalısı sayılır. O, 2012-ci ildən jurnalist fəaliyyətinə idman mediasında başlayıb. "TV8 Azerbaycan" youtube kanalının təsisçisidir, hazırda Kanal13-də çalışır.
Indiyə qədər kəndin imamları olmuş şəxslər: Abdullayev Eyyub, Abdullayev Göyser, Hüseynov Raqib, Haci Asif, Kərbəlayi Zamin, Hazırda kəndin imamı Hüseynov Arifdir. O, həm de dini icmanən lideridir. Viyən Kəndi Aşağı Nüvədi ərazi birliyindən ayrılandan sonra ilk icra nümayəndəsi Şahsuvar Abdullayev olub. O, tanınmış şəxs Abdullayev Məzahirin oğlu olub. Bələdiyyə rəhbərlik isə: Əhmədov Fəda, Seyfullayev Seyfulla, Qədirov Fikrət, Əhmədov Mübariz, Əhmədov Tanriverdi.
Kəndin poçt rəisləri: Rafael Cəfərov, Əhməd Qədirov və Təvəkkül Hüseynov.[2]
Kənd tibb məntəqəsinin baş həkimi Tamerlan Kazımovdur.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
- ↑ "TV VİYƏN". YouTube (ingilis). 2024-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.
VİYƏN TV youtube kanalı https://www.youtube.com/@Viyentv/videos
Həmçinin bax
[redaktə | vikimətni redaktə et] Lənkəran rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
https://www.youtube.com/@Viyentv/videos TV VİYƏN YOUTUBE KANALI[1]
- ↑ "TV VİYƏN". YouTube (ingilis). 2024-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-20.