Novlu bulaq — Vikipediya
Novlu bulaq | |
---|---|
39°49′46″ şm. e. 46°47′36″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Malıbəyli kəndi |
Aidiyyatı | Şuşa qəzası |
Tikilmə tarixi | 1880 |
Üslubu | Aran memarlıq məktəbi |
Vəziyyəti | Məhv olmaq üzrədir |
İstinad nöm. | 5055 |
Kateqoriya | Memarlıq abidələri |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Novlu bulaq — Şuşa rayonu ərazisində məşhur bulaqlardan və tarixi yerlərdən biri.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Şuşada ümumiyyətlə 17 məhəllə var idi. Şuşada hər məhəllənin öz bulağı, öz hamamı var idi. 17 bulağın hamısı Şuşa erməni işğalı altında olduğu 30 il müddətində qurudulmuş, 17 məscidin hamısı dağıdılmışdır.[1] Ermənilər bulağın ətrafındakı tikilinin üzərindəki ərəb əlifbasını silib üstünü təzə hazırlanmış xaçlarla örtmüşdülər.
Bulaqlar artıq formalaşmış şəhər meydanlarında tikilirdi və bəzi hallarda onlar ümumiyyətlə məhəllə meydanları ansambllarının tərkibinə daxil edilmirdilər, lakin ən izdihamlı ayrı-ayrı küçələrdə və yol ayrıclarında salınaraq, onlara müəyyən şəhərsalma ifadəliliyi verdilər.[2]Bulaqların belə yerləşdirilməsini də sırf mühəndislik və santexnika mülahizələri ilə izah edilir ki, görünür, onların yerini qravitasiya su təchizatı müəyyən edib. Müstəqil memarlıq rolunu oynayan bu bulaq küçə qovşağının bütün kompozisiyasını canlandırır və təşkil edir.[2]
Şuşa bulaqlarının əksəriyyəti kifayət qədər yığcam, ölçüləri kiçik, adətən kubik formada, plastik dizaynlı fasad arxitekturasına malikdir. Şuşa bulaqları eyni üslubda hazırlanmış kiçik formalı memarlıq kimi şəhərin küçə və meydanlarının ansambllarını əhəmiyyətli dərəcədə tamamlayır və bəzəyir, ümumşəhər ansamblının üslub vəhdətinə gözəllik verir.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Novlu bulaq Şuşanın Malıbəyli kəndində yerləşirdi. Bulaq 1880-ci ildə inşa edilib. Bulağın açılışını Xan qızı Natəvan edibdir. Natəvanın təklifi ilə bulağa Novlu bulaq adı verilib.[4] Bulaq Qarabağ təbiətinin nadir incilərindən sayılır. Hidronim haqqında rəsmi məlumata görə, bulaq Xan qızı Natəvanın maliyyə dəstəyi ilə yerli əhali tərəfindən çəkilmişdir.
1992-ci il fevralın 8-dən 12-dək Malıbəyliyə 366-cı polk və Xankəndində yaşayan erməni özünümüdafiə dəstələri hücum etdilər. Bu hücum davamlı olaraq 5 gün çəkmişdir. 1992-ci ilin fevralın 10-dan 11-nə keçən gecə kənd ermənilər tərəfindən tutularaq tamamilə yandırılıb. [5] Ermənistan hərbi birliklərinin işğalından sonra bulaq yararsız vəziyyətə düşmüşdür.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Эйнулла Фатуллаев. "Заживо погребенная Шуша" (rus). Archived from the original on 2022-01-10. İstifadə tarixi: 5 yanvar 2022.
- ↑ 1 2 Авалов, 1977. səh. 74-75
- ↑ Авалов, 1977. səh. 75
- ↑ "Novlu bulaq" (az.). Archived from the original on 2022-01-03. İstifadə tarixi: 1 yanvar 2022.
- ↑ "Ermənilər Xocalıdan Əvvəl Malıbəylidə Soyqırıma Hazırlaşırdılar". 2011-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-29.