Gəncə qapısı — Vikipediya
Gəncə qapısı | |
---|---|
39°45′57″ şm. e. 46°45′01″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şuşa |
Yerləşir | Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu, M. F. Axundov küçəsi |
Aidiyyatı | Qarabağ xanlığı |
Sifarişçi | Pənahəli xan |
Tikilmə tarixi | XVIII əsr |
Üslubu | Arran memarlıq məktəbi |
UNESCO Ehtiyat Siyahısı | |
Tipi | Mədəni |
Kriteriya | i,iv,v,vi |
Təyin edilib | 2001 |
İstinad nöm. | 1574 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 356 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
Gəncə qapısı və ya Çiləbörd qapısı — Şuşa qalasının üç əsas qapısından biri olmaqla qalanın şimal tərəfində yerləşir.[1] Qalanın digər iki qapısı isə İrəvan və Ağoğlan qapılarıdır.
Tarixi
[redaktə | vikimətni redaktə et]Şuşa qalası üç əsas qapıya malik olmuşdur: Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır, həmçinin onlar Şuşanın XIX əsrdə çəkilmiş bütün baş planlarında qeyd edilir.[2] Məslən "Qafqaz" qəzetinin 1871-ci ildə çıxarılmış 25-ci nömrəsində yazılır: "Abixin barometrik ölçmələrinə görə, şəhərin Ağoğlan və Yelizavetpol qapıları yerləşən şimal-şərq hissəsi 3886 fut hündürlükdə, "Şuşa qayası" adlandırılan və İrəvan qapısı yerləşən cənub qərb hissəsi isə 4705 fut hündürlükdə yerləşir."[3] Hələ XIX əsrin 60-cı illərində bu qapılar Şuşanın ictimai həyatında mühüm rol oynayırdılar ki, "Иллюстрация" qəzetində çap edilmiş məqalə də bunu isbat edir. Həmin məqalədə verilən məlumata görə, Ağoğlan və İrəvan qapıları ali şəxslərin keçişi və yük daşınması üçün, Gəncə qapısı isə arabaların keçməsi üçün nəzərdə tutulmuşdu.[4] Bəzi mənbələrdə qala divarlarının dördüncü divarının da olmasından bəhs edilsə də, onun yeri və adı müəyyən edilməmişdir.[5]
Memarlar hələ qədim dövrlərdən şəhərlə tanışlığın onun qala divarlarından başladığını və şəhərin memarlığını məhz qala divarlarının müəyyən etdiyini nəzərə alırdılar. Buna görə də, memarlıq-kompozisiya həlli baxımında Şuşa qalasının əsas – şimal qapısı zəfər tağını xatırladır.[6] Müdafiə sistemlərinin bədii əhəmiyyətinə oxşar münasibət Azərbaycan, Dağıstan, Ermənistan, Gürcüstan, Orta Asiya və Qədim Rus qala memarlığı üçün xarakterikdir.[6]
Pənahəli xanın hakimiyyəti dövründə inşa edilmiş[6] qapı, artıq XVIII əsrdən etibarən Gəncə qapısı və ya Çiləbörd qapısı adlandırılırdı. Şuşa qalasının bu qapıdan çıxan yolu şəhəri Gəncə şəhəri və Qarabağ xanlığının Çiləbörd mahalı ilə birləşdirirdi. Qarabağ xanlığının 1805-ci ildə Rusiya İmperiyasına biləşdirilməsindən[7] sonra Gəncənin Yelizavetpol adlandırılması (1804) ilə əlaqədar olaraq Gəncə qapısı da müvafiq olaraq Yelizavetpol qapısı adlandırılmağa başlayır.[8]
Memarlıq xüsusiyyətləri
[redaktə | vikimətni redaktə et]Şuşa qalasının Şimal qapısı qala divarlarının ortasında – Ağoğlan və İrəvan qapılarının arasında yerləşir. Şuşa qalasının digər qapıları ilə müqayisədə Gəncə qapısı dövrümüzə daha yaxşı saxlanmış vəziyyətdə çatmışdır.[8]
Şahmatvari və küknar düzülüşlü ağ və qara daşlardan toxunmuş hörgü, qalanın dərin oxvarı tağlı girişini effektiv şəkildə əhatə edir. Giriş üzərində dağılmış yalançı pəncərə çıcışlarının simmetrik izləri vardır. Onların arasında mazğallar və ya qala bacaları yerləşir. Yalançı və həqiqi pəncərə çıxışlarının sıralanması o dövr memarlığında ictimai binaların fasadlarının həll edilməsi üçün geniş istifadə edilən üsul olmaqla, memarlar tərəfindən mülki memarlıqdan mənimsənilmişdir.[qeyd. 1] Ümumilikdə Şuşa şəhərinin memarlığının əsas xüsusiyyətlərindən biri demək olar ki şəhərin bütün tikililərinə — müdafiə sistemi, dini tikililər, su paylama sistemi və s. — əhəmiyyətli təsi göstərmiş yaşayış binaları memarlığı elementlərinin mənimsənilməsidir.[9]
Şəhərin qala divarları üzərində bir qədər ucalan Gəncə qapısının düz səthi, müəyyən şəhərsalma xüsusiyyəti daşımaqla, ona parad görünüşü verir. Düşmənlərin əsas qala qapısına rahat yaxınlaşmasına mane olmaq üçün, qapı qarşısında bir tərəfi divarın fasadına dirənən Г formalı müdafiə divarı inşa edilmişdir. Burdakı girişlərin yerləşməsi Şahbulaq qəsrinin girişi ilə oxşarlıq təşkil edir.[9] Qala tərəfdən qapıya gözətçilər üçün tikilmiş xüsusi yer birləşir.[9]
Gəncə qapısının ikinci yarusunda silahlar saxlanılırdı.[9] Qərb tərəfdən qapıya üç yaruslu dairəvi qüllə birləşir. Qüllənin müxtəlif yerlərində pərakəndə şəkildə mazğallar yerləşdirilmişdir.[9]
Azərbaycan SSR dövründə Şuşa qalasının şimal hissəsində, o cümlədən Gəncə qapısında bərpa işləri aparılmışdır.[9] Şimal qapısı rayonunun memarlıq simasını yaxınlıqda yerlşən və daş çardaq kimi həll edilmiş vı daş çadırla örtülmüş bulaq tamamlayır.[9]
Qeydlər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Tofiq Mustafazadə. Qarabağ xanlığı (PDF). Bakı: "Sabah". 2009. səh. 181. ISBN 5-86106-016-0. 2022-03-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-01.
- ↑ Авалов, Э. В. "О некоторых особенностях архитектуры оборонительных сооружений Шуши". Изв. АН Азерб. ССР сер. Лит. Яз. и Иск. (№ 2). 1972. (#accessdate_missing_url)
- ↑ "Кавказ, Тифлис" (№ 25). 1871.
- ↑ Очерки Закавказья. «Иллюстрация» (т. VII). СПб.-М. 1861. 257.
- ↑ Nersesov (Qarabaği), Mirzə Yusif. Tarixi-Safi (PDF) (Qarabağnamələr. II kitab). Bakı: Şərq-Qərb nəşriyyatı. 2006. 35. 2022-07-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-09.
- ↑ 1 2 3 Авалов, 1977. səh. 32
- ↑ История Азербайджана (т. 2). Баку. 1960. 6.
- ↑ 1 2 Авалов, 1977. səh. 33
- ↑ 1 2 3 4 5 6 7 Авалов, 1977. səh. 34
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм. 1977.