Şirin su hamamı — Vikipediya

Şirin su hamamı
Şirin su hamamının əsas günbəzli zalının interyeri 2024-cü ildə restavrasiya işlərindən sonra
Xəritə
39°45′48″ şm. e. 46°45′07″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şuşa
Yerləşir Qaraşərov küçəsi
Memar Kərbəlayi Səfixan Qarabaği
Sifarişçi Xurşidbanu Natəvan
Tikilmə tarixi XVIII
Vəziyyəti fəaliyyət göstərmir
İstinad nöm.№ 365 [1].
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şirin su hamamı — 1878–1880-ci illərdə Bazar başında Şuşanın Merdinli məhəlləsinin başlanğıcında Xurşidbanu Natəvanın Qarabağın zəngin tacirlərindən olan Hacı Rzaqulu bəy Ağakişi bəy oğlu Şəmsiyev ilə birlikdə sifarişi ilə tikilmiş hamam. Hamamın memarı Kərbəlayi Səfixan Qarabağidir[2]. 2001-ci il avqustun ikisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli Qərarı ilə hamam ölkə əhəmiyyətli tarixi abidə kimi qeydə alınıb[1]. Milli memarlıq ənənələrini özündə əks etdirən hamamın birmərtəbəli binası plan kompozisiyasına görə düzbucaqlı formadadır. Hamam ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır.[3] 2001-ci ildən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli Qərarı ilə hamam ölkə əhəmiyyətli tarixi abidə kimi qeydə alınıb.[4]

Şuşa hamamlarından biri olan Şirin su hamamı 1878–1880-ci illərdə Xurşidbanu Natəvanın sifarişi ilə tikilib. Hamamın memarı Kərbəlayi Səfixan Qarabağidir[5]. Hamam Natəvanın 1873-cü ildə Şuşaya çəkdirdiyi içməli su ilə işlədiyinə görə Şirin su hamamı adlandırılıb. Hamam həftənin tək günlərində kişilərə, cüt günlərində isə qadınlara xidmət edib.[6]Hamam Şuşanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsinə qədər fəaliyyət göstərib.[7] İşğaldan sonra binanın özü salamat qalsa da daxilində müəyyən dəyişikliklər edilib. Divardakı rəsmlər silinib daxilində hamama aid olmayan hovuz tikilib. Xan qızı saxsı borularla şəhərə su çəkdirərkən bir qol da hamam üçün ayırmışdı. Şəhərin digər hamamlarında şor sudan istifadə edildiyi halda həmin hamam şəhərə çəkilən şirin su ilə işləyirdi. Elə buna görə də Hacı Rza hamamına el arasında "Şirin su hamamı" deyilirdi. Tacirin oğlanları İsmayıl bəy və Ağakişi bəy ataları vəfat edəndən sonra da onu işlədiblər və sonralar el arasında "Ağakişi bəyin hamamı" kimi tanınıb. Böyük Vətən müharibəsi illərinədək işləyən hamam sonralar baxımsızlıq ucbatından fəaliyyətini dayandırıb. Ötən əsrin 80-ci illərinin axırlarında bərpa edilib və şəhərin işğalınadək işləyib".[8][9]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Şuşa şəhəri, Şirin su hamamı / Faiq Nəsibov
  • "Şuşa abidələri: Şirin su hamamı". video.azertag.az. İstifadə tarixi: 17 iyun 2022.
  1. 1 2 "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" (PDF) (az.). mct.gov.az. 02.08.2001. 20.05.2021 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 06.01.2022.
  2. "Şuşanın hamamları" (az.). 525-ci qəzet. 19.02.2021. 06.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.01.2022.
  3. "Şirin su hamamı". azvision.az. 2022-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avq 2022.
  4. "Şuşanın inciləri "Şirin su hamamı"". keshikchidagh-heritage.az. İstifadə tarixi: 19 avq 2022.
  5. Vüqar İmanov. "Həmişə təmizlikdə! Бани города Шуша – старинные традиции, особенности для женщин" (rus). trend.az. 22.02.2021. 22.02.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.01.2022.
  6. "Şuşanın hamamları". azertag.az. İstifadə tarixi: 17 iyun 2022.
  7. "Şirin su hamamı" (az.). virtualkarabakh.az. 06.01.2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 06.01.2022.
  8. "Şuşanın hamamları". www.anl.az. 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 iyun 2022.
  9. "Azərbaycan, Şuşa, Şirin su hamamı". apa.az. 2021-12-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 avq 2022.