Kənarmeşə — Vikipediya

Kənd
Kənarmeşə
38°42′03″ şm. e. 48°51′58″ ş. u.HGYO
Düzənlik  Azərbaycan
Tabesində Seyidəkəran,Şilim
İnzibati bölgüsü Kənarmeşə kənd inzibati ərazi dairəsi
Rayon Lənkəran rayonu
Tarixi və coğrafiyası
Sahəsi 206 ha
İqlimi Rütübətli subtropik
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.413 nəf.
Milli tərkibi Talışlar
Dini tərkibi İslam
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 0252596
Poçt indeksi AZ4220
Kənarmeşə xəritədə
Kənarmeşə
Kənarmeşə

Kənarmeşə (əvvəlki adı: Kənarəmeşə) Talışca "Kənoəvişə"-dən tərcümə edilərək adlandırılmışdır("kənoə" — kənar, "vişə" — meşə deməkdir). — Azərbaycan Respublikasının Lənkəran rayonunun Kənarmeşə kənd inzibati ərazi dairəsində yerləşən kənd.

Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Kənarmeşə kəndi Kənarmeşə kəndi adlandırılmışdır.[1] 23 dekabr 2011-ci il prezident fərmanı ilə Kənarmeşə, SeyidəkəranŞilim kəndləri Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kənarmeşə kəndi olmaqla Kənarmeşə kənd inzibati ərazi dairəsi yaradılıb və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilib[2] Hal-hazırda da kəndin adı Lənkəranda yerli əhali tərəfindən "Kənoəvişə" adlandırılır. Kəndin ümumumi sahəsi 206 hektar ərazini əhatə edir.

Kəndin hazırkı inzibati-ərazi dairəsinin formalaşması XVIII əsrin ortalarına təsadüf edir.1747-ci ildə İranda Nadir şahın ölümündən sonra onun siyasi təqibə məruz qalmış tərəfdarlarından olan , əslən Ənzəli talışı olan şiə müsəlmanı, Ağası adlı ruhani və onun ailəsi yaşadığı yerdən uzaqlaşaraq kəndin Qərb hissəsində (indiki girişində) məskən salmaqla bu yerlərin ilk sivil sakinlərindən olmuşdur. Daha sonra ailə Ağasının ilk oğlunun adı olan Bağırın adından Bağırovlar kimi adlandırılmışdır. Bağırovlar ailəsi kənddə əkinçiliyin və kənd icmasının əsasını qoyan ilk oturaq ailə olmuşdur. İlkin məskunlaşmadan sonra Qarabağdan, Ərdəbildən, Ənzəlidən və digər İran ərazilərindən müxtəlif insanlar kəndə köçmüşdür. Kəndə köçən əksər nəsillər talışlar olmuş, köçəri Deyləmi xalq olan Qalış(və ya Kalışlar) da Qarabağdan və İran ərazindən kəndə köçüb daimi məskən salmışlar.

İlkin məskunlaşmadan sonra kənd uzun müddət ovçuluq, balıqçılıq, çəltikçilik və heyvandarlıqla məşğul olmuşdur. Sovet ittifaqı dövründə kənd çayçılıq, taxılçılıq və sitrus meyvələrinin yetişdirilməsinə cəlb edilmişdir. Kənd sovet dövründə ən məşhur təsərüfat sahələrindən biri sayılırdı, belə ki, Baloğlan Abbasov adına sovxozun mərkəzi Kənarmeşə kəndində yerləşirdi. Hal-hazırda kəndin inzibati binasının həyətində Baloğlan Abbasovun heykəli də mövcuddur. Xanbulançay su anbarının tikintisi bütün Lənkəranda olduğu kimi Kənarmeşədə də böyük təsirə malik olmuşdur. Xanbulançayın tikintisi ilə bağlı olaraq kənddə suvarma üçün kiçik arxlar tikilmiş və bunun sayəsində məhsuldarlıq olduqca yüksəlmişdir. Su anbarının tikintisi zamanı kəndin indiki ərazisindən(indiki girişindən) keçən kiçik bir çay da istiqaməti Xanbulana yönləndirildiyi üçün qurudulmuşdur. Bundan əvvəl nisbətən bolsulu olan 2 kiçik həcmli çay da artıq quruma həddinə çatsa da, indidə çay yatağını qoruyub saxlamağı bacarmışdır. Həm 2-ci dünya müharibəsi zamanı, həm də ondan sonrakı kənd təsərüfatı sahəsinin inkşaf etməsi nəticəsində ümumittifaqda tanınmış kəndlərdən sayılırdı.

Coğrafiyası və iqlimi

[redaktə | vikimətni redaktə et]

Lənkəran ovalığının şərqində Xəzər dənizi sahilində yerləşən kənd digər Xəzərsahili Lənkəran kəndlərinə nisbətən Xəzərdən 7–10 metr hündürlükdə yerləşir. Kənarmeşə kəndi şimaldan Lənkəranın Şilim, qərbdən və cənub-qərbdən Seyidəkəran, cənubdan Vel, Xolmili kəndləri, şərqdən isə Xəzər dənizi ilə həmsərhəddir. Bundan əlavə isə Kənarmeşə kənd inzibati ərazi dairəsi isə, Xolmili, Aşağı Nüvədi, Tütəpeştə, Viyən və Vel kənd və qəsəbələr ilə sərhəddir.

Kənd rütubətli subtropik ərazidə yerləşir. Yayda havalar isti keçsədə kənddə salınan süni meşələr kəndi yay aylarında dincəlmək üçün əlverişli edir. Kəndin Xəzərsahilindən dəmiryolu xətti keçir.

Kənd əkinə əlverişli tam düzənlik ərazidə yerləşir. Hazırda kəndin təbii meşə zolağı yoxdur. Yalnız dəniz sahilinə yaxın yerdə süni meşə zolağı salınmışdır. Kəndin iqlımi çox rütubətlidir. Kəndin qışı mülayim və yağmurlu keçir. Yayda havalar isti keçir.

Kəndin turizm potensialı olduqca yüksək qiymətləndirilir, kəndin ərazsində 2 fərqli dənizkənarı meşə zolağının yerləşməsi müxtəlif villa tərzi tikililərin dəniz sahili və dənizə yaxın ərazilərdə tikilməsi ilə nəticələnib. Bundan əlavə kəndin ərazisində 5 ulduzlu otel olan Xəzər palace yerləşir. Kəndin dəniz ətrafı yerlərində müxtəlif restoranlar mövcuddur.

14 may — 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Lənkəran şöbəsi, Seyidəkəran kənd cəmiyyəti tərkibinə daxil olan Kənarəmeşə kəndində 25 evdə şiə etiqadlı müsəlman talışlardan ibarət 177 nəfər (93 nəfəri kişilər, 84 nəfəri qadınlar) əhali yaşayırdı.[3] 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Kənarəmeşə kəndində əsasən etnik talışlardan ibarət hər iki cinsdən toplam 950 nəfər əhali yaşayırdı.[4]

Yuxarıda qeyd olunan siyahıalınmadan aydın olur ki, kəndə 1886–1914 illərində olduqca böyük köçlər olmuşdur. Hal-hazırda kənddə yaşayan əhali sayı təxmin edilən 1500–1600 nəfər olsa da, son 50 ildə kənddən Bakı, MDB, Avropa ölkələrinə olduqca çox insan köç etmiş və kəndin qeydiyyatından çıxmışdır.

Hazırda kənd əhalisinin əksəriyyətini talışlar və onların törəmələri təşkil edir.[mənbə göstərin] Lakin kənd Cənub tərəfdən gələn tranzit yolun üstündə yerləşdiyi üçün vaxtaşırı olaraq Kənarmeşə kəndində müxtəlif xalqların nümayəndələri də məskən salmış və sonralar yerli talışlarla asimiliyasiya olmuşlar.

Din və həyat tərzi

[redaktə | vikimətni redaktə et]

Kəndin əhalisini əsasən şiə müsəlmanları təşkil edir. Kənddə məhərrəmlik ayı hər il mütəmadi qeyd olunsada kəndin əhalisi kəskin dindar deyil. Kənddə 2 məscid fəaliyyət göstərir.

Kənarmeşə məscidi - Kəndin əsas məscidi sayılır. Son 30 ildə yenidən tikilib və istifadəyə verilib.

Bağırovlar(Bağıroba) məscidi — Bağırovlar tərəfindən 1996-cı ildə istismara verilib. Əsasən bu nəsil tərəfindən istifadə edilir.[5]

Kənarmeşə kənd inzibati vahidinin tərkibində olan Şilim və Seyidəkəran kəndləri XX əsrin sonlarına qədər Kənarmeşə kəndi adlanırdı, ilk öncə Seyidəkəran, daha sonrada Şilim kənd statusunu almışdır. Adıçəkilən kəndlər Kənarmeşə kəndində ayrı sayılsada hər 3 kəndin təhsiil müəssisəsi Kənarmeşə kənd tam orta məktəbi olduğu üçün kəndlərin bütün əhalisi demək olarki bir-birini tanıyır və olduqca sıx qohumluq əlaqələri formalaşıb.

İqtisadiyyatı

[redaktə | vikimətni redaktə et]

Torpağı çox məhsuldardır. Qədimdə ərazinin əsasən kolluqlar, bataqlıqlar və ağaclıqlardan ibarət olması ilk vaxtlar bu yerlərin insanlarına geniş formada əkinçiliklə məşğul olmağa imkan vermirdi. Əksər kənd sakinləri Xəzər dənizinin balıq ehtiyatlarından istifadə etməklə və ovçuluqla dolanırdı. Daha sonrakı dövrlərdə kənd əhalisi əsasən balıqçılıqlaçəltik becərməklə məşğul olmuşlar. Bundan əlavə, kənd camaatı bostançılıq və çöl quşlarının ovçuluğu ilə də məşğul olmuşlar. Sovet dövrünün ilk vaxtlarında da belə davam etmişdir. Lakin XX əsrin 60-cı illərinin sonunda kənd əhalisi məcburən tərəvəzçiliyə cəlb edilmişdir. Nəticədə isə çəltik sahələri məhv edilmişdir.

Hal-hazırda kəndin əhalisinin bir qismi müxtəlif dövlət idarələri və digər özəl şirkətlərində əmək fəaliyyəti ilə məşğuldurlar. Əsas hissə isə kənd təssərüfatı ilə məşğuldur. Burada başlıca sahə sitrus bitkilərinin yetişdirilməsidir(əsasən limon). Bundan əlavə kənddə xiyar və lobya yetişdirilməsi olduqca geniş yayılmışdır. Kənddə balıqçılıq tədricən yox olmağa meyillidir. Kəndin iqliminin uyğunluğu kənddə kivi yetişdirilməsinə də şərait yaradır, ancaq bu sahə kütləvi yox sadəcə istehlak məqsədilə mövcuddur.[mənbə göstərin]

Kənddə ilk məktəb 1933-cü ildə yaradılmış və yaradılan məktəb kənd əhalisinin öz səyi, büdcəsi və əmlakı hesabına tikilmişdir.1976-cı ildə Sovet hakimiyyəti tərəfindən məktəb tikilmiş və istismara verilmişdir. Məktəbin tikintisindən hardasa yarım əsr keçməsinə baxmayaraq məktəb əsaslı təmir olunmadığına görə yararsız vəziyyətdədir.[5]

Məşhur şəxsləri

[redaktə | vikimətni redaktə et]
  1. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  2. "https://president.az/az/articles/view/3904/print". https://president.az/az/articles/view/3904/print.
  3. Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г.. Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. — 1893
  4. "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А. А. Эльзенгера и Н. П. Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е. И. В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 132
  5. 1 2 (#empty_citation)
  6. (#empty_citation)